Məhkəmə qərarları › İş №e-2(061)-1492/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1492/2025

19.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1492/2025 19.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı (bindan sonra iddiaçı adlandırılacaq) və vəkalətli nümayəndəsi X9, ilkni iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh adlandırılacaq) və vəkili və vəkalətli nümayəndəsi Bərdə rayon Vəkl Bürosunun vəkili X10 iştirakları ilə İddiaçı, Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılması qarşlıqlı iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin RN **********91-10301, QN-180702, xx.xx.2007-ci il tarixli çıxarışla ona məxsus Tərtər şəhəri Həzi Aslanov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 48 kv.metr yaşayış sahəsi, 96,84 kv.metr köməkçi sahəsi olan 15 nömrəli fərdi yaşayış evindən şəxsi əşyaları ilə birgə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı ilkin iddia ərizəsinin rədd edilməsi, İddiaçı evə çəkilən xərc-29895, 60 manat pulun və ödənilımiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər şəhər H.Aslanov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 48 kv.metr yaşayış sahəsi, 96,84 kv.metr köməkçi sahəsi olan 15 nömrəli fərdi yaşayış evi RN **********91-10301, QN-180702262, xx.xx.2007-ci il tarixli şıxarışa ona məxsusdur. Cavabdeh müvəqqəti yaşamaq məqsədi ilə o, Rusiya Federasiyasında yaşayarkən ondan icazə alıb həmin evə yığışmış, opnun icazəsi olmadan evdə, həyətdə çardaq qurmuşdur. Bu gün həmin evdə onun və ailəsinin yaşamağa zərurəti yarandığından cavabdehdən dəfələrlə onun mülkiyyətini boşaltmasını evi tərk etməsini tələb etmiş, özünə yaşayış yeri tapması üçün ona xeyli müddət vaxt və zaman versə də cavabdeh mülkiyyətindən çıxmaq istəməmiş və onun öz mülkiyyətindən bütünlüklə istifaə etməsini maneçilik yaratmışdır. Cavabdehin bu cür özbaşına və qanunsuz davranışı onun mülkiyyətindən tam və sərbəst sərəncam verici əsaslarla istifadəsinə ciddi maneə və qanunsuz müdaxilədir. Qeyd etmişdir ki, cavabdeh onun evində qeydiyyatda deyildir. Ev bütünlüklə ona məxsusdur. Mülkiyyətçi hüququ ilə və ailə üzvlərinin yaşaması, onların sakit, asudə rifahı üçün cavabdehin ona məxsus mülkiyyətdən çıxarılması vacib və zəruridir. O, cavabdehlə konfliktli vəziyyətdədir və cavabdehin təxirəsalınmadan onun mülkiyyətini boşaltmalı, evini tərk etməlidir. O və həyat yoldaşı kifayət qədər yaşlı insanlardır. Onunla və ailə üzvləri ilə cavabdeh arasında münaqişə baş verməsini istəmir. Bu səbəbdən cavabdehin onun mülkiyyətindən məhkəmə qətnaməsi ilə çıxarılması daha qanunauyğundur. Evin saxlanması yükünü hər zaman təkbaşına daşımışdır. Mülkiyyət hüququ ilə ona aid sözügedən evdə yaşayış sahəsindən istifadə üzrə cavabdehlə onun arasında heç bir razılaşma yoxdur, cavabdeh onunla heç vaxt ümumi təsərrüfat aparmamışdır. Yuxarıda göstərilənlərə əsasən mülki iş üzrə Cavabdeh RN **********91-10301, QN-180702, xx.xx.2007-ci il tarixli çıxarışla ona məxsus Tərtər şəhəri Həzi Aslanov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 48 kv.metr yaşayış sahəsi, 96,84 kv.metr köməkçi sahəsi olan 15 nömrəli fərdi yaşayış evindən şəxsi əşyaları ilə birgə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermis İddiaçı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, cavabdehin ona məxsus olan evdən çıxarılmasını xahiş etmişdir. Belə cavabdeh 15 ildir ki, onun evində yaşamasına baxmayaraq torpaq pulu, qazın, suyun pulun özünün ödəməsini bildirmişdir. Evin təmiri ilə bağlı ona icazə verməmiş, evinə gələndə cavabdehin çardaq qurduğunu görmüşdür. Bu işlərə gösə onun icazəsi, razılığı olmamışdır. Çardağı da söküb apara bilər. Vəkil Xanım İsayevanın sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh ona telefon vasitəsi ilə zəng edib aranı kəsmək istədiyini demiş, ona kəsə bilirsən kəs başqa heç nə deməmişdir. Ona çardaq düzəltdirməsini, işıq çəkdirməsini, başqa işlər görməsini deməmişdir. Ev onun evidir. Əvvəl atasının evi olmuşdur. Təhməz onun qardaşıdır. Hər ikisi internatda böyümüşlər. Təhməzin toyunu o, etmişdir. Birinci gəlin bu evə gəlmiş, sonra ayrılmışlar. O, kompensasiyanı alıb getmişdir. Kompensasiyanı o, ödəmiş, Təhməzin birinci arvadı evdən çıxmışdır. Anasının sağlığında Təhməz də, bacıları da razılıq vermiş və ev notarial qaydada onun adıma sənədləşdirilmişdir. Göstərdiklərinə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəkalətli nümayəndəsi X17 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, atasının dediyi kimi ev onun mülkiyyəti olmasına baxmayaraq hasar çəkdirməsinə razılıq vermiş, ancaq cavabdeh 15 ildir ki, həmin evdə yaşamışdır. 2011-ci ilin may ayından hasar çəkilmiş, ondan əvvəl də orada yaşamışdır. Nə edibsə özü üçün şərait yaratmışdır. Hazırda həmin işlərin onlara heç bir aidiyyəti yoxdur. Onların iddiasını qəbul etmədiyini, həmin evdə öz zövqlərinə uyğun olaraq inşaat işləri aparılacaqlar. Həmin evinin girişi ayrıdır. Belə ki, nənəsi sağlığında yaşadığı evin arası açıq olmuşdur. 2011-ci ildə ara hasar çəkilmişdir. Vəkil Xanım İsayevanın sualına cavab olaraq iddiaçını vəkalətli nümayəndəsi bidldirmişdir ki, hasar çəkiləndə orda Vahid və usta olmuşdur. Çardaq çəkiləndə görsə belə atası razı olmamışdır. Cavabdeh öz yanından həyətdə çardaq qüraşdırmışdır. Göstərdiklərinə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR-İ № 764158 nömrəli etibarnamənin surətindən görünür ki, Mehtiyev X8 Elçin Əvəz oğluna etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh İddiaçı məhkəmədə ona qarşı mülkiyyətdə olan evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 2(061)-1492/2025 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçı məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır. Belə ki, İddiaçı tələb etdiyi evdə o, doğulub böyümüşdür. Orada gəncliyi keçmişdir. Orada ailə qurib ailəsi ilə orada yaşayır. 1994-cü ildə qardaşı İddiaçı ilə Rusiyada işləməyə getmişlər. Qardaşı Əvəz ata mülkündən torpaq alaraq ev tikməyə başlamışdır. 2004-cü ilə kimi qazancları bir yerdə olmuşdur. 2006-cı ildə bacısı Xannənə Mehdiyeva yanaraq dünyasını dəyişmişdir. X3 bu hadisədən sonra vəziyyəti pisləşmişdir. O, Rusiya Federasiyasında olduğuna görə Əvəz evin sənədlərini oğlu Elçin Mehdiyevin adına keçirmişdir. 2007-ci ildə anası vəfat etmişdir. 2011-ci ildə qardaşı Əvəz onu Rusiya Federasiyasından Tərtər şəhərinə evi təmir etdirmək üçün göndərmişdir. Dörd il yaşanmayan köhnə ata evini təmir etməyə başlamışdır. Təmir müddətində İddiaçı ona hasar çəkməyi tələb etmişdir. O da onun göstərdiyi yerdən hasar çəkib evin təmirinə başlamışdır. 2011-ci ilin sentyabr ayında o, Rusiyaya işinə qyıtmışdır. Lakin Əvəz onu işləməyə qoymamışdır. O, Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçı evinə gələndə ondan evin sənədlərini istəmişdir ki, qeydiyyata düşsün. Ancaq İddiaçı sənədləri verməyərək evin onun olduğunu bildirmişdir. 14 ildir ki, İddiaçı onunla danışmır. Evinə hücum çəkərək onu təhqiramiz sözlərlə təhqir edir, onu evdən çıxarmaq istəyir. O da sağlamlığını qoyaraq qazandığı pul ilə təmir etdiyi ata evini geri ala bilməmişdir. Bunun üçün evinə çəkilən xərci tələb edir. Evi təmir etdirən zaman evə alınan əşyalar -17 metr, hündürlük 2,10 metr, 929 kv.metr x 0,80 = 743,20 manat, 78 kv.metr x 0,80 man= 62,40 manat, 80 kv.metr x 4 manat = 3230 manat, 30 kisə sement x 8 manat = 240 manat, 100 kv.metr x 5 manat = 500 manat, 20 x 8 manat= 160 manat kisə beton üçün sement, çardaq 2 -10000 manat, plastik pəncərə 5 ədəd, plastik qapı 6 ədəd, böyük şüşəli plastik pəncərə 1 ədəd 5000 manat, zalın təmiri 2000 manat, elektrik işləri 300 manat, mətbəxin kafel metlak 1200 manat, kondisioner 500 manat, çilçıraq 3 ədəd 100 manat, mətbəx, eyvan, divar, tavan 200 manat, kombi çəkilişi 4500 manat, zal döşəmə 1170 manat, əl üz yuyan 2 ədəd 100 manat, hamam vannası 200 manat, steklovit 30x20=600 manat, hamam kafel, metlak 1500 manat, böyük su çəni 300 manat balaca su çəni 200 manat olmaqla, ümumilikdə 29895, 60 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı məhkəmədə ona qarşı mülkiyyətdə olan evdən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilərək, İddiaçı evə çəkilən xərc-29895,60 manat pul vəsaitinin və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermis Cavabdeh göstərmişdir ki, iddiaçının tələbi ilə razı deyildir. Əgər onun pulunu versə evdən çıxacaqdır. İddiaçı onun pulu ilə ev tikmiş, çardaq quraşdırmış, sonra ona evini düzəltdirməsini demişdir. Evi düzəltdirəndən sonra ona aranı kəsməsini və xərcinin yarı bölünəcəyini bildirmişdir. Hasarı çəkdirmiş, iddiaçıya hasarın 2000 manat etdiyini bildirdikdə, ona çatan hissəsni verməkdən imtina etmişdir. Onları görmək istəmir, əgər onun haqqını versələr evdən çıxmağa razılıq verəcəkdir. İlkin iddianını təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və vəkalətli nümayəndəsi Bərdə rayon Vəkl Bürosunun vəkili X18 əlavəsi olmadığını, evin cavabdehin atasının olduğunu, evə çıxarış sənədi alınması üçün həmin vaxt evin İddiaçı adına sənədləşdirilməsinə razılıq verdiyini, buna baxmayaraq həmin evdə böyüdüyünü, hazırda da orada yaşadığını bildirmiş, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş vəkil orderindən (№ 0456405) görünür ki, Cavabdeh Bərdə rayon Vəkl Bürosunun vəkili X18 ilə müqavilə bağlayaraq ona etibarnamə vermis və məhkəmə iclaslarında onun hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olan şəxslərin arasında Cavabdeh adı qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* nömrəli xx.xx.2007-ci ildə qeydiyyata alınmış, qeydiyyat nömrəsi 180702262, reyestr nömrəsi **********92-10301 olan çıxarış sənədindən görünür ki, Tərtər şəhəri, Həzi Aslanov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.metr yaşayış, 96.84 kv.metr köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi ayrı-ayrı vətəndaşların müraciətlərində onun hazırda yaşadığı evini təmir etdirməsinin şahidi olduqlarını göstətmişlər. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2009 nömrəli, xx.xx.2009cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilkin iddiası təmin edilmiş, cavabdehlər X2, X6 və X7 İddiaçı tərəfindən 2 otaqlı yaşayış mənzili və ya onun dəyəri olan 11000 manat pul kompensasiya ödənilməsi müqabilində onların İddiaçı mülkiyyətində olan Tərtər şəhəri, Həzi Aslanov küçəsi 15 saylı evdə yaşayış hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması, İddiaçı mülkiyyətində olan Tərtər şəhəri, Həzi Aslanov küçəsi 15 saylı evin tam olaraq onun istifadəsinə qaytarılması, X1 cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi, evin 3/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-240/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın qəbul etdiyi 2(102)-2252/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-240/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının, vəkalətli nümayəndəsinin, cavabdehin və vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı evdən çıxarma, Cavabdeh isə İddiaçı qarşı İddiaçı evin təmirinə çəkdiyi xərc tələbi ilə bağlı iddia qaldırmışlar. Məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda, İddiaçı ünvan 3 ünvanda qeydiyyatda olan şəxslərin arasında Cavabdeh adı qeyd edilməməsi göəstərilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* nömrəli xx.xx.2007-ci ildə qeydiyyata alınmış, qeydiyyat nömrəsi 180702262, reyestr nömrəsi **********92-10301 olan çıxarış sənədində, Tərtər şəhəri, Həzi Aslanov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.metr yaşayış, 96.84 kv.metr köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eləcə də məhkəmədə elan olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində, Cavabdeh xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır Bununla yanaşı məhkəmədə elan edilmiş Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinin surətində, İddiaçı ilkin iddiası təmin edilmiş, cavabdehlər X2, X6 və X7 İddiaçı tərəfindən 2 otaqlı yaşayış mənzili və ya onun dəyəri olan 11000 manat pul kompensasiya ödənilməsi müqabilində onların İddiaçı mülkiyyətində olan Tərtər şəhəri, Həzi Aslanov küçəsi 15 saylı evdə yaşayış hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması, İddiaçı mülkiyyətində olan Tərtər şəhəri, Həzi Aslanov küçəsi 15 saylı evin tam olaraq onun istifadəsinə qaytarılması, X1 cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi, evin 3/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmədə elan edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-240/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-458/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bunlarla yanaşı məhkəmədə elan edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın qəbul etdiyi 2(102)-2252/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-240/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bu sənədlər ilkin iddia ərizəsinin əsaslı olduğunu və təmin edilməsi üçün əsas olduğuna dəlalət edir. Məhkəmə həmin sənədlərin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi ayrı-ayrı vətəndaşların müraciətlərində onun hazırda yaşadığı evini təmir etdirməsinin şahidi olduqlarını göstətmişlər. Cavabdeh hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində təmir işlərinin aparılması ilə bağlı tərəflər arasında olan hər hansı bir razılaşmanı, eləcə də bununla bağlı qeydiyyatın surətini məhkəməyə təqdim edə bilməmiş, yalnız məhkəmə iclasında verdiyi izahatla kifayətlənmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməsi üçün hər hansı bir sənəd təqdim edə bilmədiyindən təmin edilməsini məqsədə müvafiq hesab etməmişdmir. Eləcə də iş üzrə Cavabdeh vəkalətli nümayənəsi Xanım İsayevanın həmin evin cavabdehin atasına məxsus olması, cavabdehin həmin evdə böyüməsi, ailə qurması, evi təmir etdirməsi ilə bağlı onun evdən çıxarılmasının mümkün olmamasını göstərməsi barədə verdiyi vəsatətlərin hazırki iddia tələbi ilə aidiyyəti olmadığını və başqa mübahisə predmeti olduğunu nəzərə lınaraq qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardir: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının fərdi yaşayış evindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və 2007-ci ildə qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində heç bir hüququ qeydiyyata alınmamış, ancaq öz qanunsuz hərəkətlərinə əsaslanaraq istifadə edir. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. Bununla da iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasınna dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələblərində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçının qaldırdığı tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi İddiaçı məxsusdur. O, həmin əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. İddiaçı ilə cavabdehin arasında münasibətlər kəskinləşmiş, qonşuluqda yaşamaları mümkünsüz olmuşdur. Bu səbəbdən də iddiaçının mülkiyyətindən istifadə hüququ məhdudlaşmışdır. Eləcə də cavabdehin sözügedən fərdi yaşayış evini təmir etdirməsi ilə bağlı iddiaçı ilə aralarında heç bir razılaşma mövcud deyildir. O, haqqını alacağı təqdirdə həmin evdə yaşamayağacını bildirmişdir. Göründüyü kimi o da həmin evdə yaşamaq istəmir. Ona görə də hazırki vəziyyətdə cavabdehin iddiaçının evində yaşaması məqsədəmüvafiq deyildir. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin ediməməsi məqsədə müfafiqdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh RN **********91-10301, QN-180702, xx.xx.2007-ci il tarixli çıxarışla İddiaçı məxsus Tərtər şəhəri Həzi Aslanov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.metr yaşayış sahəsi, 96,84 kv.metr köməkçi sahəsi olan 15 nömrəli fərdi yaşayış evindən şəxsi əşyaları ilə birgə çıxarılmalıdır, Cavabdeh İddiaçı qarşı ilkin iddia ərizəsinin rədd edilməsi, İddiaçı evə çəkilən xərc-29895 (iyirmi doqquz min səkkiz yüz doxsan beş) manat 60 (altmış) qəpik pulun və ödənilımiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh RN **********91-10301, QN-180702, xx.xx.2007-ci il tarixli çıxarışla İddiaçı məxsus Tərtər şəhəri Həzi Aslanov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 kv.metr yaşayış sahəsi, 96,84 kv.metr köməkçi sahəsi olan 15 nömrəli fərdi yaşayış evindən şəxsi əşyaları ilə birgə çıxarılsın. Cavabdeh İddiaçı qarşı ilkin iddia ərizəsinin rədd edilməsi, İddiaçı evə çəkilən xərc-29895 (iyirmi doqquz min səkkiz yüz doxsan beş) manat 60 (altmış) qəpik pulun və ödənilımiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar