Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1607/2025 16.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı, cavabdehlər X7, X8, X9, Cavabdeh1 Cavabdeh2 Rəşid qızına və Cavabdeh3 qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünüb ayrılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər X7, X8, X9, Cavabdeh1 Cavabdeh2 Rəşid qızına və Cavabdeh3 qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rüyüstrindən electron Çıxarışa” əsasən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 6.2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə onun mülkiyyətinə 0,851 ha ölçüdə (100/729 hissəsində) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə ölçülüb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X16 məhkəmə iclasında iddia tələbini qanuni və əsaslı hesab edərək göstərmişdir ki, o 1988-ci ildə valideynləri ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Tərtər rayonu Bəyimsarov kəndində məskunlaşmışlar. Cavabdehlərdən Cavabdeh4 onun qardaşı, X13, X14, Cavabdeh1 Cavabdeh2 Rəşid qızı və Cavabdeh3 isə bacılarıdır. Cavabdehlərlə aralarında olan uzun mübahisədən sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən **********60 reyestr nömrəli çıxarışa əsasən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 6.2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə (100/729 hissəsində) onun, 100/729 hissəsi qardaşı Cavabdeh4, 91/729 hissəsi nənəsi (atasının anası) X17 (xx.xx.2004-cü ildə vəfat etmişdir), 19/729 hissəsi bacısı X3, 19/729 hissəsi bacısı X4, 100/729 hissəsi bacısı X5, 100/729 hissəsi bacısı Cavabdeh1, 100/729 hissəsi qardaşı X10 (xx.xx.2022-ci ildə vəfat etmişdir) və 100/729 hissəsi bacısı X11 xüsusi mülkiyyətindədir. Lakin qeyd olunan bölgü ilə barışmayan cavabdehlər, xüsusilə Cavabdeh4 onun mülkiyyətində olan pay torpaq sahəsinin hamısını zəbt edərək ona öz torpağından istifadə etməyə qoymur. Dəfələrlə xəbərdarlıq etdiyinə baxmayaraq cavabdehlər onun mülkiyyətində olan pay torpaq sahəsindən çıxmır və torpağın naturada bölgüsünə da razı olmurlar. Buna görə hesab edir ki, Çıxarışla qeyd olunan ölçüdə onun payı naturada ayrılıb ona verilməli və buna uyğun sərhədlər müəyyən edilməlidir. Cavabdehlərlə aralarında olan mübahisənin bu qaydada həll edilməsi üçün dəfələrlə cavabdehlərə müraciət edib məsələni məhkəmədənkənar qaydada həll etmək istəsə də cavabdehlər buna razı olmamışlar. Ona görə də öz mülkiyyət hüququndan istifadə etmək üçün cavabdehlərlə aralarında olan torpaq mübahisələrinə son qoymaq üçün hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur və ümud edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, əvvəlki məhkəmə iclasında da rəsmi ərizə verərək, İddiaçı pay torpaq sahəsinin naturada bölüməsi tələbinə dair iddiasını qəbul etdiklərini bildirmişlər. Hazırda da iddianı qəbul edirlər. İddiaçı özünə aid pay torpaq sahəsinin natura qaydasında ayrılıb ona verilməsinə heç bir etirazları yoxdur. Hazırda iddia tələbini qəbul etdiklərini və bununla bağlı qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh4 (arvadı) X2 etibarnamə verərək məhkəmə iclaslarında onları təmsil etməyi həvalə etmişdir. İş üzrə digər cavabdehlər X8, X9, Cavabdeh1 Cavabdeh2 Rəşid qızına və Cavabdeh3 qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuş, Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən **********60 reyestr nömrəli çıxarış sənədlərinin surətindən görünür ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 6.2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə (100/729 hissəsində) onun, 100/729 hissəsi qardaşı Cavabdeh4, 91/729 hissəsi nənəsi (atasının anası) X17 (xx.xx.2004-cü ildə vəfat etmişdir), 19/729 hissəsi bacısı X3, 19/729 hissəsi bacısı X4, 100/729 hissəsi bacısı X5, 100/729 hissəsi bacısı Cavabdeh1, 100/729 hissəsi qardaşı X10 (xx.xx.2022-ci ildə vəfat etmişdir) və 100/729 hissəsi bacısı X11 xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının, cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçı və cavabdehlər bacı qardaşdırlar. Onların mülkiyyətinə Tərtər rayon Bəyimsarov kəndində ərazisi 6.2044 ha olan **********60 reyestr nömrəli çıxarış sənədi alınmışdır. Sözügedən torpaq sahəsindən 9 nəfər ailə üzvlərinin hər birinə adambaşına düşən pay ayrılmışdır. İddiaçı cavabdehlərlə aralarında baş verən narazılıqlarla bağlı mübahisəli pay torpaq sahəsindən ümumi birgə istifadə edə bilməmişlər və bu səbəbdən aralarında daima mübahisələr yaranmışdır. Odur ki, həmin pay torpaq sahəsinin öz aralarında adambaşına düşən payın bölünməsini təklif etsələr də cavabdehlər razı olmamışlar. Göründüyü kimi paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Bəyimsarov kənd ərazisində yerləşən, ərazisi 6.2044 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payılarının müəyyən edilməsi və natura formasında ayrılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdehlər paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmiş, lakin iddiaçıların paylarının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçıların ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərtəşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının və cavabdehin vəkalətili nümayəndəsinin izahatlarını, nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və X19 Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesterindən elektron çıxarışa” əsasən Tərtər Rayon Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 6.2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə İddiaçı mülkiyyətinə 0,851 ha ölçüdə (100/729 hissəsində) payı müəyyən edilməli və naturada ayrılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və X19 Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesterindən elektron çıxarışa” əsasən Tərtər Rayon Bəyimsarov kəndində yerləşən ümumi sahəsi 6.2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə İddiaçı mülkiyyətinə 0,851 ha ölçüdə (100/729 hissəsində) payı müəyyən edilsin və naturada ayrılsın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1607/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1607/2025
16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver