Məhkəmə qərarları › İş №e-2(062)-1383/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1383/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1383/2024 02.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdehna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 8i-3467 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən X4 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi üçün xx.xx.2019-cu il tarixdə Tovuz rayon Notariat Ofisinə müraciət edilmişdir. Verilən ərizədə 15-G1-1-0-270-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcludan 4072,31 ABŞ dolları əsas, 4952,53 ABŞ dolları faiz və 42,29 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9067,13 ABŞ dolları məbləğində borcun tutulması haqqında icra qeydinin aparılması tələb edilmişdir. Lakin buna baxmayaraq notarius tərəfindən xx.xx.2019-cu il tarixdə 9067,13 manat məbləğində borcun tutulması barədə 8i-3467 reyestr nömrəli icra qeydi aparılmışdır. Beləliklə, notarius Cəmiyyət tərəfindən təqdim edilmiş maliyyə arayışını, kredit müqaviləsinin valyutasını, tələb olunan borcu nəzərə almadan icra qeydi vermişdir. Hazırda icra qeydi tərəflər arasında olan kredit müqaviləsinə zidd olduğundan icra qeydinin ləğvi zərurəti yaranmışdır. Çünki tərəflər arasında bağlanmış 15-G1-1-0-270- 15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə borclu 15000 ABŞ dolları pulu kredit götürmüşdür. Mübahisə də həmin kredit müqaviləsi üzrə yaranmışdır. Bundan başqa notarius tərəfindən icra qeydinin aparılmasına dair müddət də pozulmuşdur. İcra qeydinin aparılmasına dair ərizə xx.xx.2019-cu il tarixdə elektron sistemə yerləşdirilməsinə baxmayaraq icra qeydi xx.xx.2019-cu ildə aparılmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırki icra qeydinin mövcudluğundan onların X4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Samirə Məmmədovanın verdiyi apellyasiya şikayətinə baxılan zaman məlumatı olmuşdur. Həmin vaxt borclu icra qeydini təqdim etmişdir. Bu barədə araşdırma aparmışlar və müəyyən etmişlər ki, onların icra qeydinin aparılması barədə müraciətləri sonradan geri istənilsə də, notarius icra qeydi vermişdir. Həmçinin icra qeydi eyni reyestr nömrə ilə həm manat ilə, həm də ABŞ dolları ilə göstərilmişdir. Hesab edir ki, notarius tərəfindən atılmış addımlar qanuna uyğun olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Notariat icra qeydi haqqında ərizədən görünür ki, "xxxx" İKB ASC tərəfindən borcalan X2 15-G1-1-0-270-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4072,31 ABŞ dolları əsas, 4952,53 ABŞ dolları faiz və 42,29 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9067,13 ABŞ dolları məbləğində borcun tutulması xahiş edilmişdir. Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X8 xx.xx.2019-cu il tarixli, 8i-3467 reyestr nömrəli icra qeydindən görünür ki, borclu X2 tələbkar "xxxx" İKB ASC-nin xeyrinə 9067,13 manat məbləğdə borcun tutulmalı olması göstərilmişdir. Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X8 xx.xx.2019-cu il tarixli, 8i-3467 reyestr nömrəli icra qeydindən görünür ki, borclu X2 tələbkar "xxxx" İKB ASC-nin xeyrinə 9067,13 ABŞ dolları məbləğdə borcun tutulmalı olması göstərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 15-G1-1-0-270-15 nömrəli kredit müqaviləsinə əsasən 3314,52 ABŞ dolları əsas borc, 7890,18 ABŞ dolları hesablanmış faiz borcu, 45,83 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11250,53 ABŞ dolları borcun icra olunduğu gün manatla məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqının alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın 15 may 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və X3 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 1956-1989-cu məhəllə Əliyar Əliyev küçəsində yerləşən 2 otaqlı 81,95 kv.m ümumi, 45,6 kv.m yaşayış sahədən ibarət 26 nömrəli evin 353 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin banka olan borcu ödənilməsi, ev satıldıqdan sonra bir ay müddətində X3 azyaşlı uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat İddiaçı ASC-nin Cavabdehna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və həmin akt qanuni qüvvəyə minənədək dayandırılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icra qeydinin ləğv edilməsi üzrə yaranan mübahisədir və «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu, habelə, əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tələbkar "xxxx" İKB ASC (hazırki "xxxx" ASC) tərəfindən borcalan X2 15-G1-1-0-270-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4072,31 ABŞ dolları əsas, 4952,53 ABŞ dolları faiz və 42,29 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9067,13 ABŞ dolları məbləğində borcun tutulmasına dair icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilmişdir. Həmin ərizə əsasında Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X10 xx.xx.2019-cu il tarixli, 8i-3467 reyestr nömrəli iki icra qeydi vermişdir. İcra qeydlərindən biri üzrə borclu X2 tələbkar "xxxx" İKB ASC-nin xeyrinə 9067,13 manat məbləğdə borcun tutulmalı olması, digər üzrə isə 9067,13 ABŞ dolları məbləğdə borcun tutulmalı olması göstərilmişdir. İcra şöbəsinə isə notarius tərəfindən manatla olan icra qeydi göndərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC cavabdehlər X9 və X7 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3314,52 ABŞ dolları əsas, 7890,18 ABŞ dolları faiz, 916,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 may 2018-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 651,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12776,21 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın X4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 1956-1989-cu məhəllə Əliyar Əliyev küçəsində yerləşən 2 otaqlı 81,95 kv.m ümumi, 45,6 kv.m yaşayış sahədən ibarət 26 nömrəli evin 353 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışından əldə olunan vəsaitin İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqdan bir ay sonra X9 və X5 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş materialları Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatındadır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun icra qeydlərindən bəhs edən XV fəslinin 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 78-ci maddəsində qeyd olunmuşdur ki, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi notarius tərəfindən icra qeydi verilən zaman qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, tələbkar icra qeydinin verilməsini istəyərkən onunla borclu arasında olan 15-G1-1-0-270-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Həmin müqavilədən də aydın olur ki, tərəflər arasında göstərilən tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 25 faiz olmaqla 15000 ABŞ dolları məbləğdə kredit verilmiş, lakin borclu öhdəliklərini icra etmədiyi üçün onun kreditora 4072,31 ABŞ dolları əsas, 4952,53 ABŞ dolları faiz və 42,29 ABŞ dolları cərimə borcu-cəmi 9067,13 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhz kreditor həmin pulun tələb edilməsi barədə icra qeydinin verilməsini xahiş etmişdir. İcra qeydinin verilməsinə dair ərizəyə isə «Notariat haqqında» Qanunun tələblərinə uyğun olaraq müvafiq sənədlər əlavə edilmişdir. Lakin buna baxmayaraq notarius tərəfindən eyni tarixdə iki icra qeydi verilmişdir. İcra şöbəsinə isə manatla olan icra qeydi göndərilmişdir. Bütün aparılan icra tədbirləri də həmin icra qeydi əsasında aparılmışdır. Tutulmalı olan məbləğin manatla göstərilməsindən isə kreditorun yalnız kredit müqaviləsi üzrə pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiasına apellyasiya instansiyası məhkəməsində baxılan zaman məlumatı olmuşdur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Həmin Qanunun 27-ci maddəsinə görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Məhkəmə hesab edir ki, bir ərizə üzrə iki icra qeydinin verilməsi, tələbin ABŞ dolları ilə olmasına baxmayaraq icra qeydində tutulacaq pulun manatla göstərilməsi notarius tərəfindən verilən icra qeydinin qanunsuz olmasına dəlalət edir. Hansı ki, iddiaçı tərəfindən bütün bunlar sübut edilmişdir. İş materiallarına eyni tarixli, eyni reyestr nömrəli, eyni ərizə üzrə verilmiş icra qeydləri əlavə edilmişdir. Halbuki, icra qeydinin aparılmasına dair ərizə üzrə həmin ərizədə olan tələb və ərizəyə əlavə edilmiş sənədlər əsasında notarius yalnız bir icra qeydi aparmalı idi. Aparılmış icra qeydi isə tələbin mahiyyətinə və onun təsdiqi kimi əlavə edilmiş sənədlərə uyğun olmalı idi. Məhkəmə diqqətə çatdırır ki, bir ərizə üzrə iki icra qeydinin olması hüquqi müəyyənlik prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bütün bu hallar isə icra qeydinin ləğv edilməsini özünə ehtiva edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 8i- 3467 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Tovuz rayon Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmış xx.xx.2019cu il tarixli, 8i-3467 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nə şamil edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar