Məhkəmə qərarları › İş №e-2(061)-484/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-484/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-484/2025 22.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbbi”nə dair iddia ərizəsi üzrə mülki işə 22 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin - 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səs-küy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3-15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisinin (rəqəmsal) (Xcort x-201) natura şəklində Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən özünüməşğuluğun təmin edilməsi məqsədi ilə iddia ərizəsində göstərilən aktivlər - 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səs-küy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3-15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisi (rəqəmsal) (Xcort x-201) cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin şərtinə görə cavabdeh sözügedən aktivlər 01 il müddətdə təyinatı üzrə istifadə etdikdən sonra həmin aktivlər cavabdehin mülkiyyətinə keçir. xx.xx.2024-cü ildə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilərkən qaldırıcı qurğu və təkər açanın yerində olduğu, digər aktivlərin yerində olmadığı müəyyən edilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək müqavilənin şərtlərinə əməl etmədiyi üçün müqaviləyə əsasən ona verilən aktivlərin naturada geri qaytarılmasını tələb edilmişdir. Lakin cavabdeh aktivlıri geri qaytarmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən özünüməşğuluğun təmin edilməsi məqsədi ilə 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın, maksimum təkər şəkişi 65 kq, 1 ədəd qaldırııcı, 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), 1 ədəd hava kompressoru və 1 ədəd təkərin hava göstəricisi onun istifadəsinə verilmişdir. Müqavilədə belə şərtləndirilmişdir ki, sözügedən əmlaklar 01 il müddətində təyinatı üzrə istifadə edildikdən sonra onun mülkiyyətinə keçir. 01 müddətində sözügedən əmlaklardan təyinatı üzrə istifadə etmişdir. Agentliyin əməkdaşları 01 il 03 aydan sonra, yəni müqavilənin müddəti başa çatdıqdan sonra gəlib manitorinq keçiriblər. Halbu ki, həmin vaxt artıq müqavilənin müddəti başa çatmışdı. Hazırda da əmlakların hamısı yerindədir. Sadəcə yeniləmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, müqavilə bağlanarkən ona bildirilmişdir ki, 01 ildən sonra əmlaklar onun mülkiyyətinə kecəcəkdir. Hesab edir ki, iddia əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında bağlanmış “özünüməşğuluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən Filial təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilədə müəyyən edilmiş qaydada özünüməşğuluğa cəlb edilmiş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğuluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Filial özünüməşğuluğa cəlb edilmiş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonunda həmin səxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğuluğa cəlb edilmiş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin Filialın vəzifələrinə dair 3.1.2-ci bəndinə əsasən özünüməşğuluğa cəlb edilmiş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda əmlak Filial tərəfindən özünüməşğuluğa cəlb edilmiş şəxsin mülkiyyətinə verilir. İşdə olan tərəflər arasında bağlanmış “özünüməşğuluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqavilənin tərkib hissəsi (müqaviləyə Əlavə 1) olan xx.xx.2022-ci il tarixli təhvil-təslim Aktının surətindən görünür ki, 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səs-küy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3-15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisi (rəqəmsal) (Xcort x-201) Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Mərkəzi Monitorinq və Qimətləndirmə filialının əməkdaşları K.Qasımov və Q.Alıyevin və özünüməşğuluğa cəlb edilmiş Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, özünüməşğuluğa cəlb edilmiş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış və fəaliyyətin biznes plana uyğun olmadığının müəyyən edildiyi qeyd edilmişdir. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona verilmiş əmlakların 30 iş günü müddətində Agentliyə geri qaytarılması təkləb olunmuş, əks təqdirdə məhkəməyə müraciət üediləcdəyi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, aralarında bağlanmış özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı özünüməşğuluğun təmin edilməsi məqsədi ilə 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1,2 KW, gərginlik 220V380V, surət 400RPM, səs-küy: 710bB, çap: 13-24, külək gücü: 12bra, iş təzyiqi: 0,8-1,2 map, maksimum een: 3-15, maksimal diametr: 1040 mm. DALİDL-620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70db, balans dəqiqliyi + -1g, qalın diametri 13-24, maksimum diametr 140 mm, maksimim eni 40-305 mm, surət 190r, maksimum təkər şəkişi 65 kq, gərginlik 220V/50Hz, DALİ CB 988, 1 ədəd qaldırııcı qurgu (3 lon, JİNSONG 3T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən), (maksimum fırlanma anı (Nm) 1212, maksimum hava sərfi (1/daq) 119, maks. iş təzyiqi (BAR) 6,3, çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L, (gərginlik 220-240v 50HZ güc 735W (1HP), D/daq 2850, həcmi 100 L, OUKAİ VO, 17/100), 1 ədəd təkər açarı (17,19,21,23 mm HUAKİARG 30) və 1 ədəd təkərin hava göstəricisini (rəqəmsal) (Xcort x- 201) cavabdehin istifadəsinə verilmişdir. Müqaviləyə əsasən cavabdeh 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğuluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi, iddiaçı isə müqavilə müddəti ərzində monitorinqini aparmağı və müqavilə müddətinin sonunda cavabdehin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlakı təhviltəslim aktı əsasında özünüməşğuluğa cəlb edilmiş cavabdehin mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müqavilə müddəti ərzində manitorinq aparması halı müəyyən olunmamışdır. Manitirinqin müqavilə müddəti başa çatdıqdan 02 ay 03 gün sonra aparıldığı müəyyən edilmişdir. Müqavilə müddəti ərzində manitorinq aparılmadığından cavabdehin müqavilə şərtlərini pozmasını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Buna rəğmən cavabdeh məhkəmə iclasında müqavilədə şərtlənddirildiyi kimi 01 il ərzində müqavilə şərtlərinə tam əməl etdiyini israrla bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti və ondan doğan hüquq və vəzifələr qanunvericiliyin tələbinə zidd olmayan sadə yazılı müqavilədən irəli gəlməklə mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan irəli gəlmişdir. Ona görə də tərəflərin həmin müqavilədən irəli gələn hüquq və vəzifələri hüquqi tənzimləmənin təsiri altına düşməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürərək və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilə müddəti ərzində manitorinq aparılması həyata keçirilməli olduğu halda bunun edilmədiyi, manitorinqin müqavilə müddəti ərzində deyil, müqavilə müddəti başa çatdıqdan 02 ay 03 gün sonra aparıldığı və müqavilə müddəti ərzində manitorinq aparılmadığından cavabdehin müqavilə şərtlərini pozması məhkəmə iclasında müəyyən edilmədiyi halda müqavilənin şərtlərinin pozulub-pozulmamasının riskini cavabdeh deyil, iddiaçı tərəf daşımalıdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, cavabdehin məhkəmə iclasında verdiyi izahata və iş mteriallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı olan iddiasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğu və iddia təmin edilmədiyi üçün iş üzrə ödənilməli dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci madddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “özünüməşğuluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin natura şəklində qaytarılması tələbbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar