Məhkəmə qərarları › İş №e-2(061)-970/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-970/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-970/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” X3, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/00768 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı cavabdehlə iddiaçı arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/00768 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 3-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5,5 KW/7,5 Hp, gərginlik: 380v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220 -240 VAC 50/6 HZ 1200 W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF -Q909A) və 1 ədəd hava kompressorunun (50 litr,2,5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735W (1HP), həcmi : 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/00768 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılmasını tələb etsə də, həmin tələblə bağlı iddia ərizəsində cavabdehin poçt ünvanını qeyd etməmişdir. Onun şəxsiyyət vəsiqəsinin elektron qaydada əldə edilmiş məlumatlarında yaşayış ünvanı ünvan 1r rayonunda hansı ünvanda yaşaması göstərilməmişdir. Belə olan vəziyyətdə məhkəmə iddiaçının prosesdə iştirakını təmin etmək üçün onun konkret olaraq hansı ünvanda yaşamasını dəqiq müəyyən edə bilməmişdir. Eyni zamanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması barədə hər hansı sənəd (əgər mövcudduarsa VOEN) iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, həmin sənədin mövcudluğu iddia tələbi üzrə aidiyyət məsələsinə qiymət verilməsi üçün zəruri sənəd hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırki iddia tələbi ilə bağlı iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1, Cavabdeh qarşı tərəflər arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli 2022/ÖM/00768 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən cavabdehdən alınıb Agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar