Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1428/2024 18.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 6431 (altı min dörd yüz otuz bir) manat pulun və ödənilmiş 84 (səksən dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 yanvar 2000-ci il tarixdən "xxxx" MMC-ilə aralarında müqavilə bağlanmış və Tərtər rayon Qapanlı kənd Poçt Şöbəsinin rəisi təyin olunmuşdur. İşinin öhdəsindən layiqincə gəlmişdir. Ancaq "xxxx" MMC tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə əmr qəbul edilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edilmişdir. Belə ki, onun barəsində araşdırılma aparılmış, guya onun 13207 manat kassa əskikliyi olduğu müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması üçün Tərtər Rayon Prokurorluğuna göndərilmişdir. Tərtər rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavid Qcaqverdiyev 2022-ci il avqust ayından 2023-cü ilin may ayına qədər "xxxx" MMC X4 Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı işləmişdir. Yol verdiyi nöqsanlara görə işdən çıxarıldıqdan sonra da "xxxx"MMC-də bələdçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə X4 Müştəri Xidmətləri şöbəsində vətəndaşları qəbul edir və orada onların kommunal ödənişlərini, müvafiq qurumlar tərəfindən vətəndaşlara yazılan cərimələrini, pul göndərişlərini, təhsil ödəniçlərini və s. qəbul etmiş, daha sonra “APUS” açarından istifadə edərək “Hökumət Portalı” adlı sistemə qeydiyyata salıb nağd pulları da kassaya mədaxil etmişdir. xx.xx.2023-cü il tarixdə eyni məqsədlə Tərtər Rayon Poçt filialının Müştəri Xidmətləri Şöbəsinə gəlmişdir. Ancaq 3- 4 saat sonra evə getməli olduğundan bunu Cavid Qcaqverdiyevə bildirmiş və ona məxsus "APUS” açarını ona etibar edərək vermişdir. Bundan sonra Cavabdeh vətəndaşları qəbul edərək onlardan ödənişləri almış, ancaq həmin gün yığılan nəğd 4431 manat kassaya mədaxil etməmiş və həmin məbləği poçt şöbələrinə qaytarmamışdır. Belə ki, həmin hadisədən 4-5 gün əvvəl Tərtər Rayon Poçt filialının Müştəri Xidmətləri Şöbəsindən satış məqsədi ilə Cavabdeh 5000 manatlıq lotareya götürmüş, həmin lotarayeları pula ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə 3900 manata satmışdır. Bundan sonra həmin lotarayeların pullarını Tərtər rayon Qapanlı kənd Poçt Şöbəsinə qaytarmalı olduğu halda 4431 manat pulu kənd poçt şöbəsinə qaytarmamışdır. Bundan sonra 2023-cü ilin yanvanfevral aylarında Cavabdeh 5000 manatlıq lotareyaların satışından əldə olunmuş 3000 manat pulunu Nasir Məmmədlidən allmış, lakin Cavabdeh həmin pulu ona verməmişdir. Qalan 2000 manatlıq lotareya ona çatmış və 2000 manatı kassaya mədaxil etmişdir. "xxxx" MMC-ə dəymiş ziyan 6431 manat olduğu öz təqdiqini tapmışdır. Eyni zamanda 6431 manat onun üzərində qaldığından problem olmaması üçün "xxxx" MMC-ə ödəmişdir. Tərtər rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli, 250 saylı cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh "xxxx" MMC Tərtər Rayon Poçt filialına vurulmuş 6431 manat məbləği və onun ¼ hissəsini -1607,75 manatı ödədiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, o, əslində heç bir qüsurlu hərəkətə yol verməmişdir. Buna baxmayaraq, işindəki nüfuzuna, cavabdehdə münasibətlərini korlamamaq üçün dəymiş zərəri ödəmiş və uzun müddət bu zərərin ona geri qaytarılmasını gözləmişdir. Əslində qeyd edilən kassa əskikləri Cavabdeh qüsuru səbəbindən yaranmışdır. Göstərdiklərinə əsasən Cavabdeh 6431 (altı min dörd yüz otuz bir) manat pulun və ödənilmiş 84 (səksən dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumunun, ümumilikdə 6515 (altı min beş yüz on beş) manat 31 (otuz bir) qəpik pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ona borclu olduğu dəymiş ziyanla bağlı 6431 (altı min dörd yüz otuz bir) manat pulu kredit götürüb ödəmişdir. Artıq həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona vurduğu ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hazırda iddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək göstərmişdir ki, həqətən iddiaçının göstərdikləri ilə razı olduğunu və iddiaçıya 6431 (altı min dörd yüz otuz bir) manat pul borclu olduğunu, pulu tezliklə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildən Tərtər Rayon Poçt X3 Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC Tərtər Rayon Poçt filialına vurulmuş 6431 manat məbləğində ziyan poçt filialına və və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607, 75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə və CPM-in 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh tərəfindən cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilmiş 1607,75 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığının hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən 7 nəfər müştərinin adına Tərtər Rayon Poçt Filialına göndərilmiş pul maneqramlarının (pul göndərişlərinin) müştərilərin yerinə biliriçlərə imza atmaqla ələ keçirilməsi ilə bağlı müraciət üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməməsinin nəzərə alınması və İddiaçı əməllərində CM-in 179-cu mattəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həqiqətən məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı 6431 manat məbləğində borcu vardır və həmin pulu qaytarmamışdır. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı səmimi izahat verərək cavabdehin ona dəymiş zayanla bağlı 6431 manat pul borclu olduğunu və borcu qaytarmadığını, eləcə də Cavabdeh izahatında iddiaçıya 6431 manat pul borcu olduğunu, lakin maddi vəziyyəti ilə bağlı həmin biorcu qaytara bilmədiyini göstərmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 6431 manat təşkil edir. Məhkəmə iclasında alınmış iddiaçının və cavabdehin izahatları ilə bu fakt təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Lakin məhkəmə iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatlarını həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 6431 manat dəymiş ziyanla bağlı borcunu qaytarmamışdır. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclası zamanı ərizə təqdim edərək sübutlar təqdim edəcəyini bildirsə də iddianın təkzib edilməsi üçün hər hansı bir sənədi məhkəməyə tədim edə bilməmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatını, cavabdehin ərizəsini müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə ziyzn vurmuş və həmin ziyanı qaytarmamışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 6431 (altı min dörd yüz otuz bir) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 84 (səksən dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, iddiaçının və cavabdehin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6431 (altı min dörd yüz otuz bir) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6431 (altı min dörd yüz otuz bir) manat pul və ödənilmiş 84 (səksən dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1428/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1428/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver