Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1548/2024 20.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı1 cavabdeh X3 qarşı «uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə və ümumvətəndaş pasportun verilməsinə icazənin verilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 20 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 məhkəmədə cavabdeh X3 qarşı iddia qaldıraraq cavabdehlə birgə nikahlarından 21 fevral 2014-cü ildə anadan olmuş X4 cavabdeh X2 razılığı olmadan Azərbaycan Respublikasından getməsinə və qayıtmasına icazə verilməsinə, həmçinin Azərbaycan Respublikasının pasportunun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə ərizə göndərərək üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 iddia ərizəsində göstərmişdir ki, cavabdeh X5 ilə 2013-cü ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Birgə nikahlarından bir nəfər uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Məhkəmə qaydasında nikah qeydi pozulmuşdur. Birgə nikahlarından olan uşaq onun yanındadır. Hal-hazırda uşaq onunla birgə yaşayır. Onun valideynləri Rusiyada yaşayır. Həmçinin uşağının müalicəsi üçün Rusiyaya getmək zərurəti yaranır. Odur ki, birgə nikahlarından 21 fevral 2014-cü ildə anadan olmuş X6 ümumvətəndaş pasportunun verilməsi və onun cavabdeh X2 razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki iclasdan əvvəl isə məhkəməyə ərizə göndərərək, iddiaya etiraz etmiş, qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək, hesab edir ki, iddia qanuni və əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 21 fevral 2014-cü ildə Ayaz adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2013-cü ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Birgə nikahlarından 21 fevral 2014-cü ildə Ayaz adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Hal-hazırda uşaq anası ilə birgə yaşayır. Uşağın xarici ölkəyə getməsi üçün zərurət yaranmış, lakin cavabdeh notarial qaydada etibarnamə vermədiyi üçün uşaq xarici dövlətə gedə bilmir. Məhkəmə zəruri hallarda uşağın müvəqqəti olaraq, xarici ölkəyə getməsini uşağın mənafeyinə uyğun olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, uşağın atasının razılığı olmadan ölkə xaricinə anasının müşaiyəti altında getməsi qanuni və əsaslıdır və X4 maraqlarına uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl gətirməməlidirlər. Həmin Məcəllənin 60.3-cü maddəsinin məzmununa əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla həll olunur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 9-cu maddəsi hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququnun olmasını nəzərdə tutur. Həmin Qanunun 11-ci maddəsinə əsasən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 fevral 2024-cü il tarixli qərarına əsasən, hazırkı işin konteksti baxımından, uşağın ölkədən çıxmasına dair razılıq əldə edilmədikdə, müvafiq icazənin verilməsi məsələsinin hər bir halda məhkəmə qaydasında həlli, mediasiya sessiyalarından keçmə və məhkəmədə işə baxılma müddətləri nəzərə alınmaqla, de facto uşağın mənafelərinə zidd olaraq onun Konstitusiya ilə təsbit edilmiş hərəkət azadlığının qeyri-müəyyən müddətə məhdudlaşdırılması, istirahət, təhsil, sağlamlıq və digər hüquqlarının pozulmasına səbəb ola bilər. Burada nəzərə almaq lazımdır ki, uşağın ölkəni tərk etmək zərurəti onun mənafeləri baxımından təxirə salınmaz xarakterə malik ola bilər (müalicə, idman və ya bilik yarışları və s.). O da nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi əsasında uşaqla birlikdə yaşayan valideyn müalicə, təhsil, ezamiyyət və s. hallarda ölkəni tərk etməli olduğu hallarda digər valideyn uşağın ölkədən getməsinə icazə vermədikdə, lakin eyni zamanda onu yanında saxlamaqdan da imtina etdikdə, uşağın harada və kiminlə yaşaması məsələsi həll edilməmiş qalır ki, bu da öz növbəsində uşağın saxlanıldığı valideyn üçün uşağının tərbiyə edilməsi borcu, məhkəmə qətnaməsini icra etməsi və özünə məxsus konstitusion hüquq və azadlıqları arasında seçim etmək məcburiyyəti yaratmış olar. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən mərhum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 20 noyabr 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qərarının 7.16-cı bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilibyetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. Həmin Qərarın 7.17-ci bəndində göstərilmişdir ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Həmin Qərarın 7.18-ci bəndinə görə bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Həmin Qərarın 7.19-cu bəndində təsbit edilmişdir ki, bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Məhkəmə onu da qeyd edir ki, uşaq təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək və sair kimi səbəblərdən, o cümlədən müalicə almaq üçün ölkədən müvəqqəti gedə bilər. Bu zaman uşaqların ölkədən getməsinə onu müşaiyət etməyən valideynin razılığı tələb olunur. Valideynlərdən birinin razılığı olmadıqda, uşaqların ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. İddia tələbinin uşağa ümumvətəndaş pasportunun verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir («Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi). Göründüyü kimi 18 yaşına çatmamış uşaqlara pasport verilməsi üçün onların hər iki valideyninin razılığı olmalıdır. Hazırki iş üzrə cavabdeh razılıq vermədiyi üçün iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, işin halları uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə icazə verilməsinə uyğun olduğundan iddianın uşağa ümumvətəndaş pasportun verilməsinə icazənin verilməsi hissəsinin də təmin edilməsi qanuni və əsaslı olar Məhkəmə işdə olan sənədlərə qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh X3, ödənilmiş mediasiya xərci İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E TD İ: İddia təmin olunsun. 21 fevral 2014-cü ildə anadan olmuş X4 Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və qayıtmasına atası X2 razılığı olmadan icazə verilsin. Tərəflərin birgə nikahından doğulmuş 21 fevral 2014-cü il təvəllüdlü Ayaz adlı uşağa atası – X2 razılığı olmadan anası - İddiaçı1 müraciəti üzrə ümumvətəndaş pasportun verilməsinə icazə verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu X1 alınıb İddiaçı1 ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1548/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1548/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver