Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-898/2025 21.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun X1 iştirakı ilə, İddiaçı Cavabdeh Abiyyət oğluna qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsini və əlavə edilmiş iş materiallarını 21 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Abiyyət oğluna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 4000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, ümumilikdə 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Həsənov X2 şəhəri, Təbriz küçəsi, ev 30, mənzil 1-də qeydiyyatdadır və yaşayır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmədiyi üçün geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Abiyyət oğluna qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya aidiyyət qaydalarına uyğun olaraq Şamaxı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №e-2(061)-898/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-898/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver