Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-931/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı cavabdehdən 1250 manat məbləği və gecikdirilmiş müddət üzrə illik bank faizi pulu tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 32,5 manat dövlət rüsumunun tutulması tələbi ilə bağlı Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddiaçı, Cavabdeh qarşı cavabdehdən 1250 manat məbləği və gecikdirilmiş müddət üzrə illik bank faizi pulu tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 32,5 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, ərizənin məzmunu ilə tanış olarkən iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə yazılmış, eləcə də kiçik iddia kimi qeyd edilmiş, iddia ərizəsi kimi verilmişdir. Göründüyü kimi tələb düzgün tərtib edilməmişdir. Bununla bağlı iddiaçının nəzərinə çatdırlır ki, tələb Tərtər Rayon Məhkəməsinə verilmişdirsə iddianın giriş hissəsində Tərtər Rayon Məhkəməsi qeyd edilməli, eləcə də tələb kiçik iddialara dair ərizə kimi verilməlidir. O cümlədən iddia tələbində iddiaçı gecikdirilmiş müddət üzrə illik bank faizi pulunun tutularaq ona ödənilməsini də xahiş etmiş, lakin həmin məbləği konkret olaraq qeyd etməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi Qanunun tələblərinə uiyğun olaraq hazırlanmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Bu və digər nöqsanlarla bağlı iddia ərizəsi geri qaytarılmall və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətinə gəlir, göstərilən səbəblərdən ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması əsaslıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. İddiaçıya izah edilsin ki, yalnız qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 32 (otuz iki) manat 50 (əlli) qəpik dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı, Cavabdeh qarşı cavabdehdən 1250 manat məbləği və gecikdirilmiş müddət üzrə illik bank faizi pulu tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 32,5 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 32 (otuz iki) manat 50 (əlli) qəpik dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-931/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-931/2025
28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver