Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8568/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi ilə əlaqədar çəkilən xərc üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 642,60 (altı yüz qırx iki, 60) manat məbləğində icra ödənişi və 388,98 (üç yüz səksən səkkiz, 98) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 1031,58 (bir min otuz bir, 58) manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(060)-408/2017 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (bundan sonra mətndə Cavabdeh) qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 13427 ABŞ dolları əsas borc, 1246.40 ABŞ dolları faiz borcu və 54.21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727.61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh məxsus “Kia Soul-minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitindən 13427 ABŞ dolları əsas borc, 1246.40 ABŞ dolları faiz borcu və 54.21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727.61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.05.2013-cü il tarixli 113231-1- 6763 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, icra vərəqəsi verilmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10 avqust 2020-ci il tarixli 28/20 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Kia Soul-minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli 40/05 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Kia Soul-minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. 23 oktyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 15.10.2020-ci il tarixli 135 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Soulminik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 388,98 (üç yüz səksən səkkiz, 98) manat ödənilmişdir. 22 oktyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 642,60 (altı yüz qırx iki, 60) manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 388,98 (üç yüz səksən səkkiz, 98) manat məbləğində hərracın keçirilməsi xərci və 642,60 (altı yüz qırx iki, 60) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASC-nə maddi zərər yetirilmişdir. Hesab edilir ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdehdən tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbimi müdafiə etdi. Bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 13.02.2017-ci il tarixli, 2(060)-408/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçının xeyrinə cavabdehdən 14727,61 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitindən borcun və dövlət rüsumunun iddiaçının xeyrinə yönəldilməsi, avtomobil satışından əldə olunan vəsaitin qətnamənin icrasından sonra qalan hissəsinin cavabdehə verilməsi və iddiaçı ilə cavabdeh arasında bağlanmış avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsilə açıq hərraca çıxarılmışdır, lakin təkrar hərrac baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, avtomobil ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. "xxxx" tərəfindən "xxxx" MMC-nin hesabına avtomobilin hərrac xidmətinin dəyəri olaraq 388,98 manat, X1 hesabına 642,60 manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Qüvvədə olan qanunvericiliyə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər borclu tərəfindən ödənilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-408/2017 saylı, 13.02.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “Kia Soul-minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitindən 13427 ABŞ dolları əsas borc, 1246,40 ABŞ dolları faiz borcu və 54,21 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14727,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi,avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.05.2013-cü il tarixli 113231-1- 6763 saylı avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 40/05 nömrəli, 23.10.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh məxsus avtomobil “Kia Soul” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 14400 (on dörd min dörd yüz) manat qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti 9180 (doqquz min yüz səksən) manat olmuş və "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdehna ünvanladığı 18.03.2021-ci il tarixli pretenziyadan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(060)-408/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Sizə qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı ASC ilə Sizin arasında bağlanmış 22.05.2013-cü il tarixli, 113231-1-6763 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 13.427 ABŞ dolları məbləğində əsas borc, 1.246,40 ABŞ dolları məbləğində faiz borcu, 54,21 ABŞ dolları məbləğində cərimə, cəmi 14.727,61 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30_manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması; Sizə məxsus 2012-ci il buraxılışh, “Kia Soul” markalı, qara rəngli, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılması; satışdan əldə olunan vəsaitdən 14.727,61 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Sumqayıt Şəhər İcra və probasiya şöbəsinə göndərilmiş, Sizə məxsus avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayan ‘Bank VTB (Azərbaycan)” ASC tərəfindən əldə edilmişdir. 23 oktyabr 2020-ci il tarixli ********* sayh ödəniş tapşırığı ilə müəyyən olunur ki. İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına 15.10.2020-ci il tarixli 135 saylı hesab-fakturaya əsasən Sizə məxsus avtomobilin hərrac xidmətinin dəyəri olaraq 388,98 (üç yüz səksən səkkiz, doxsan səkkiz) manat ödənilmişdir. 22 oktyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 642,60 (altı yüz qırx iki, altmış) manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, 388,98 (üç yüz səksən səkkiz, doxsan səkkiz) manat məbləğində hərracın keçirilməsi xərci və 642,60 (altı yüz qırx iki. altmış) manat məbləğində icra ödənişi Sizin əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Lakin qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu kimi Sizin tərəfinizdən ödənilməlidir. O, məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş və həmin ödənişləri borclunun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində borclu tərəfindən İddiaçı ASCnə maddi zərər yetirilmişdir. İş materiallarında olan 23.10.2020-ci il tarixli, № ********* saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, "xxxx" (Azərbaycan) ASC tərəfindən X2 388,98 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.02.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 81.1 -ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmişdir. Məhkəmə iddiaçının cavabdehin əvəzinə icra ödənişini həyata keçirilməsini və həmin məbləğin cavabdehdən tələb etməsini əsassız hesab edir. Belə ki, sözügedən ödəniş borcludan tutulmalı olduğu halda iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda tələbkar İddiaçı ASC iddia ərizəsində qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 642,60 (altı yüz qırx iki, 60) manat məbləğində icra ödənişi və 388,98 (üç yüz səksən səkkiz, 98) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 1031,58 (bir min otuz bir, 58) manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 642,60 (altı yüz qırx iki, 60) manat məbləğində icra ödənişi və 388,98 (üç yüz səksən səkkiz, 98) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 1031,58 (bir min otuz bir, 58) manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-8568/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8568/2021
30.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver