Məhkəmə qərarları › İş №e-2(061)-131/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-131/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-131/2025 17.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC adlandırılacaq) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişinin, 60 (altmış) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasılarında məsafə uzaqlığına görə iştirak edə bilmədiklərini, məhkəmə baxışı iclasına iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, P.Həşimov küçəsi ərazisində tərəflərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X2 tərəfindən idarə edilən “Nissan Teanal” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh tərəfindən idarə olunan “BMW 528” markalı, 99-TC-86 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtonəqliyyat vasitəsinə zərər dəymişdir. İlkin olaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məısuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X2 tərəfindən idarə edilən idarə edilən “Nissan Teanal” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü təqsirli hesab edilmişdir. Bu səbəbdən tərəflərindən hadisə üzrə “BMW 528” markalı, 99-TC-86 dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərər üzrə nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-ə 3890 manat sığorta ödənişi həyata keçirilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə X1 şikayəti təmin edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Xətai Rayon Məhkəməsinin 3(011)- 4794/2022 saylı qərarı ilə ləğv edilərək hadisə üzrə təqsirli tərəf “BMW 528” markalı, 99- TC-86 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişinin, 60 (altmış) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “BMW 528” markalı, 99-TC-86 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan 3890 manat məbləğində hesablanmışdır. Məhkəmədə elan olunmuş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC 3890 manat məbləğində pul vəsaitini "xxxx" MMC-in baş ofisi “0001 10000 Loqal” hesabına köçürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli geriyə tələb (pretenziya) məktubundan görünür ki, Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişini 7 iş günü ərzində könüllü olaraq "xxxx" ASC-in hesabına ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4794/022 nömrəli qərarı ilə X1 şikayəti təmin edilmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə elan olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-222/2023 nömrəli qərarının surətindən görünür ki, il tarixli, 3(011)-4794/022 nömrəli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4794/022 nömrəli qərarından verilmiş şikayət təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-4794/022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, P.Həşimov küçəsi ərazisində tərəflərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X2 tərəfindən idarə edilən “Nissan Teanal” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh tərəfindən idarə olunan “BMW 528” markalı, 99-TC- 86 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtonəqliyyat vasitəsinə zərər dəymişdir. İlkin olaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məısuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X2 tərəfindən idarə edilən idarə edilən “Nissan Teanal” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü təqsirli hesab edilmişdir. Bu səbəbdən tərəflərindən hadisə üzrə “BMW 528” markalı, 99-TC-86 dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərər üzrə nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-ə 3890 manat sığorta ödənişi həyata keçirilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə X1 şikayəti təmin edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Xətai Rayon Məhkəməsinin 3(011)- 4794/2022 saylı qərarı ilə ləğv edilərək hadisə üzrə təqsirli tərəf “BMW 528” markalı, 99- TC-86 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hesab edilmişdir. Göstərilən hallar məhkəmə iclasında elan edilmiş mötəbər sənədlərlə təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarından gönür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 60 (altmış) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. İş materiallarını, iddiaçının ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi, 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-in hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi, 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar