Məhkəmə qərarları › İş №e-2(062)-1390/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1390/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1390/2025 19.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyərinin alınması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyərinin alınması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 3750 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57,50 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlamışlar. Lakin evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu onların ayrılmasına səbəb olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1867/2022 saylı qətnaməsi ilə onların arasında olan nikahın pozulması qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ N 428162 nömrəli şəhadətnamə ilə müəyyən edilir ki, onunla Cavabdeh arasında olan nikah xx.xx.2022-ci ildə pozulmuşdur. Bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə və “BMW 523” markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 700 manat dəyərində döşəmə taxtası və 860 manat dəyərində kərpicə görə, ümumilikdə 1560 manat məbləğində pula ½ hissə payının müəyyən edilməsi və həmin hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, 3 saylı mənzilə və “BMW 523” markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024 –cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9- cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, İddiaçı ilə Cavabdeh nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərinin bərabər qaydada icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi birgə nikah dövründə əldə edilmiş əmlaka onların birgə mülkiyyət hüququ tanınmışdır. Lakin, Azərbaycan Respublikası DİN-in Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məlum olmuşdur ki, «BMW 523» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23. 11.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir.Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-993 saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528. 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, «barəsində inzibati icraat aparılan şəxs Cavabdeh qətnamənin icrasından üzrsüz şəkildə yayınması halı yoxdur. Belə ki, icra sənədində qeyd olunan avtomobil borclunun adından çıxarılnış və hazırda onun sahibliyində belə bir avtomobil yoxdur. Belə olan halda borclunun qətnamənin icrasından üzrsüz yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Yəni, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün avtomobil mövcud olmalı, avtomobildə payın müəyyən edilməsi ilə bağlı icra hərəkətlərinə maneçilik yaradılmalıdır. Digər tərəfdən mübahisə predmeti olan avtomobilin üzərinə istər məhkəmə icraatı zamanı, istərsə də icra icraatı zamanı həbs qoyulmamışdır. Yəni, avtomobilin özgəninkiləşdirilməsi üçün borclu üçün hər hansı maneələr mövcud olmamışdır. Buna baxmayaraq məhkəmə hazırki iş üzrə tələbkara izah edir ki, onun avtomobildəki payı müəyyən olmaqla, həmin pay həcmində dəymiş ziyanla məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Avtomobil bölünməz əşya olduğundan və tərəflər arasında gələcəkdə razılaşma olmadığı təqdirdə onsuz da hər bir halda tələbkarın payına münasib olaraq pul şəklində tələbinin olacağı da istisna edilmir.» Hazırda onun razılığı olmadan avtomobil üçüncü şəxsə satıldığı üçün nəqliyyat vasitəsinin bazar dəyərinin ½ hissəsi ona verilməlidir. Turbo.az internet saytından müəyyən olur ki, «BMW 523» minik markalı istehsal ili 1996-cı il olan avtomobilin dəyəri 7500 manat təşkil edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcmini azaldaraq göstərmişdir ki, cavabdehin təklif etdiyi avtomobilin yarı dəyəri kimi 2100 manat pul məbləği ilə razıdır. Odur ki, cavabdehdən həmin məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin həcminin azaldılması üzrə iddia tələbini qəbul edərək izahatında göstərdi ki, avtomobili 4800 manata internet saytına satışa qoyumuş və 4200 manata avtomobili satmışdır. Həmin pulun yarı hissəsi olaraq 2100 manat pulu iddiaçıya verməyə hazırdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104) – 469 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, 3 saylı mənzilə və “BMW 523” markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9- cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, İddiaçı ilə Cavabdeh nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərinin bərabər qaydada icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, «BMW 523» minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin yarısının alınması üzrə yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsində ər-arvadın əmlakının qanuni rejiminin anlayışı verilir: ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və uyğun qanunvercilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir və mülkiyyət sahiblik, istifadə, sərəncam və bu əmlakın bölgüsü Ailə Məcəlləsinin 7-ci fəslində nəzərdə tutulan qaydada həyata keçirilir. Həmin Məcəllənin 32.1, 32.2.2 və 32.3-cü maddələrinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, 5 kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir Ailə Məcəlləsinin 37.1-ci maddəsində göstərilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onlar arasındakı nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1867/2022 nömrəli qətnaməsi ilə pozulmuş və tərəflərə nikahın pozulması haqqında AZ-İ № 428162 nömrəli şəhadətnamə verilmişdir. Tərəflər birgə nikah dövründə yəni xx.xx.2022-ci ildə «BMW 523» minik markalı, ** LA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışlar və avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında həmin avtomobil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə həmin avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyi üçün qətnamənin icrası mümkün olmamışdır. Bu səbəbdən iddiaçı hazırda avtomobilin yarı dəyəri kimi pul tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı). Məhkəmə diqqətə çatdırır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında mübahisəli avtomobil üzərində tərəflərin ½ hissədə mülkiyyət hüququ tanındığından, lakin həmin avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirildiyi üçün hazırda iddiaçı tərəfindən avtomobilin satılmış dəyərinin yarısının tələb edilməsi qanunidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Pleunumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında»Qərarının 7.18 və 7.19-cu bəndlərində qeyd olunmuşdur ki, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi qəbul edilmiş və iddianın təmin edilməsinə etiraz edilməmişdir. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər (Mülki Prosessual Məcəllənin 5.1 və 5.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 52.2 və 52.5-ci maddələri) Məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu etiraf qanuna zidd olmadığından, habelə, hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun etirafı qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia tələbində göstərilənlər üzrə əlavə araşdırılma aparılmamalı və cavabdeh iddianı etiraf etdiyi üçün iş üzrə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 2100 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 41 manat hissəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2100 (iki min) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 41 (qırx bir) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar