Məhkəmə qərarları › İş №e-2(061)-1721/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1721/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1721/2024 06.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh olmaqla ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 937 (doqquz otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 27263 (iyirmi yeddi min iki yüz altmış üç) manat 03 (üç) qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Baş İdarənin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və maraqlı şəxs barəsində ölkədən getmək hüququnun məhjdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Tərtər rayon Qaradağlı Bələdiyyəsinin (VOEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27262,98 manat, “GENCO GROUP” Məhdud Məsuliyyəli Cəmiyyətinin (VOEN : **********) dövlət büdcəsinə 937,88 manat məbləğində (o cümlədən, vergilər üzrə 910,37 manat, faizlər üzrə 27,51 manat), Dövlət Sosial Müdafiə Fonduna 5 manat olmaqla, ümumilikdə 28200,91 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********51290016, xx.xx.2024-cü il tarixli **********419400, xx.xx.2024-cü il tarixli **********701500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, Cavabdeh tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 937 (doqquz otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 27263 (iyirmi yeddi min iki yüz altmış üç) manat 03 (üç) qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəməyə çağırılmış Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM- nin 185.5 maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan hüquqi şəxs haqqənda məlumatdan görünür ki, Tərtər Rayon Qaradağlı -İ Bələdiyyəsinin rəhbəri Cavabdehdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2024cü il tarixli **********4 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixə “GENCO GROUP” Məhdud Məsuliyyəli Cəmiyyətinin ümumilikdə 931,53 qəpik, o cümlədən 911,31 manat vergilər üzrə, 20,22 manat faizlər üzrə borcu vardır. Cavabdeh borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qeyd olunan borc ödənilmədiyi halda onun plkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********3 nömrəli bildirişin surətindən görünür ki, Tərtər Rayon Qaradağlı -İ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə qədər ümumilkdə 27266,67 manat, o cümlədən 23360,39 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə, 3906,28 manat faizlər üzrə borcu vardır. Cavabdeh borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qeyd olunan borc ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki-Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Tərtər Rayon Qaradağlı - İ Bələdiyyəsinin rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Beyləqan rayonunda doğulmuş və Tərtər Rayon Qaradağlı kəndində yaşayan (Tərtər Rayon Qaradağlı -İ Bələdiyyəsinin rəhbəri) Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar