Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1047/2025 15.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 8İ-640 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinə qarşı üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 8İ-640 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(061)- 1047/2025 nömrəli qərardadı ilə vacib və əsaslı olduğundan hazırki iş üzrə "xxxx" ASC-in müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştrirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tələbkar "xxxx" ASC-in ona qarşı borcun qaytarılması tələbi ilə Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Tərtər rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-640 saylı icra qeydinə əsasən 5193,56 manat borc və iş üzrə ödənilmiş 25 manat dövlət rüsumunun ondan tutulması icra edilmişdir. Tərtər rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-640 saylı icra qeydinin icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinə çağırıldıqdan sonra barəsində Tərtər rayon Notariat Ofisi tərəfindən barəsində 17 fevral 2025-ci il tarixli, 8İ-640 nömrəli icra qeydi qəbul edildiyini və tələbkarın ondan 5218,56 manat borc tələb etdiyini bilmişdir. Hesab edir ki, Nazirlər Kabinetinin İcra qeydinin aparılması qaydalarına görə tələb mübahisəli olduqda tələbkar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Tərtər rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-640 saylı icra qeydində 5218,56 manat borcun necə yaranması hissəsi araşdırılmamışdır. Belə ki, icra qeydinin aparılmasına əsasən olan müqavilə üzrə “chargebask” yaradan halların aradan qaldırılması məqsədi ilə "xxxx" ASC-in filialına müraciət etmiş və müqavilənin ləğv edilməsi üçün ərizə yazmışdır. Lakin hüquqi savadı kifayət qədər olmadığından yazdığı ərizənin “qəbul etdim” halında surətini götürmədiyindən müqavilə ləğv edilməmiş və hazırki borc yaranmışdır. Bundan əlavə olaraq bildirmişdir ki, bağlanılmış müqavilə üzrə “chargebask”, yəni kartdan üçüncü şəxslər tərəfindən istifadə aşkarlanan zaman Bank tərəfindən həmin müqavilə birbaşa ləğv edilməli və kart bloklanmalı olmuşdur. Ancaq Bank tərəfindən bu əməliyyat da aparılmamış və hazırki borc qanunsuz olaraq ondan tələb edilmişdir. İcra qeydi ilə Notariat Ofisinə müraciət edilən zaman tələb dəqiq olmalı və mübahisə doğurmamalıdır. Qeyd etdiyi hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu X1nun qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 8İ-640 nömrəli icra qeydinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Tərtər rayon Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASN-in nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdeh Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu Şəhriyar Əliyevin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASN-in nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin 02 sentyabr 2025-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən Tərtər rayon Notariat Ofisi Xüsusi notariusu X1 izahatında göstərmişdir ki, "xxxx" ASC Tərtər rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə bildiriş göndərərək xx.xx.2024-cü il tarixli AU9568418A9-2 nömrəli kredit müqaviləsi üzrə 5193,56 manat kredit borcunu ödəməsi ilə bağlı ona bildiriş göndərildiyini, lakin bildirşlə bağlı İddiaçı ödəmə etməkdən imtina cavabı alındığı və icra qeydi verilməsi xahiş edilımişdir. İcra qeydinin verilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə 25 manat rusum ödənilmiş, xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İddia tələbinin əsassız hesab edib təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı məlumatda bir sıra xüsusatlarla yanaşı, "xxxx" ASN-in ona ünvanladığı xx.xx.2025ci il tarixli və xx.xx.2025-ci il tarixli, 8İ-640 saylı icra qeydində göstərdiyi müqavilənin ona heç bir aidiyyəti olmadığını göstərməklə həmin sənədləri aldığını bir daha sübut etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borclu X2 bildirilmişdir ki, onun barəsində xx.xx.2024-cü il tarixli, № AU9568418A9-2 saylı, borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd mövcuddur. Həmin sənədə görə 1 ay müddətinə, illik 0 faiz olmaqla 339,74 manat məbləğində kredit götürmüş və öhdəliyi yaranmışdır. xx.xx.2024-cü il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli, № AU9568418A9-2 saylı sənəddən irəli gələrək 5193,56 manat əsas, 0 manat komission, 0 manat cərimə borcu onun tərəfindən ödənilməmişdir. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Bildirişin qeyd hissəsində göstərilmişdir ki, bu bildiriş həmçinin elektron ünvanına və SMS vasitəsi ilə əlaqə nömrələrinə də göndərilmişdir. İş materiallarında olan notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, "xxxx" ASC Tərtər rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə bildiriş göndərərək xx.xx.2024-cü il tarixli AU9568418A9-2 nömrəli kredit müqaviləsi üzrə 5193,56 manat kredit borcunu ödəməsi ilə bağlı ona bildiriş göndərildiyini, lakin bildirşlə bağlı İddiaçı ödəmə etməkdən imtina cavabı alındığı və icra qeydi verilməsi xahiş edilımişdir. İcra qeydinin verilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə 25 manat rusum ödənilmiş, xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə Bakı şəhəri, Nərimanov Rayonu, X4, ev 42 ünvanında yerləşən "xxxx" ASC xeyrinə, ünvan 3atda olan İddiaçı AU9568418A-2 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5193 (beş min yüz doxsan) manat 56 (əlli altı) qəpik tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilməmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5218 manat 56 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdir. Reyestrdə 8İ-640 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. 25 manat haqq tutulub. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bank ödəniş kartı hesabı müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bank ödəniş kartı hesabı müqaviləsi bağlanmış və tərəflər həmin müqaviləni imzalamışlar. Məhkəmə iddia ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, "xxxx" ASC ilə İddiaçı arasında bank ödəniş kartı hesabı müqaviləsi bağlanmış və tərəflər həmin müqaviləni imzalamış, hər iki tərəf üzərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə onun 5193,56 manat kredit borcu yaranmışdır. Məhkəmədə elan olunmuş notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, "xxxx" ASC Tərtər rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə bildiriş göndərərək xx.xx.2024-cü il tarixli AU9568418A9-2 nömrəli kredit müqaviləsi üzrə 5193,56 manat kredit borcunu ödəməsi ilə bağlı ona bildiriş göndərildiyini, lakin bildirşlə bağlı İddiaçı ödəmə etməkdən imtina cavabı alındığı və icra qeydi verilməsi xahiş edilımişdir. İcra qeydinin verilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə 25 manat rusum ödənilmiş, xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Eləcə də məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə Bakı şəhəri, Nərimanov rayonu, X4, ev 42 ünvanında yerləşən "xxxx" ASC xeyrinə, ünvan 3atda olan İddiaçı AU9568418A-2 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5193 (beş min yüz doxsan) manat 56 (əlli altı) qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilməmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5218 manat 56 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdir. Reyestrdə 8İ-640 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. 25 manat haqq tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında məbləğlə bağlı mübahisə olsa belə, yuxarıda qeyd edilənlər, məhkəmədə elan olunmuş mötəbər sənədlər onu təsdiq edir ki, tələbkar, borcluya xx.xx.2023-cü ildə aralarında bağlanmış bank ödəniş kartı hesabı müqaviləsinə əsasən kredit verilmiş, borclu müqaviləyə imza etməklə üzərinə öhdəliklər götürmüş, lakin həmin öhdəliklərə əməl etməmiş, nəticədə onun "xxxx" ASC-ə 5193,56 manat kredit borcu yaranmışdır. "xxxx" ASC Tərtər rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə bildiriş göndilərək xx.xx.2024-cü il tarixli AU9568418A9-2 nömrəli kredit müqaviləsi üzrə 5193,56 manat kredit borcunu ödəməsi ilə bağlı ona bildiriş göndərildiyini, lakin bildirşlə bağlı İddiaçı ödəmə etməkdən imtina cavabı alındığı qeyd edilmişdir. İddiaçı həmin bildirişi alması onun məhkəmə iclasında elan olunmuş “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı məlumatda öz təsdiqini tapmışdır. Yalnız bundan sonra icra qeydinin verilməsi ilə bağlı Tərtər rayon Notariat Ofisi tərəfindən qanunla müəyyən edilmiş qaydada sənədləri araşdıraraq xx.xx.2025-ci il tarixdə 8İ-640 nömrəli icra qeydi aparmış və sənədin icra edilməsi üçün Tərtər Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsində icraata başlama haqqında qərar qəbul etmişdir. Hazırki dövrədək icra snədi icra olunmur. İndiyədək iddiaçı məbləğlə bağlı hər hansı bir tələblə məhkəməyə müraciət etməmişdir. Kredit müqaviləsini bağladıqdan təqribən 2 il keçdikdən sonra əsassız olaraq iddia qaldırmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin hazırki halda iddiaçı icra qeydinin ləğv edilməsini tələb etsə də, icra qeydinin düzgün aparılmaması ilə bağlı sübutları təqdim edə bilməmiş, lakin cavabdeh tərəf icra qeydinin qanuni aparılması ilə bağlı mötəbər sübutlar təqdim etmişdir. Məhkəmə həmin sənədlərin mötəbər sübutlar kimi qəbul edilməsini məqsədəmüfaviq hesab etmişdir. Cavabdeh Notariat Ofisi məhz həmin sənədlərə əsaslanaraq icra qeydlərini çıxarmışdır. Belə olan halda, məhkəmə formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun qətnamə qəbul edilməsini məntiqi və məqsədəuyğun hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. Məhkəmə bir daha vurğulayır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, "xxxx" ASC kredit müqaviləsini, eyni zamanda İddiaçı kredit borcunu qaytarmadığına görə iddiaçı onun yaşadığı ünvana bildiriş göndərmiş müəyyən müddətdən sonra icra qeydi aparılması üçün Notariat Ofisinə müraciət etmişdir. Cavabdeh Notariat Ofisi də təqdim olunmuş və məhkəmədə elan edilmiş mötəbər sənədlərə istinad etmiş və müvafiq olaraq icra qeydi çıxarmışdır. İcra qeydində kredit müqaviləsində göstərildiyi kimi ümumi məbləğ göstərilmişdir. Azərbaycan Respublikası “Notariat Haqqında Qanun”un 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddənin normasından görünür ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır və icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki vəziyyətdə iddiaçı cavabdehə olan borcunu mübahisələndirmiş və icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməsini məqsədəmüvafiq hesad etmişdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Azərbaycan Respublikası MM-in 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusyasının 125-ci maddəsiin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iddia ərizəsini, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinə qarşı üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 8İ-640 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilələrə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinə qarşı üçüncü şəxslər Tərtər rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC olmaqla Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 8İ-640 nömrə ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1047/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1047/2025
15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver