Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-636/2025 18.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh3 və vəkalətli nümayəndəsi X5 iştirakları ilə İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 qarşı üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 qarşı üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-325 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli Cavabdeh3 adına çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı məlumatında vermiş olduqları iddia tələbini mürdafiə etdiklərini göstərmişdir. Belə ki, icraatda olan e-2(061)-636/2025 nömrəli mülki iş üzrə işin faktiki hallarından və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlardan bir daha təsdiq edilir ki, digər cavabdehlərin təmsilçisi kimi X18 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələri formal olmuşdur. Ona görə də xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin müraciətini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş EQ-2694VK-2970/25 saylı xx.xx.2025-ci il tarixli elektron vəkil orderindən görünür ki, İddiaçı ilə Zəfər Vəkil Bürosunun vəkili Nümayəndə aralrında müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə- 323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-325 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli Cavabdeh3 adına çıxarışın ləğv edilməsi barədə əsaslar vardır. İddia ərizəsinə əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, 21may 2019-cu il tarixli qətnaməsindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçı Bayramova (Qasımova) Rahilə Behbud qızı ilə onun mərhum yoldaşı X14 birgə nikah dövründə birgə vəsaiti hesabına 2002-ci il tarixdə əldə edilmiş, lakin tərəflərdən hər hansı birinin adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, 4Ə-323, 324 və 325 reyestr nömrəli alqı-satqı müqavilələri ilə Cavabdeh3 adına qeydiyyata alınmış mübahisəli daşınmaz əmlakın 2002-ci ildən iddiaçının birgə nikah dövründə əldə etdiyi və həmin tarixdən fərdi yaşayış evində yaşaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Eyni zamanda qeyd edilir ki, cavabdehlə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olması və çıxarışın sonuncunun adına verilmiş qanunsuz olduğu hazırki tələb üzrə cavabdeh olan Cavabdeh3 tərəfindən qaldırılmış digər iş üzrə iddia ərizəsi və həmin işdə iddiaçını təmsil edən nümayəndəsinin birinci instansiya məhkəməsində vermiş olduğu ziddiyyətli izahatı ilə tam təsdiq edilmişdir. Belə ki, Cavabdeh3 iddia ərizəsində torpaq sahəsini və fərdi yaşayış evini 2018-ci ildə Cavabdeh6 adlı şəxsdən aldığını və yalnız müəyyən səbəblərdən sənədləşmə işlərinin 2024-cü ildə apardığını qeyd etmiş olsa da, Cavabdeh3 nümayəndəsi qızı X7 məhkəməyə aşağıdakı formada izahat vermiş və iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçı Cavabdeh3 onun anasıdır. Cavabdeh İddiaçı qaynanasıdır. Həyat yoldaşı İntiqam Bayramovla 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Cavabdeh6 adlı şəxsdən Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi İntiqam Bayramovun adına olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Həmin vaxt qaynanası və qaynatası mübahisəli evdə yaşamamışdır. Mübahisəli evdə iki övladı olmuşdur. Onlar həyat yoldaşı ilə 2018-ci ildən qeydiyyatdan çıxmışlar. Qaynanası İddiaçı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamış və hazırda da orada evi vardır. Qaynanası İddiaçı ilə qaynatası Rza Bayramovun nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar qaynatası müvəqqəti olaraq mübahisəli evdə yaşamışdır. Həyat yoldaşı İntiqam Bayramovla onlar hazırda Bakıda yaşayırlar. Belə ki, həyat yoldaşı İntiqam Bayramov açıq əməliyyat keçirmiş, bu səbəbdən onun xeyli borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün İntiqam Bayramov evi anası Cavabdeh3 satmış və həmin pulla borcunu qaytarmışdır. Bundan qaynatası Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Evi anası Cavabdeh3 sənədləşdirmiş və bununla bağlı sənəd almışdır. Rza Bayramov vəfat etdikdən sonra İddiaçı gəlib Bakı şəhərində onlarla yaşamasını təklif etmişlər. Lakin o, bu təklifi qəbul etməmişdir. İddiaçı heş kimə bildirmədən Rza Bayramov vəfat etdikdən sonra gəlib həmin evdə yaşamağa başlamışdır. Hazırda evin sahibi anası Cavabdeh3dır. Tərtər Rayon Məhkəməsinin icraatında olmuş 2(061)-1223/2024 nömrəli mülki işdə iddia ərizəsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş olan izahat arasındakı ziddiyyət və cavabdeh tərəfindən təqdim edilən Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi bir daha təsdiq etmişdir ki, torpaq sahəsi və fərdi yaşayış evi formal alqı-satqı edilmiş və Cavabdeh3 adına formal qeydiyyat aparılmış və məqsəd İddiaçı ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması olmuşdur. Cavabdeh3 formal müılkiyyətçi kimi göstərilməsi məqsədi sonuncunun nümayəndəsi olan qızı və onun kürəkəni X8 qanunsuz hərəkətlərinin pərdələnməsi olmuşdur. Belə ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı və yoldaşı X23 ilə birgə nikah dövründə 2002-ci ildə məhz Tərtər rayon sakini Cavabdeh6 alınmışdır. Həmin iş üzrə digər cavabdeh məhz X4 Binnətovanın qızı və nümayəndəsidir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, cavabdehin adına hər hansı əmlak mövcud olmamış və hazırda da mövcud deyil. İddiaçı yeganə yaşayış yeri məhz hazırki mübahisəli yaşayış evidir. Cavabdeh X23 və hazırki iddia üzrə iddiaçının qızı olan digər cavabdeh X7 cavabdehi ona məxsus evdən məcburi olaraq çıxarmışlar. Göründüyü kimi, Cavabdeh3 nümayəndəsi olan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cavabdeh olan X7 həmin mübahisə zamanı torpaq sahəsinin və fərdi yaşayış evinin onlara və ya hazırki iddia üzrə anasına məxsus olmasını ümumiyyətlə bəhs etməmişdir. Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli, Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-325 nömrəli alqı-satqı müqavilələri formal olaraq bağlanmasını təsdiq edir. Bu isə alqı-satqı müqavilələrinin etibarsızlığına dəlalət edir. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 qarşı üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə- 325 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli Cavabdeh3 adına çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh3 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Nigar Bayramovanın qaynanasıdır. Mübahisəli ev özünə məxsusdur. Bu barədə müvafiq olaraq çıxarış sənədi almışdır. Cavabdeh hazırda onun evində yaşayır. O, özü isə kirayədə qalmışdır. Mübahisəli evi kürəkənindən alqı-satqı yolu ilə almış və adına sənədləşdirmişdir. Evi kürəkəni İntiqamın ona olan borcunun yerinə almışdır. İntiqam xəstələnərkən valideynləri onunla maraqlanmadığından, onun müalicəsinə qohumlarından 19000-20000 manat borc pul almış və İntiqamın əməliyyatına vermişdir. İntiqam həmin pulu qaytara bilmədiyindən evi onun adına sənədləşdirmişlər. Xəstə və pensiyaçıdır, kürəkəninin borcunu başqa qaydada ödəyə bilməmişdir. İddiaçı özünə məxsus olan digər evini oğluna vermiş və gəlib hazırda Bəyimsarov kəndində yerləşən ona məxsus evdə yaşayır. İddiaçı evini boşaltsın. Onun həmin evlə bağlı hüququ yoxdur. Göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 vəkalətli nümayəndəsi X7 göstərmişdir ki, iddiaçının həmin evdə heç bir əsası yoxdur. Gəncə Apellyasiya Məhkəməsində sorğu göndərilmiş, iddiaçının və ərinin adına ev olmadığı müəyyən edilmişdir. Bununla yanaşı ev sahibi məhkəməyə ərizə təqdim edərək onları tanımadığını bildirmişdir. Etibarnaməni də ailəlikcə bir yerdə onun həyat yoldaşı İntiqama vermişlər. İndi də həmin adam bu məhkəmənin nəticələrini gözləyir, iddiaçıdan şikayət vercəyini bildirmişdir. Çıxarışın etibarsız olması ilə bağlı deyilənlər doğru deyildir. Lazımi sənədləri almışlar. Bununla bağlı notarius ərizəsini göndərmişdir. Çıxarış sənədi anasının əlindədir. Bütün sənədləşmə qanunla aparılmışdır. İddiaçı evin ona satılması ilə bağlı hər hansı bir sənədi təqdim etməmişdir. Mülkiyyətçi iddiaçı olmamış, Cavabdeh6 olmuşdur. Cavabdeh6 evi etibarnamə ilə həyat yoldaşı İntiqam Bayramova, İntiqam da anası Cavabdeh3 olan borcunun əvəzinə evi alqı satqı etmiş və anasının adına çıxarış sənədi alınmışdır. Anası Cavabdeh3 yaşamağa yeri yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə bildirişlərindən və SMS bildirişlərdən görünür ki, İddiaçı, Cavabdeh6 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmuşdur. Odur ki, məhkəmə işə iddiaçının, cavabdehləriin və üçüncü şəxslərin iştirakları olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Xüsusi Notariat Ofisinin iddia tələbinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər müqavilə tərəflərindən tələb edildikdən sonra rəsmiləşdirilmişdir. Belə ki, Tərtər rayon İH-in Bəyimsarov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli arayışından aydın olmuşdur ki, İddiaçı həmin evdə qeydiyyatda olmamaqla hər hansı hüquqa malik deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışdan tam aydın olmuşdur ki, İddiaçı mülkiyyətçi olmamaqla hər hansı bir hüquqa malik deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa əsasən İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, yaşayış hüququ ilə təmin edilməsi və sair formada hər hansı bir hüquqları rəsmi qeydiyyata alınmamış və yoxdur. Yuxarıda qeyd edilənlər nəzərə almaqla İddiaçı iddia tələblərini qəbul etmədiklərini və rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh6 iddia tələbinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, iddianı qəbul etmir, digər cavabdehlər həyat yoldaşı və uşaqları da iş üzrə iddiaçınnı görməmişlər və tanımamışlar. Onlar Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini X23 və İddiaçı satmamışlar. İddiaçını bir dəfə təsadüfən görmüşdür. Onlarla bu evin alqısatqısı barəsində heç bir müqavilələri olmamışdır. Ona və ailə üzvlərinə məxsus evi 25 il bundan əvvəl 1300 ABŞ dollarına etibarnamə əsasında X2. Onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun deyildir. Ev 1 zal və 3 otaqdan ibarət olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-582/2019 saylı qətnaməsindən məlumatları olmamışdır. Ev onun adına olduğu halda həmin qətnamədən məlumatı olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh5 iddia tələbinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini X23 və İddiaçı satmamışlar. Həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Onlarla bu evin alqı-satqısı barəsində heç bir müqavilələri olmamışdır. Ona və ailə üzvlərinə məxsus evi etibarnamə əsasında X2. Onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun deyildir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-582/2019 saylı qətnaməsindən xəbəri olmamışdır. Ev atasına məxsus olduğu halda həmin qətnamədən məlumatı olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********90-10301 daşınmaz əmlakın reystr nömrəsi ilə ümumi birgə mükiyyət hüququ əsasında Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 288820 nömrəli notarial qaydada verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh5 X11 etibarnamə verərək notariat ofisində nümayəndəsi olmağı lazımi sənədləri toplamağı, təqdim edilməyi, əvəzindən ərizə verməyi, imza etməyi, həmçinin xx.xx.2024-cü il tarixli, **********90- 10301 daşınmaz əmlakın reystr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,80 kv.metr olan fərdi yaşayış evinin və 0,1157 ha sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus hissəsinə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüququ ilə onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış aldıqdan sonra sərəncam verməyi, buna müvafiq olaraq mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, buna dair müqaviləni imzalamağı və notariat qaydasında rəsmiləşdirilən digər sənədləri imzalamağı, müqavilədə nəzərdə tutulan onlara çatası pul məbləğini nəğd və ya depozit bank hesabı vasitəsi ilə almağı, adından ərizə verməyi, əmlakın təqdim edilməsi ilə əlaqədar sadələşdirilmiş verginin banka ödənilməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi həvalə etmişlər. Etibarnamənin müddəti xx.xx.2044-cü ilə saat 23:59-dək qüvvədədir. Etibarnaməni hər iki tərəf imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AR-İİİ № 144951 nömrəli notarial qaydada verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh6 X11 etibarnamə verərək həmin etibarnamə ilə imza etmək hüququ harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməyi sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, ipoteka qoymaq, ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı adından bağlanmış əqdləri ləğv etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı,mirası qəbul etməyi, və ya ondan imtina etməyi, miras payının bağışlanması və digər hərəkətləri etməyi həvalə etmişdir. Etibarnamə xx.xx.2043-cü il tarixə saat 23:59- dək verilmişdir. Etibarnaməni hər iki tərəf imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 144951 nömrəli notarial qaydada verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh4 X11 etibarnamə verərək həmin etibarnamə ilə Azərbaycan Respublikasının bütün dövlət və qeydi dövlət orqanlarında, İdarə, müəssisə və təşkilatlarında, o cümlədən “ASAN Xidmət” mərkəzlərində İcra hakimiyyəti orqanlarında, qeydiyyat şöbəsində Bələdiyyədə, Dövlət arxivində, Milli arxivdə Əmlak Xidmətləri Mərkəzində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi İdarəsində onu təmsil etməyi, notariat ofisində nümayəndəsi olmağı lazımi sənədləri toplamağı, təqdim edilməyi, əvəzindən ərizə verməyi, imza etməyi, həmçinin xx.xx.2024-cü il tarixli, **********90-10301 daşınmaz əmlakın reystr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,80 kv.metr olan fərdi yaşayış evinin və 0,1157 ha sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus hissəsinə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüququ ilə onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış aldıqdan sonra sərəncam verməyi, buna müvafiq olaraq mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, buna dair müqaviləni imzalamağı və notariat qaydasında rəsmiləşdirilən digər sənədləri imzalamağı, müqavilədə nəzərdə tutulan onlara çatası pul məbləğini nəğd və ya depozit bank hesabı vasitəsi ilə almağı, adından ərizə verməyi, əmlakın təqdim edilməsi ilə əlaqədar sadələşdirilmiş verginin banka ödənilməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi həvalə etmişlər. Etibarnamənin müddəti xx.xx.2044-cü ilə saat 23:59-dək qüvvədədir. Etibarnaməni hər iki tərəf imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 321309 nömrəli notarial qaydada verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X11 etibarnamə verərək həmin etibarnamə ilə Azərbaycan Respublikasının bütün dövlət və qeydi dövlət orqanlarında, İdarə, müəssisə və təşkilatlarında, o cümlədən “ASAN Xidmət” mərkəzlərində İcra hakimiyyəti orqanlarında, qeydiyyat şöbəsində Bələdiyyədə, Dövlət arxivində, Milli arxivdə Əmlak Xidmətləri Mərkəzində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi İdarəsində onu təmsil etməyi, notariat ofisində nümayəndəsi olmağı lazımi sənədləri toplamağı, təqdim edilməyi, əvəzindən ərizə verməyi, imza etməyi, həmçinin xx.xx.2024-cü il tarixli, **********90-10301 daşınmaz əmlakın reystr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,80 kv.metr olan fərdi yaşayış evinin və 0,1157 ha sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus hissəsinə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüququ ilə onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış aldıqdan sonra sərəncam verməyi, buna müvafiq olaraq mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmağı, bağışlamağı, dəyişməyi, buna dair müqaviləni imzalamağı və notariat qaydasında rəsmiləşdirilən digər sənədləri imzalamağı, müqavilədə nəzərdə tutulan onlara çatası pul məbləğini nəğd və ya depozit bank hesabı vasitəsi ilə almağı, adından ərizə verməyi, əmlakın təqdim edilməsi ilə əlaqədar sadələşdirilmiş verginin banka ödənilməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi həvalə etmişlər. Etibarnamənin müddəti xx.xx.2044-cü ilə saat 23:59-dək qüvvədədir. Etibarnaməni hər iki tərəf imzalamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vəkil sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-325 nömrəli alqı-satqı müqavilələri rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********90-10301 daşınmaz əmlakın reystr nömrəsi ilə tam mükiyyət hüququ əsasında Cavabdeh3 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 1223/2024 saylı qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı Cavabdeh3 mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın, onun pozulmuş hüquqları bərpa edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)- 582/2019 saylı qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə 15 09.1956-cı il təvəllüdlü X6, cavabdeh X23 ilə birgə nikah dövründə əldə etdikləri Tərtər rayonu, Sarov kəndində yerləşən fərdi yaşayış evinə kökürülməklə həmin evdə yaşayış hüququ tanınması və təmin edilməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin və vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 İddiaçı oğlu İntiqam Bayramovun qaynanası, iddiaçının vəkalətli nümayəndəsi Nigar Bayramova isə onun gəlıinidir. Onların arasında evlə bağlı mübahisə vardır. İddiaçı tərəf iddia tələbində mübahisəli Tərtər rayonu, Sarov kəndində yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı Rza Bayramov ilə birgə nikah dövründə əldə etdiklərini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-582/2019 saylı qətnaməsi ilə həmin evə kökürülməklə həmin evdə yaşayış hüquqlarının tanındığını və təmin edildiyini göstərmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh3 Tərtər rayonu, Sarov kəndində yerləşən fərdi yaşayış evini kürəkəni İntiqam Bayramov etibarnamə ilə Cavabdeh6 və ailə üzvlərindən almışdır. X9 xəstəliyi ilə əlaqədar valideynləri heç bir maddi köməklik etmədikləri üçün o, kürəkəni olduğundan yaxın qohumlarından 19000 manat borc edərək İntiqam Bayramovun müalicəsinə vermişdir. İntiqam Bayramov borcunu verə bilmədiyindən Tərtər rayonu, Sarov kəndində yerləşən fərdi yaşayış evini həmin borcun əvəzinə alqı satqı yolu ilə almış və adına çıxarış sənədi əldə etmişdir. Həmin ev hazırda da Cavabdeh3 adınadır. Bu hallar məhkəmə iclasında elan edilmiş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Eləcə də məhkəmə iclasında elan edilmiş Tərtər Rayon Xüsusi Notariat Ofisinin iddia tələbinə qarşı etiraz ərizəsində iddia tələbini qəbul etmədiyini, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər müqavilə tərəflərindən tələb edildikdən sonra rəsmiləşdirildiyini, Tərtər rayon İH-in Bəyimsarov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli arayışında İddiaçı həmin evdə qeydiyyatda olmamaqla hər hansı hüquqa malik olmadığını, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışda İddiaçı mülkiyyətçi olmamaqla hər hansı bir hüquqa malik olmadığını, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa əsasən İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, yaşayış hüququ ilə təmin edilməsi və sair formada hər hansı bir hüquqlarının rəsmi qeydiyyata alınmadığını, həmin hüquqların olmadığını bildirmiş, göstərdiklərinin nəzərə almaqla İddiaçı qəbul etmədiklərini və rədd edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında elan edilmiş Cavabdeh6 iddia tələbinə qarşı etiraz ərizəsində, iddianı qəbul etmədiyini, digər cavabdehlər həyat yoldaşı və uşaqlarının da iş üzrə iddiaçını görmədiklərini və tanımadıqlarını, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini X23 və İddiaçı satmadıqlarını, iddiaçını bir dəfə təsadüfən gördüyünü, onlarla bu evin alqı-satqısı barəsində heç bir müqavilələri olmadığını, ona və ailə üzvlərinə məxsus evi 25 il bundan əvvəl 1300 ABŞ dollarına etibarnamə əsasında X3, onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun olmadığını, evin 1 zal və 3 otaqdan ibarət olduğunu, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-582/2019 saylı qətnaməsindən məlumatları olmadığını, evin onun adına olduğu halda həmin qətnamədən məlumatı olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Bununla yanaşı məhkəmə iclasında elan edilmiş Cavabdeh5 iddia tələbinə qarşı etiraz ərizəsində Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini X23 və İddiaçı satmadıqlarını, həmin şəxsləri ümumiyyətlə tanımadığını, onlarla bu evin alqı-satqısı barəsində heç bir müqavilələri olmadığını, ona və ailə üzvlərinə məxsus evi etibarnamə əsasında X1, onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun olmadığını, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)- 582/2019 saylı qətnaməsindən xəbəri olmadığını, ev onun atasına məxsus olduğu halda həmin qətnamədən məlumatı olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Çıxarış sənədi, eləcə də cavabdehlərin izahat və ərizələri onu deməyə əsas verir ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evi Cavabdeh6 və ailə üzvlərii tərəfindən etibarnamələr əsasında İntiqam Bayramova satılmış, İntiqam Bayramov isə evi Cavabdeh3 satmışdır. Cavabdeh3 qanunamüvafiq qaydada evin alqı-satqısından sonra xx.xx.2024-cü il tarixdə adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90-10301 daşınmaz əmlakın reystr nömrəsi ilə tam mükiyyət hüququ əsasında çıxarış sənədi alınmışdır. Həmin çıxarış sənədi ilə tam sübuta yetirilir ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 sənədləşdirilmişdir. Lakin iddiaçı Rahilə Qsımova isə həmin evi birgə nikah dövründə əldə etməklə adına mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız şəxsi mülahizələrinə və Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)- 582/2019 saylı qətnaməsinə əsaslanmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)-582/2019 saylı qətnaməsində isə evin İddiaçı və ya onun mərhum əri Rza Bayramovun adına olmasını təsdiq edən hər hansı bir hüquqi sənəd mövcud olmamışdır. Belə ki, həmin qətnamədə elan olunmuş sənədlər arasında yer almış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, X14 və Bayramova (Qasımova) Rahilə Behbud qızının adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Ancaq həmin qətnamədə İddiaçı və onun mərhum əri Rza Bayramovun həmin evə köçürülməsi məsələsinə baxılmışdır. Bu hal isə həmin evin İddiaçı adına qeydiyyata alınmasına dəlalət etmir. Məhkəmə hazırki iddia tələbini Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(061)- 582/2019 saylı qətnaməsi ilə əlaqələndirməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi İddiaçı Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsini əsaslandıran, yuxarıda qeyd edilən heç bir hal olmamış və bununla bağlı hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bunlarla yanaşı İddiaçı iddia ərizəsində giriş hissədə qeyd etdiyi kimi qeydiyyat ünvanını Kəlbəcər rayonu, Ağdaban Ərazi Dairəsi, Ağdaban kəndidir. Göründüyü kimi Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evi İddiaçı qeydiyyat ünvanı olmamışdır. Bu da bir daha onu sübut edir ki, İddiaçı həmin evə hər hansı bir mülkiyyət hüququ ilə bağlı əlaqəsi mövcud deyildir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdeh tərəfin izahatlarına, etiraz ərizələrinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evi üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxs İddiaçı müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırmış və onun hazırki iş üzrə cavabdehlər Cavabdeh3 və digər cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb etmək hüququ olmamışdır. Daşınmaz əmlakla bağlı hüquqların Cavabdeh6 İntiqam Bayramova və Cavabdeh3 keçməsi onun yaşayış və istifadə hüququnu hər hansı formada məhdudlaşdırmır, onun evdən istifadə hüququndan mərhum etmir. Eləcə də İddiaçı Cavabdeh3 münasibətdə mübahisəli daşınmaz əmlak üzərində hər hansı üstün hüquqlara malik deyil və o, daşınmaz əmlaka mülıkiyyətçisi də olmamışdır. Beləliklə mülkiyyətçinin dəyişməsi, ona alqı-satqı müqavilələrini mübahisələndirmək, çıxarışın ləğv edilməsi hüququnu verməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evi Cavabdeh6 və ailə üzvlərii tərəfindən etibarnamələr əsasında İntiqam Bayramova satılmış, İntiqam Bayramov isə evi Cavabdeh3 satmışdır. Cavabdeh3 qanunamüvafiq qaydada evin alqı-satqısından sonra xx.xx.2024-cü il tarixdə adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********90-10301 daşınmaz əmlakın reystr nömrəsi ilə tam mükiyyət hüququ əsasında çıxarış sənədi alınmışdır. Cavabdehlər Cavabdeh6 və onun ailə üzvləri həmin vaxt və ya sonralar etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. Bu da onların öz razılıqları ilə həmin torpaq sahəsini və fərdi yaşayış evini Cavabdeh3 satdıqlarına dəlalət edir. Həmçinin alqı-satqı müqaviləsi notarial qaydada aparılmaqla bütün prosedur qaydalara riayət edilmişdir. Alqı-satqı aparılmış və etibar edilən şəxs satıcı, digər tərəf isə alıcı qismində onlara alqı-satqı müqaviləsinin şərtləri izah edildikdən sonra imzalanmışdır. Bundan sonra Cavabdeh3 sözügedən torpaq sahəsini və fərdi yaşayış evini adına sənədləşdirmiş və onun adına müvafiq sənəd verilmiş və o həmin torpaq sahəsinin və evin qanuni mülkiyyətçisidir. İddiaçı tərəf mübahisəli torpaq sahəsini və evin ona məxsus olmasını göstərsə də bu barədə hər hansı bir qeydiyyat aparılmamış, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-si maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçıya nisbətdə Qanunun tələblərində göstərilən həmin hallara yol verilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmamalı, yəni cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Hazırki sənədlərlə aydın olur ki, cavabdehin qəzənın sahibliyi mövcuddur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evində qeydiyyatda olmamaqla, həmin üvə görə hər hansı bir mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən, bununla da onun hazırki iddianı qaldərmağa subyektiv hüququ olmadığından iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının iddia ərizəsində göstərdiklərini, vəsatətlərini, cavabdehin və vəkalətli nümayəndəsinin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 qarşı üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-325 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli Cavabdeh3 adına çıxarışın ləğv edilməsi barədə iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 qarşı üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Cavabdeh3 ilə Cavabdeh5 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-323 nömrəli, Cavabdeh3 ilə Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-324 nömrəli və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-325 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli Cavabdeh3 adına çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-636/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-636/2025
18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver