Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-969/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/09009nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı cavabdehlə iddiaçı arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/09009nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü:L”W” H (mm) 835”770”575”/,22V/50HZ, tava ölçüsü: 40smx60 sm, BFE ESD-8A), 1 ədəd mikser (7 litr tutumu, 220V/50 HZ, EB 7L), 2 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1ədəd xəmir topları üçün qablar (ölçüsü: 66 smx40smx14 sm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200 smx69smx123sm, yenilənmiş gərginlik: 220V/50HZ, enerji sərfiyatı: 1,9KWh/24h, soyuducu doldurma tutumu:R134a, 130g, işləmə temperaturu:2-1, birbaşa sosyutma sistemi: İce City BC-425), 1 ədəd elektron tərəzi 40 kq(BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60 smx80 sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelləri ilə təchiz olunmuş, üst səthi düz, biri rəfin altında, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120”60280) natura şəkilində Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/09009nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılmasını tələb etsə də, həmin tələblə bağlı iddia ərizəsində cavabdehin poçt ünvanını qeyd etməmişdir. Onun şəxsiyyət vəsiqəsinin elektron qaydada əldə edilmiş məlumatlarında yaşayış ünvanı ünvan 1yonunda hansı ünvanda yaşaması göstərilməmişdir. Belə olan vəziyyətdə məhkəmə iddiaçının prosesdə iştirakını təmin etmək üçün onun konkret olaraq hansı ünvanda yaşamasını dəqiq müəyyən edə bilməmişdir. Eyni zamanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması barədə hər hansı sənəd (əgər mövcudduarsa VOEN) iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, həmin sənədin mövcudluğu iddia tələbi üzrə aidiyyət məsələsinə qiymət verilməsi üçün zəruri sənəd hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırki iddia tələbi ilə bağlı iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırki iddia tələbi ilə bağlı iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/09009nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-969/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-969/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver