Məhkəmə qərarları › İş №e-2(061)-523/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-523/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-523/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı vəkili və vəkalətli nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh vəkili, vəkalətli nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 98 (doxsan səkkiz min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə birlikdə "xxxx" MMC-də (beton zavod) bir işləmişlər. 2023-cü ilin ortalarında İntizam ona bir oyun olduğunu, pul yatırıb qazanmaq olduğunu, əgər ona köməklik edərsə qoyduğu pulun iki qatını götürəcəyini bildirmişdir. Ona hissə-hissə 98000 manat pul vermişdir. Həmin pulu ona 2024-cü ilin avqust ayına kimi hissə-hissə vermişdir. 2024-cü ilin sentyabr ayında ondan pulu tələb etdikdə adına ev olduğunu və həmin evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra İntizam qaçıb gizlənmiş və görünməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı 98 (doxsan səkkiz min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və vəkalətli nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri bir daha təsdiqləyərək göstərmişdir ki, İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, onunla müqavilə bağlayaraq etibarnamə vermiş və məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı cavabdeh ilə birlikdə "xxxx" MMC-də (beton zavod) bir işləmişlər. 2023-cü ilin ortalarında İntizam ona bir oyun olduğunu, pul yatırıb qazanmaq olduğunu, əgər ona köməklik edərsə qoyduğu pulun iki qatını götürəcəyini bildirmişdir. Ona hissə-hissə 98000 manat pul vermişdir. Həmin pulu ona 2024-cü ilin avqust ayına kimi hissə-hissə vermişdir. 2024-cü ilin sentyabr ayında ondan pulu tələb etdikdə adına ev olduğunu və həmin evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra İntizam qaçıb gizlənmiş və görünməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı 98 (doxsan səkkiz min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, qaynı iştirak edəcək, çəkiliş vaxtı iştirak etmiş qaynı iştirak edəcək, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə ki, çəkilişdə qaynı iştirak etmiş və telefonla danışmışdır. Bu adamı güclə aparılmışdırsa qaynı telefonla polisə bununla bağlı məlumat verə bilərdi. Lakin belə hal olmadığına görə o heç bir yerə zəng etməmişdir. Odur ki, cavabdehin çəkilişlə bağlı göstərdikləri əsassızdır. İddianın təmin olunmasını və eləcə də ödənilmiş 384 (üç yüz səksən dörd) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron vəkil orderindən (müqavilə № EM-1799VK- 2736/25) görünür ki, İddiaçı Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ilə müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Cavabdeh vəkili, vəkalətli nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil2 göstərmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin o, məhkəmə iclasına gələ bilməmiş, onunla müqavilə bağlayaraq etibarnamə vermiş və məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmədiyindən cavabdehin nə kimi izahat verməsindən məlumatı olmamışdır. Ümumiyyətlə borcun verilməsi ilə bağlı sübut təqdim edilməlidir. Bocun verilməsi ilə bağlı sənədlər olmalıdır. Cavabdehin etirazı olmuşdur ki, onu avtomobilə qoyub aparmışlar. Onlar hesab etmişlər ki, qarşı tərəfin iddiası qanunsuz və əsassızdır. Qarşı tərəf göstərmişdir ki, cavabdehlə birlikdə "xxxx" MMC-də işləyərkən 2023-cü ilin ortalarında Cavabdeh ona bildirmişdir ki, bir oyun var onunla bağlı əgər ona yardım edərsə qoyduğu pulun iki qatını götürəcəkdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Xəzər rayon Polis İdarəsinin icraatında cinayət işi açılmışdır. Onlar qumar oynamışlar. Burada kimin oyunda iştirak etməsi, onun cavabdehə pul verməsi nə ilə sübut olunur. Onlar hamısı qumar oynamış, həmin qumar oynadıqda, bəlli olmuşdur ki, pul Nicat adlı şəxsin kartına köçürülmüşdür. Burada pulun verilməsi ilə bağlı, pul borcu ilə bağlı söhbət olmamış, onlar qumar oynamış, uduzmuş və bu gün Mirəhmədin İntizamdan pul tələb etməsinin hüquqi əsası yoxdur. Ona görə ki, heç bir müqavilə, hər hansı bir sənəd olmamışdır. İddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Eyni zamanda tərəf göstərdi ki, tərəf pulu ona hissə-hissə vermişdir. Pulun verdiyi hissəsini almamış, qalan pulu necə ona vermişdir. Bir sənəddə göstərilmişdir ki, 98000 manatdır, lakin çıkilişdə İntizam 92000 manatı aldığını etiraf etmişdir. Bu qumar oyunu olub. Xəzər rayon Polis İdarəsində cinayət işi gedir. Aftandil adlı oğlandır. O da başqasının pulunu alıb qumara qoyubdur. Hətta orda araşdırma olanda pulun əvəzinə torpaq verəcəyini bildirmişdir. İş göndərilib məhkəməyə, bu işlə bağlı polis araşdırma aparır. Nicat tapılmışdır. Şirvan şəhər sakinidir. Bütün pullar onun kartına köçürülmüşdür. Ona görə də onlar hesab edirlər ki, iddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılan iddia qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron vəkil orderindən (müqavilə № EM-2025VK- 27821/25) görünür ki, Cavabdeh Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ilə müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid X3 göstərmişdir ki, İddiaçı xalası oğludur, Cavabdeh ilə iş yoldaşı olmuşdur. Hər iki tərəflə heç bir ədavəti olmamışdır. Cavabdeh ilə bir yerdə işləmişdir. Cavabdeh ona da belə bir proses var, “TİKTOK”la bağlı pul yatırırlar, şir alıb, aslan alıb, satırlar, pul yatırımı edirlər, vergi ödəyicisidirlər, ona 20000 manat verməsini təklif etmiş, xalası oğlunun da pul verdiyini, verilən pulun yerində qaldığını, sonradan qazanc olanda ayda 10000 manata 300 manat faizini ona vercəyini bildirmişdir. Əvvəl onunla razılaşmış, lakin sonradan fikrindən daşınmışdır. Onunla iş birliyi qurmamışdır. İddiaçı Cavabdeh onun təklifi ilə razı olduğunu və bu işlə bağlı 92000 manat pul vermişdir. Cavabdeh nə vaxt pulu geri almaq istəsə 1 ay, 2 ay əvvəl bildirməsini və pulu qaytaracağını bildirmişdir. Pulu ayrı-ayrı vaxtlarda hissə-hissə vermişdir. Pulu verəndə görməmişdir. Ancaq pulla bağlı söz-söhbətlərdə iştirak etdiyindən məlumatlı olmuşdur. İddiaçı tərəfin təqdim etdiyi şahid X4 göstərmişdir ki, iddiaçı Əhməd Mirəhmədov xalası oğludur. Pul məsələsi ilə bağlı münasibətləri soyumuşdur. Cavabdeh xalası oğluna verdiyi pulu ondan istədikdə, eyni zamanda xalası oğlu Cavabdeh pulunu istədikdə onu tanımışdır. Heç bir ədavəti olmamışdır. Xalası oğlu İddiaçı ondan 40000 manat pul almışdır. Pulu almağının səbəbi o, olmuşdur ki, İddiaçı bildirmişdir ki, onlar bir iş görürlər ona görə pula ehtiyacı vardır. Pulu 2 aya qədər almışdır. 2024-cü ilin sentaybr ayında ondan pulu almışdır. Pulu verdikdən sonra 2 ay keçmiş pulu qaytarmamışdır. Ondan pulunu istədikdə Mirəhməd pulu iş yoldaşı İntizama verdiyini bildirmişdir. O, Mirəhmədə 40000 manat pul vermişdir. 4 ay keçdi pulunu istədikdə Mirəhməd pulu İntizam adlı şəxsə verdiyini, hazırda İntizamın pulu ondan alıb çıxıb getdiyini bildirmişdir. X2 92000 manat pulunu aparmışdır. Bundan sonra onlar Bərdə rayonuna gəlmişlər. Əvvəlcə İntizamın yaşadığı kəndə gəlmişlər. Sonra Bərdə bazarına İntizamın işlədiyi mağazaya gəlmişlər. Xalası oğlu İntizamla rastlaşmış və görüşmüşlər. O da kənardan söhbəti müşahidə etmişdir. Sonra o, İntizama yaxınlaşıb Əhmədin xalası oğlu olduğunu, Əhmədə 40000 manat pul verdiyini və həmin pulu ona verdiyini bildirmişdir. O da Əhmədin pulu ona verdiyini təsdiqləmişdir. İntizama 40000 manatın onun pulu olduğunu və həmin pula özünə ev almaq istədiyini demişdir. İntizama onu tanımadığını, pulunu xalası oğluna verdiyini, xalası oğlunun da pulu ona verdiyini bildirmiş, İntizam bunu etiraf etmişdir. İntizama aralarında olan söz-söhbətə qarışmadığını, onlardan öz pulunu istədiyini demiş, İntizam həftənin altıncı günü ona 20000 manat pul vercəyini bildirmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmışlar. Buna baxmayaraq İntizam verdiyi sözə əməl etməmiş, 40000 manat və 52000 manatı ondan almamışlar. Xalası oğlu Mirəhmədin İntizama 92000 manat məbləğində pul verdiyini görməsə də çəkilişdə iştirak etdiyindən həmin vaxt İntizamın Mirəhmədə 92000 manat pul verdiyini İntizam özü etiraf etməsinin şahidi olmuşdur. Məhkəmə xx.xx.2025-ci iltarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Onun etiraz ərizəsi elan edilmişdir. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ilə bir yerdə iş yoldaşı olmuşlar. İddiaçı ona qarşı 98000 manat iddia tələbi qaldırmışdır. İddiaçı ona 92000 manat pul vermiş, pulu Nicat Şahbazova vermişdir. Hansı ki, onlar pulu Nicat Şahbazova oyun məqsədi ilə vermişlər. Oyundan qazanılan pulları Mirəhməd götürmüşdür. Çəkilən video haqqında ona hədə qorxu gəlinib ona, ya pul veriləcək, ya da ölüm olacaq deyilmiş, bundan sonra razılaşmış və pulu hissə-hissə verəcəyini bildirmişdir. Belə ki, o, Nicat Şahbazovla danışmış, Nicat Şahbazov ona pulu hissə-hissə verəcəyini bildirmişdir Bu səbəbdən o, da İddiaçı Nicat Şahbazov pulu ona verdikcə o da ona verəcəyini bildirmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, Nicat Şahbazov onun pulunu qaytarsa o da İddiaçı pulunu qaytaracaq. Eyni zamanda bildirmişdir ki, əldə olunan qazancdan 50000 manat, əsas pul 92000 manat qaytarmamışdır. Ərizəni məhkəmə iclasında heç bir təsir olmadan yazmışdır. Eləcə də Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verildiyini, məhkəmə iclasında iştirak edə bilməsə işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi şahid X6 göstərmişdir ki, İddiaçı bir dəfə görmüşdür. Cavabdeh oğludur. İddiaçı onun yanına gəlmiş, 92000 manat İntizama pul verdiyini, eyni zamanda Mərəhməd həmin pulun 53000 manatını qaytardığını bildirmişdir. Mirəhməd həmin pulu İntizama pul qazanmaq üçün vermişdir. Ona pulun batdığını, yəni pulu Nicat götürüb getdiyini bildirmişdir. Oğlu ondan ayrı yaşayır. Oğlu İntizamın ona Mirəhməddən pul aldığını deməmişdir. Onun Mərəmədə nə qədər borclu olmasından məlumatı olmamış, Mirəhməd deyəndən sonra bilmişdir. Mirəhməd bu ilin yanvar ayında oğlunun mağazasına gəlmişdir. Onda bilmişdir ki, Mirəhməd oğluna pul vermişdir. X9 53000 manat pul qaytarmış, lakin həmin pulu onun yanında qaytarmamışdır. Mirəhməd ona 30000 manat verəcəyi təqdirdə pulu bağlayacağını demişdir. O da imkanı olmadığını, Nicatın oğlunun pulunu qaytararsa oğlunun bütün xərclərini bağlayacağını bildrimişdir. İş materiallarında olan “ASAN ödəniş” sistemində çıxarılmış qəbzdən görünür ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin hesabına 384 manat pul vəsaiti ödəmişdir. Məhkəmə iddiaçının vəkili, vəkalətli nümayəndəsinin, cavabdehin vəkili, vəkalətli nümayəndəsinin və əvvəlki məhkəmə iclasında cavabdehin etiraz ərizəsini, şahidlərin ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həqiqətən məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatları ilə aydın olur ki, iddiaçı cavabdehə pul vermiş, cavabdehin iddiaçıya pul borcu vardır və həmin pulu qaytarmamışdır. Yalnız tərəflər arasında pulun qaytarılması ilə bağlı mübahisə mövcuddur. Məhkəmə iclasında iddiaçının vəkalətli nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini, eləcə də iddiaçının ödədiyi 384 manat dövlət rüsumunun da cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkalətli nümayəndəsi Vəkil2 göstətmişdir ki, iddiaçı cavabdehlə birlikdə "xxxx" MMC-də işləyərkən 2023-cü ilin ortalarında Cavabdeh ona bildirmişdir ki, bir oyun var onunla bağlı əgər ona yardım edərsə qoyduğu pulun iki qatını götürəcəkdir. Xəzər rayon Polis İdarəsinin icraatında cinayət işi açılmışdır. Onlar qumar oynamışlar. Burada kimin oyunda iştirak etməsi, onun cavabdehə pul verməsi nə ilə sübut olunur. Onlar hamısı qumar oynamış, həmin qumar oynadıqda, bəlli olmuşdur ki, pul Nicat adlı şəxsin kartına köçürülmüşdür. Burada pulun verilməsi ilə bağlı, pul borcu ilə bağlı söhbət olmamış, onlar qumar oynamış, uduzmuş və bu gün Mirəhmədin İntizamdan pul tələb etməsinin hüquqi əsası yoxdur. Ona görə ki, heç bir müqavilə, hər hansı bir sənəd olmamışdır. İddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Eyni zamanda tərəf göstərdi ki, tərəf pulu ona hissə-hissə vermişdir. Pulun verdiyi hissəsini almamış, qalan pulu necə ona vermişdir. Bir sənəddə göstərilmişdir ki, 98000 manatdır, lakin çıkilişdə İntizam 92000 manatı aldığını etiraf etmişdir. Bu qumar oyunu olub. Xəzər rayon Polis İdarəsində cinayət işi gedir. Aftandil adlı oğlandır. O da başqasının pulunu alıb qumara qoyubdur. Hətta orda araşdırma olanda pulun əvəzinə torpaq verəcəyini bildirmişdir. İş göndərilib məhkəməyə, bu işlə bağlı polis araşdırma aparır. Nicat tapılmışdır. Şirvan şəhər sakinidir. Bütün pullar onun kartına köçürülmüşdür. Ona görə də onlar hesab edirlər ki, iddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılan iddia qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi Zaur Mirzbəyov pulun məbləğinin 98000 manat olması, eləcə də cavabdehin vəkalətli nümayəndəsi Vəkil2 cavabdehin iddiaçıya borclu olmasını təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında elan olunmuş Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ilə bir yerdə iş yoldaşı olmuşlar. İddiaçı ona qarşı 98000 manat iddia tələbi qaldırmışdır. İddiaçı ona 92000 manat pul vermiş, pulu Nicat Şahbazova vermişdir. Hansı ki, onlar pulu Nicat Şahbazova oyun məqsədi ilə vermişlər. Oyundan qazanılan pulları Mirəhməd götürmüşdür. Çəkilən video haqqında ona hədə qorxu gəlinib ona, ya pul veriləcək, ya da ölüm olacaq deyilmiş, bundan sonra razılaşmış və pulu hissə-hissə verəcəyini bildirmişdir. Belə ki, o, Nicat Şahbazovla danışmış, Nicat Şahbazov ona pulu hissəhissə verəcəyini bildirmişdir. Bu səbəbdən o, da İddiaçı Nicat Şahbazov pulu ona verdikcə o da ona verəcəyini bildirmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, Nicat Şahbazov onun pulunu qaytarsa o da İddiaçı pulunu qaytaracaq. Eyni zamanda bildirmişdir ki, əldə olunan qazancdan 50000 manat, əsas pul 92000 manat qaytarmamışdır. Ərizəni məhkəmə iclasında heç bir təsir olmadan yazmışdır. Göründüyü kimi Cavabdeh həmin ərizədə İddiaçı 92000 manat pul aldığını, lakin həmin pulu qaytarmadığını etiraf etmişdir. Həmin ərizəni iş üzrə mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər X3 və X4 məhkəmə iclasında verdikləri ifadələri ilə bir daha Cavabdeh İddiaçı 92000 manat pul aldığını, Cavabdeh İddiaçı həmin pulu 1-2 ay əvvəl ona bildirməklə istədiyi vaxt qaytaracağını göstərməsini, lakin Cavabdeh ona pul qaytarmadığını səmimi verilmiş ifadə kimi hesab edərək təsdiq etmələrini iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X6 məhkəmə iclasında verdikyi ifadəsində İddiaçı oğlu uş üzrə Cavabdeh 92000 manat pul verdiyini bildirdiyini, oğlunun iddiaçıya 53000 manatını qaytardığını, pulu qumar oyunu üçün verdiyini, pulun Nicat adlı şəxsdə olduğunu, Nicat adlı şəxsin onların pulunu qaytaracağı təqdirdə, o, oğlunun borclarını bağlayacağını bildirmişdir. Həmin ifadə ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan 92000 manat almışdır. Lakin şahid ifadəsində göstərdiyi 53000 manat hissəsinin iddiaçıya hansı qaydada qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizəsində İddiaçı 53000 manat qaytarması və ya İddiaçı ona 30000 manat verəcəyi təqdirdə pulla bağlı söhbəti bitirəcəyini deməsi ilə bağlı göstərməmişdir. Məhkəmə həmin ifadənin sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etməmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdeh ərizəsində iddiaçının videoçəkiliş edərkən onu hədələdiyi üçün çəkilişdə İddiaçı 92000 manat borcu olmasını etiraf etdiyini göstərsə də, onun təzyiq altında olduğu hiss olunmamış, eləcə də həmin vaxt o, tək olmamış, yanınmda qaynı olmuşdur. O, əvvəlki məhkəmə iclasında qaynını məhkəmə iclasına gətirib şahid qismində ifadə vercəyini bildirsə də sonrakı məhkəmə iclasında özü iştirak etməmiş, qaynını da şahid kimi ifadə verməsi üçün məhkəmə iclasına gətirməmişdir. Bu hal onun çəkilişdə hədə altında danışdığını şübhə altına almışdır. Odur ki, məhkəmə cavabdehin ərizəsində göstərdiyi həmin xüsusatın qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizəni sərbəst şəkildə öz xətti ilə əlverişli şəraitdə yazmaqla sərbəst iradələrini ifadə etmişdir. Ona görə də həmin ərizə mötəbər sübut kimi qəbul edilməli və işə baxılan zaman nəzərə alınmalıdır. Göründüyü kimi cavabdeh tərəfiin bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Çünki cavabdehin pulu almadan ərizə yazması, pulu almadığı halda ərizə verməsi, sonra isə məhkəmə iclasına gəlməməsi inadırıcı sayıla bilməz. Cavabdeh yazılı ərizəsində birbaşa “92000 manat məbləğində pulu almışam” ifadəsindən istifadə etmişdir. Ona görə də iddiaçı cavabdehin bildirdiklərini təkzib edərək, pulun məbləğinin 92000 manat olduğunu bildirmişdir. Cavabdeh isə həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu hallar isə iddianın rədd edilməsi üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları cavabdehin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf cavabdehlə aralarınrda olan razılaşmaya əsasən hissə-hissə 92000 manat pul vermiş, cavabdeh tərəf həmin pului qaytarmamışdır. Beləliklə cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 92000 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə görə 366 (üç yüz altmış altı) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi 18 (on səkkiz) manat iddiaçıya aid edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının vəkili, vəkalətli nümayəndəsinin, cavabdehin vəkili, vəkalətli nümayəndəsinin və əvvəlki məhkəmə iclasında cavabdehin etiraz ərizəsini, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 92 (doxsan iki min) manat pul vəsaiti və 366 (üç yüz altmış altı) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 92000 (doxsan iki min) manat pul vəsaiti və 366 (üç yüz altmış altı) manat dövlət rüsumu alınsın İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə görə 366 (üç yüz altmış altı) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun, ödənilmiş dövlət rüsumunun qalan hissəsi 18 (on səkkiz) manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar