Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-975/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında müştərək olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 952,00 (iki min doqquz yüz əlli iki) manat məbləğində ziyanın və ödənilmiş 49,52 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, (Ünvan: Bərdə rayonu, Xanağalı kəndində qeydiyyatda olan), cavabdehlər Cavabdeh3, Gündüz Eyvaz oğlu və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 952,00 (iki min doqquz yüz əlli iki) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** DL *** dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 08.11.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** DL *** dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi nəticəsində ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. “Cadillac” tərəfindən təqdim olunmuş zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi dəyəri 2 952,00 (iki min doqquz yüz əlli iki) manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 28.01.2020-ci il tarixli sığorta aktına əsasən 2952,00 (iki min doqquz yüz əlli iki) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmir olunması məqsədi ilə elektron qaimə əsasında təqdim olunan hesaba ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** DL *** dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 08.11.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** DL *** dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi nəticəsində ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. “Cadillac” tərəfindən təqdim olunmuş zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi dəyəri 2 952,00 (iki min doqquz yüz əlli iki) manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 28.01.2020-ci il tarixli sığorta aktına əsasən 2 952,00 (iki min doqquz yüz əlli iki) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmir olunması məqsədi ilə elektron qaimə əsasında təqdim olunan hesaba ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Bununla yanaşı sığortalı nəqliyyat vasitəsini mülkiyyətçi Cavabdeh1 etibarnamə ilə Cavabdeh3 vermişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh3 sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsinin idarə olunmasını verdiyi üçün məsuliyyət daşıyır. Odur ki, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, (Ünvan: Bərdə rayonu, Xanağalı kəndində qeydiyyatda olan), cavabdehlər Cavabdeh3, Gündüz Eyvaz oğlu və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 952,00 (iki min doqquz yüz əlli iki) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi, bildirdi ki, avtomobil onun mülkiyyətində olsa da, o, avtomobili hazırda adını xatırlamadığı şəxsə baş etibarnamə əsasında vermiş, həmçinin faktiki satmışdır, həmin şəxsdə avtomobili etibarnamə əsasında Cavabdeh3 vermişdir. Nə Gündüz, nə də Rüstəm adlı şəxsi tanımadığını bildirdi. Hazırda baş verən hadisə ilə əlaqəsi olmadığını, buna görə məsuliyyət daşımadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, **-DL-*** dövlət qeydiyyat nişanlı, Daewoo Nexia markalı avtomobili xalası oğlu Cavabdeh3 almışdır. Hadisəni törətdiyini etiraf etdi. Belə hesab edir ki, tək məsuliyyət daşımır. Cavabdeh3 da cavabdehlik daşıyır. Digər Cavabdeh3 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 28.01.2020-ci il tarixli sığorta aktına əsasən **-DL-*** dövlət qeydiyyat nişanlı, Daewoo Nexia markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 2952 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - Bakı şəhər DYPİ Yol Patrul xidmətinin əməkdaşları tərəfindən Cavabdeh2 barəsində 08.11.2018-ci il tarixli inzibati xəta haqqında İXP-2183613 saylı inzibati protokol tərtib olunmuşdur. 13.11.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh təqsirli bilinmişdir. - “Cadillac” tərəfindən təqdim olunmuş zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi dəyəri 2 952,00 (iki min doqquz yüz əlli iki) manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası qaydasında sığortalanmış avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilin sahibinə sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Avtomobil etibarnamə əsasında Cavabdeh3 istifadəsində olmuşdur və onun tərəfindən Cavabdeh2 verilmişdir. Avtomobilin Cavabdeh2 verilməsinə dair Cavabdeh1 heç bir razılığı və iştitrakı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dair hissədı əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən ** UR *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 350 markalı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ onlardan iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh1 dair hissədə isə rədd edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 49,52 manat dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidməti xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 subroqasiya qaydasında müştərək olaraq 2952 (iki min doqquz yüz əlli iki) manat məbləğində pul və ödənilmiş 49,52 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-975/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-975/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver