Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1436/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh nın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5617 manat 34 qəpik məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 77 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü ildə "xxxx"ASC-dən 5000 manat məbləğində kredit götürərək Cavabdeh vermişdir. Cavabdeh onun baldızıdır. Ona 5000 manat məbləğində pul lazım idi və ondan xahiş etmişdir ki, bankdan pul götürüb ona versin, o özü faizləri ilə birlikdə banka olan borcunu ödəyəcəkdir. Cavabdeh ilk vaxtlarda ödənişləri ödəmişdir. Belə ki, o, 800 manat ödəniş etmişdir. Hazırda o, ödənişləri ödəmir və məcbur qalıb həmin ödənişləri özü ödəyir. Bildirir ki, cavabdehə bankdan götürüb verdiyi 5000 manat pulun üzərinə 1417 manat 34 qəpik faiz borcu da hesablanmışdır. O həmin pulu da ödəməyə məcburdur. Çünki müqavilə onun adınadır. Yəni cavabdehin ödədiyi 800 manat pulu onun əsas borcundan çıxmaqla ondan 4200 manat (borc verdiyi) və 1417 manat 34 qəpik(əsas borca hesablanmış faiz) tələb edir. Hesab edir ki, cavabdeh onu əlavə olaraq ziyana saldığından həmin faiz məbləği də cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildridi ki, iddia tələbi əsassızdır. Belə ki, o iddiaçının baldızıdr. Aralarında mübahisə olmuş və o buna göpə də ona şər-böhtan atır. O özü xadiməçi işləyir, aylıq əmək haqqı vardır. Ona pul lazım olsa idi o öz adına kredit götürə bilərdi. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı Cavabdeh və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili məhkəməyə ərizə göndərərək şahidlərin yazılı ifadələrinin məhkəməyə təqdim ediləcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC vasitəsi 36 ay müddətinə illik 17 % olmaqla, 5000 manat kredit götürmüşdür. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan müəyyən edildiyi kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Məsələyə borc münasibəti kimi yanaşsaq, onu vurğulmalaq lazımdır ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə görə tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı həm də Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsini xahiş etmişdir. İddiaçı əmlakın nədən ibarət olmasını, hansı öhdəlik münasibətinin yaranmasına dair də sübutlarını təqdim edə bilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı ərizəsində şahidlərin pulun verilməsi faktını təsdiq etdiklərini qeyd etsə də, həmin şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçının vəkilinin şahidlərin yazılı ifadələrinin məhkəməyə təqdim edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd edir ki, o şahidin ifadəsi sübut növü kimi qəbul edilir ki, həmin şahidin ifadəsi məhkəmə iclasında alınmış olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. MPM-nin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Vəsatətr vermiş şəxs isə vəsatətində şahidlərin yaşadıqları yerləri göstərməməklə MPMnin qeyd edilən tələblərinə riayət etməmişdir. Məhkəmə şahidlərin dindirilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsinə dair iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə onu qeyd edir ki, MPM-nin 105.2-ci maddəsinə əsasən şahid xəstəlik, qocalıq, əlillik və ya sair üzürlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər. Göründüyü kimi yalnız, məhkəmənin çağırışına gəlməyən şahidin olduğu yerdə dindirilməsi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında məhkəmə tapşırıqları göndərir. Göründüyü kimi işi baxılmağa hazırlayarkən məhkəmə tapşırığının göndərilməsi çəkişmə prinsipindən irəli gəlir. Sübutu təqdim etmək isə iddiaçının üzərinə düşdüyündən şahidlərin dindirilməsi üçün məhkəmə tapşırğının göndərilməsi çəkişmə prinsipinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa da həmin şahidlərin məhkəmə iclasında dindirilməsi üçün yetərli prosessual imkanlar yaradılmışdır. Həm də məhkəmə onu da qeyd edir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1436/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1436/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver