Məhkəmə qərarları › İş №e-2(061)-1784/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1784/2025

13.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1784/2025 13.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh olmaqla ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 182 (yüz səksən iki) manat 66 (altmış altı) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 4876 (dörd min səkkiz yetmiş altı) manat 50 (əlli) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 25 (iyirmi beş) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Baş İdarənin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və maraqlı şəxs barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Tərtər rayon Buruc Bələdiyyəsinin (VOEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4875,4 manat, dövlət büdcəsinə 182,66 manat məbləğində (o cümlədən, vergilər üzrə 175,42 manat, faizlər üzrə 7,24 manat), Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,1 manat, İcbari Tibbi Sığorta Fonduna 25 manat olmaqla, ümumilikdə 5059,41 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********895100 23.012025-ci il tarixli **********801400, xx.xx.2025-ci il tarixli **********800700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, Cavabdeh tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 182 (yüz səksən iki) manat 66 (altmış altı) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 4876 (dörd min səkkiz yetmiş altı) manat 50 (əlli) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 25 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh barəsində (şəxsiyyətitəsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, 2025-ci il Bələdiyyə seçkilərində Tərtər rayon Buruc Bələdiyyəsinin sədri seçilmişdir. Bir neçə kəndin bələdiyyələri birləşdirilmiş və bununla da ərizə göstərilən məbləğlərdə dövlət büdcəsinə olan ümumilikdə 182 (yüz səksən iki) manat 66 (altmış altı) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 4876 (dörd min səkkiz yetmiş altı) manat 50 (əlli) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 25 manat məbləğində borc yaranmışdır. Həmin borcun 2000 manat hissəsi Bələdiyyə fonduna ödənilmiş pul köçürmələri hesabına ödənilmişdir. Qalan məbləği ödəməyə maddi imkanları olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 182 (yüz səksən iki) manat 66 (altmış altı) qəpik, Dövlət Sosial Müdafiə Fonduna 4876 (dörd min səkkiz yetmiş altı) manat 50 (əlli) qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 25 (iyirmi beş) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Tərtər rayon Buruc Bələdiyyəsinin rəhbəri Cavabdehdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli **********5 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Tərtər rayon Buruc Bələdiyyəsinin (VOEN: **********) ümumilikdə 14902,39 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 9175, 03 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faqizlər üzrə 5627,36 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlığın surətindən görünür ki, Tərtər rayon Buruc Bələdiyyəsinin sədri Cavabdeh 14314,05 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Mülki-Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Tərtər Rayon Buruc Bələdiyyəsinin sədri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Tərtər rayonunda doğulmuş və Tərtər rayon Ələsgərli kəndində yaşayan (Tərtər rayon Buruc Bələdiyyəsinin sədri) Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar