Məhkəmə qərarları › İş №e-2(060)-8432/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8432/2025

25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8432/2025 25.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mənzilin yenisi ilə əvəz edilməsi, mənzilin boşaldılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71.5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X8” MMC tərəfindən sökülməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X8”Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hər ay cəmi 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə (hal-hazırda İddiaçı MMC) mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxX3 tikintisi məqsədi ilə İddiaçı MTK-ya (hal-hazırda İddiaçı MMC) icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 X3 mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MMC-nin sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 30/15 nömrəli binanın 16 nömrəli mənzilinin sahibi Cavabdeh adlı şəxs İddiaçı MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğdə (hər kvadrat metr üçün 4474 (dörd min dörd yüz yetmiş beş manat) 200000 (iki yüz min) manat pul vəsaitinin ona ödənilməsini və ya mülkiyyət hüququ üzrə ona məxsus olan ümumi sahəsi 44.7 kv.metr mənzilin əvəzində 1 iki otaqlı, ümumi sahəsi 71.5 kv.metr olan və 1 otaqlı ümumi sahəsi 48 kv.metr olan mənzilin təmirli şəkildə ona verilməsini tələb edir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan mənzillərin ona verilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi və ya mənzillər verilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MMC ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MMC-yə təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaət bəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMCnin “mənzilin yenisi ilə əvəz edilməsi, mənzildən çıxarılma, söküntü və kirayə haqqı” tələbləri ilə qaldırılmış iddia qanunsuz, əsassız və konstitusiya ilə qorunan mülkiyyət hüquqlarıma açıq müdaxilə xarakteri daşıyır. Belə ki, mülkiyyət hüququnun razılıq olmadan məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs qanunda nəzərdə tutulmuş hallar və ədalətli kompensasiya olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hazırkı işdə cavabdeh olaraq o heç bir razılıq verməmiş, onun mülkiyyətindən könüllü imtina etməyinə dair iradə ifadəsi mövcud deyildir. İddiaçının tələbləri faktiki olaraq mülkiyyətin məcburi özgəninkiləşdirilməsinə yönəlmişdir ki, bu da yalnız dövlət ehtiyacları üçün, qanunla, mütənasib və qabaqcadan müəyyən edilmiş kompensasiya ilə mümkündür. Bu şərtlərin heç biri mövcud deyil. İddiaçı subyekt kimi bu tələbi irəli sürmək səlahiyyətinə malik deyildir. Beləki, İddiaçı MMC-dir, yəni kommersiya hüquqi şəxsidir. Azərbaycan qanunvericiliyinə əsasən MMC dövlət orqanı deyil, MMC-nin mülkiyyətçinin razılığı olmadan mənzildən çıxarma, söküntü və əvəzləmə tələb etmək kimi ictimai-hüquqi səlahiyyəti yoxdur. “Pilot layihə” haqqında İcra Hakimiyyəti sərəncamları birbaşa mülkiyyətçiyə qarşı iddia hüququ yaratmır. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında açıq şəkildə qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız qanuni mexanizmlərlə və səlahiyyətli subyektlər tərəfindən həyata keçirilə bilər. MMC bu subyektlər sırasına daxil deyil. Təklif edilən “əvəzləmə” məcburi xarakter daşıyır və hüquqdan sui-istifadədir. Çünki, mənim mülküm şəhərin ən əlverişli küçələrindən birində yerləşir və faktiki olaraq qeyri-yaşayış kimi istifadə olunur. Yəni, qeyd olunan mülkiyyətində olan mənzil faktiki olaraq qeyri-yaşayış obyektidir və o bundan qazanc əldə edir. İddiaçı isə onun mülkiyyətinin yerində bina tikərək ona 2 otaqlı yaşayış üçün mənzil təklif edir və o bunu qətiyyən qəbul etmir. Onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı onu gəlirlərindən də məhrum etməyə çalışır. İddiaçı subyektiv hüquqları olmamaqla yanaşı əlverişsiz hüquqi nəticələrə səbəb olan qətnamə qəbul edilməsinə nail olmaq istəyir. Bu işdə nə dövlət ehtiyacı var, nə də mülkiyyətçinin razılığı – sadəcə təzyiq yolu ilə əmlakın alınması cəhdi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı, 560-cı maddələrinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. İddiaçının “ya bu şərtlərlə razılaş, ya da çıxarırıq” mövqeyi vicdanlılıq, bərabərlik və mütənasiblik prinsiplərini pozur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Sporrong və Lönnroth, Scordino, Broniowski işləri) presedentlərinə əsasən müdaxilə qanuni, ictimai maraqla fərdi hüquq arasında ədalətli balansı qoruyan, qeyri-mütənasib yük yaratmayan olmalıdır. Hazırkı iddia bu meyarların heç birinə cavab vermir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019, xx.xx.2020 tarixli qərarların da açıq şəkildə göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə yalnız qanuni mexanizm, mütənasiblik və ədalətli balans şərtləri daxilində mümkündür. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması həmin hüququn mahiyyətini dəyişməməli və qeyri-mütənasib yük yaratmamalıdır. Cavabdehin razılığı olmadan, bazar dəyəri və real seçim imkanı təmin edilmədən irəli sürülən “əvəzləmə” tələbi hüquqdan suiistifadədir və Ali Məhkəmənin presedentləri ilə istisnasız şəkildə rədd olunur. İddianın digər mülkiyyətçilərin razılığına istinad etməklə də əsaslandırıla bilməz. Digər sakinlərin razılaşması digər mülkiyyətçilər üçün məcburi hüquqi nəticə yaratması məntiqsiz yanaşmadır. Mülkiyyət hüququ fərdidir və “əksəriyyət razıdır” arqumenti hüquqi əsas hesab edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Səftər oğlu tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, binanın "C" girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) ümumi sahəsi 82 kv.metr olan 2 otaqdan ibarət, təmirli 1 mənzilin iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X8” MMC tərəfindən sökülməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X8”Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hər ay cəmi 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki,onların iddia tələbi mənzil verilməsi ilə bağlıdır. Kompensasiya verilməsi ilə bağlı deyil.Kirayə haqqı 400 manatdan başlayır.Kirayə haqqı 1000 manatda olan var. O da böyük mənzillərdir.Pilot layihə olduğu üçün əvəzləşmədən söhbət gedir.O binada 4-5 evdə söküntü getmişdir.Onlardan bəziləri əvəzləşmə müqaviləsi bağlamış, bəziləri də alqı-satqı müqaviləsi bağlamışdırlar.Cavabdeh düzgün məlumat vermir. O binada 4-5 mənzillə razılaşma əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki,100 manat kapitalı olan cəmiyyət niyə onun evini sökməlidir? Sosial şəbəkələrdə MTK haqqında çox mənfi rəylər var.Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2023-cü il tarixli, 202 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının «Torpaq İcarəsi haqqında» Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerinde müasir tipli çoxX3 tikintisi məqsədilə İddiaçı Mənzil Tikinti Kooperativinə icarə qaydasında 5,58 (beş tam, yüzdə əlli səkkiz) ha torpaq sahəsi ayrılması, Mahal Skypark Mənzil Tikinti Kooperativinə ərazinin sanitar vəziyyətinə nəzarət etməsi,tikintisi nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını aidiyyatı qurumlarla həll etməsi tapşırılması, sərəncamın müddəti 3 (üç) il olması,sərəncamın icrasına nəzarət Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə həvalə edilməsi qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 fevral 2021-ci il tarixli, 25 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində "xxxx" Mənzil Tikinti Kooperativinə mövcud, istismar müddəti başa çatan va yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzilərinin ümumi yaşayış sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçurülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdınımasının layihələndirilməsinə icazə verilməsi, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi və aidiyyəti orqanlarla razılaşdırılmasının təmin edilməsi,yaşayış binasının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi,layihələndirmə başa çatdırıldıqdan sonra mövcud sərəncam inşaat pasportu, İşçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsas olması,"xxxx" Mənzil Tikinti Kooperativinə ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirməsi və layihələndirməni ayılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin etməsi,ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi,layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyatl təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdınımasını təmin etməsinin tapşırılması qərara alınmışdır. Bu sərəncam inşaat pasportu ile birlikdə yalnız layihələndirmə üçün əsasdır. "xxxx" Mənzil Tikinti Kooperativi Sumqayıt şəhər Bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz emlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və tikintinin aparılmasını əlaqədar təşkilatlarla müvafiq qaydada razılaşdırdıqdan sonra tikinti işlərinə başlaya bilər."xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə hüquqi müstəvidə həll edilməsi təmin olunması,yuxarıda qeyd edilən bəndlər "xxxx" Menzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması, sərəncamın icrasına nəzarətin Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinə həvalə edilməsi qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 7-ci bəndinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan çoxX3 tikintisi məqsədilə torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsi tərəfindən baxılmışdır.Ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə cizgidə göstərilən torpaq sahəsi, aidiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır.Əgər ayrılması nəzərdə tutulan torpaq sahəsində əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa, həmin xətt sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılmalıdır.Torpaq sahəsinin ayrılması barədə qərar verildikdən sonra sifarişçi Memarlıq ve Şəhərsalma idarəsindən müvafiq sənədlər və inşaat pasportu almalıdır.Sifarişçi tikintini Memarlıq və Şəhərsalma idarəsi nəzdində Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçirməlidir.Bütün bunları nəzərə alaraq göstərilən şərtlər daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.12-2- 2022-2411 nömrəli, 16 may 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına ve «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxX3 tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz edilmir.Rəyin müddəti bir ildir. - Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 07 aprel 2023-cü il tarixli, 4916 nömrəli müqavilədən görünür ki, icarəyə verən- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E. Yusubovun şəxsində və icarəçi adlandırılacaq "xxxx" Mənzil-Tikinti Kooperativi, qanuni təmsilçisi X4 şəxsində digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 74 nömrəli sərəncamına əsasən icarəyəverənin icarəyə verdiyi Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 55800.0 kv.m torpaq sahesi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilməsi barədə müqavilə bağlamışdırlar. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 16 may 2022-ci il tarixli Sumqayıt bələdiyyəsinə məktuba cavabından görünür ki, məktuba əlavə edilmiş yerquruluşu planında gösterilen koordinatlar daxilində yerləşən 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxX3 tikintisi üçün ayrılmasına etiraz etməmişdirlər. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktuba cavabdan görünür ki, qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarına dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi (Baş plan üzrə 2 ədəd yaşayış binaları (bina 2): 1 girişli, 15 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, -4.200 səviyyəsində zirzəmi mərtəbəsi- avtodayanacaq: yaşayış binası (bina 1): 1 girişli, 14 mərtəbəli+LMŞ. 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, - 4.200 səviyyəsində zirzəmi mərtəbəsi-avtodayanacaq; yaşayış binası (bina 3): 2 girişli, 14 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, -4.200 səviyyəsində zirzəmi mərtəbəsiavtodayanacaq; 2 ədəd qeyri-yaşayış binaları (bina 4): 1 mərtəbəli, -4.200 səviyyəsində zirzəmi mərtəbəsi- avtodayanacaq; qeyri-yaşayış binası (bina 5): 1 mərtəbəli, -4.200 səviyyəsində zirzəmi mərtəbəsi- avtodayanacaq; -4.200 səviyyəsində həyətaltı avtodayanacaq; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işi) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3-3-46/2023 nömrəli sərəncamının 1.16cı bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev15/30, mənzil 16 Cavabdeh adına xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.Daşınmaz Əmlakın Dövlət reyestrində 260 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin hüquqi sahibi Cavabdehdır. - Azərbaycan Respublikasi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Məktubuna Əsasən Sumqayit Şəhəri, 4-cü Məhəllə Ərazisində Yerləşən 2 və 3 X3 X6 xx.xx.2021-ci il tarixli texniki rəyindən görünür ki, yaşayış binası- 132/136(köhnə nömrəsi 15/30) - "düzbucaq" şəkilli, planda kənar oxlar üzrə ölçüləri 46.0x14.0m olmaqla 3 girişli 3 mərtəbəli inşa edilmişdir. Bundan başqa binanın altında zirzəmi mərtəbədə inşa edilmişdir.Binanın konstruktiv sxemi daş karkas şəkilində inşa edilmişdir. Binanın yükdaşıyan elementləri bünövrə lentvari olmaqla buta betondan, divarlardan və örtük konstruksiyalardan ibarətdir.Bünövrə buta betondan inşa edilmişdir. Bünövrənin qoyulma dərinliyi yer səviyyəsindən H=4.4+3.8m təşkil edir.Divarların qalınlığı 40-50sm olan əhəng daşından sement-qum məhlulu ilə hörülmüşdür. Pilləkən"Z" şəkilli olmaqla metal konstruksiyalar üzrə yığma dəmir-Betondan inşa edilmişdir.Mərtəbəarası və örtük konstruksiyası ağac konstruksiyalardan inşa edilmişdir.Binanın dam örtüyü çardaq tipli olmaqla ağac konstruksiyalar üzrə dalğalı metal vərəqələr ələ örtülmüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində "Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 qeyri-yaşayış sahəsinin 21 noyabr 2025-ci il tarixinə bazar dəyəri 245000 manat təşkil etmişdir. Beləliklə, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxX3 tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 X3 mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan 15/30 nömrəli ünvanda yerləşən 44.7 kv.m ümumi, 29.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 16 nömrəli mənzil üzrə Cavabdeh akta imza edib mənzili təhvil verdikdən sonra İddiaçı MTK-nın bütün təkliflərindən imtina edərək təzyiq yolu ilə əmlakın alınmasını bildirmişdir.Əvəzləmə tələbi ilə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bu səbəbdən İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; - 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 29-cu maddəsinin V hissəsinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; - 29-cu maddəsinin Vİ hissəsinə əsasən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; - 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İnsan hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Qeyd edilən müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İddiaçının sökülməsini tələb etdiyi yaşayış sahələrinin Cavabdeh məxsus olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlətistənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir”. Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİhissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin(yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmiretmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini,eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi) Beləliklə, məhkəmə ünvan 3 ünvanında olan mənzildən Cavabdeh məxsus mənzilin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, cavabdehin əvəzləşdirmə tələbini qəbul etməməsi, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evindən köçürülməsi, yerində isə yüksək mərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddia tələbini Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzidən çıxarılması, həmin mənzil boşaldılması, iddiaçı “Mahal Skypark" MMC tərəfindən sökülməsi ilə bağlı iddiaya münasibətdə əsaslı hesab edir. Məhkəmə cavabdehin mənzil olaraq dövlət qeydiyyatına alınmış mənzilə münasibətdə qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı iddia tələbinə etirazının dəlillərini əsaslı hesab etmir.Belə ki, cavabdeh qeyd etdiyi xüsusatın təsdiq ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdığı halda, əvvəl yaşadığı mənzildə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. Hətta iddiaçı hümanistlik edərək iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət etmiş, maksimal həddə söküləcək mənzilin əvəzinə daha böyük kvadrat mənzilin verilməsini təklif etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 40-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzilin əvəzinə “Mahal Skypark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 82 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən Cavabdeh verilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən Cavabdeh hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 30-50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq, iddiaçı “Mahal SkyPark" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməli, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 82 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh verilməli, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən Cavabdeh hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödəniməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın. İddiaçı “Mahal SkyPark" MMC tərəfindən sökülsün. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzilin əvəzinə “Mahal SkyPark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 82 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal SkyPark" MMC tərəfindən Cavabdeh verilsin. Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 15/30 ünvanında olan 16 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal SkyPark" MMC tərəfindən Cavabdeh hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar