Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1772/2025 23.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 23 iyun 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin borclu olduğu 7500 manat pulun və 100 manat dövlət rüsumunun, hüquqi yardım üçün 550 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil elektron qaydada ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, onların iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə bir müddətdir tanış olmuşdur. Belə ki, həmin şəxslə avtomobil icarəsi ilə bağlı münasbətləri olmuşdur. 2023-cü ildə cavabdeh ondan borc pul istəmiş, ona hissə hissə olmaqla 5000 manat və 2500 manat olmaqla, cəmi 7500 manat borc pul vermişdir. Lakin dəfələrlə tələb etsə də cavabdeh borcunu bu günədək qaytarmamışdır. Bu faktı cavabdehlə aralarında olan başqa bir mülki işə baxılarkən məhkəmə iclasında etiraf etmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin icraatında olmuş e-2(062)-1258/2024 nömrəli mülki iş üzrə keçirilən məhkəmə iclasında cavabdeh bildirmişdir ki, ondan 5000 manat bir, 2500 manat da bir pul almışdır. Əsas borc qalmaq şərtilə o hər gün 30 manat ödəniş etmişdir. 5-6 ay ərzində 900 manat ödənişlər etmişdir ki, o da götürdüyü pulun faizidir. Göründüyü kimi, cavabdeh özü bildirir ki, ondan ümumilikdə 7500 manat pulu borca almışdır. Ona görə də hazırkı iddianı qaldıraraq cavabdehdən ona olan 7500 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-1258/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məhkəmə iclasında izahat verərək, etiraf etmişdir ki, İddiaçı 5000 manat bir, 2500 manat da bir dəfə pul almışdır. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşə əlavə olunmuş müqavilədən görünür ki, İddiaçı Vəkil ilə müqavilə bağlamış və müqavilə üzrə 550 manat pul ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər tanış olmuşlar. 2023-cü ildə cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçı hissə hissə olmaqla 5000 manat və 2500 manat olmaqla, cəmi 7500 manat cavabdehə pul vermişdir. Lakin dəfələrlə tələb etsə də cavabdeh borcunu bu günədək qaytarmamışdır. Bu faktı tərəflər arasında olan başqa bir mülki işə baxılarkən cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin icraatında olmuş e-2(062)-1258/2024 nömrəli mülki iş üzrə keçirilən məhkəmə iclasında cavabdeh bildirmişdir ki, ondan 5000 manat bir, 2500 manat da bir pul almışdır. Əsas borc qalmaq şərtilə o hər gün 30 manat ödəniş etmişdir. 5-6 ay ərzində 900 manat ödənişlər etmişdir ki, o da götürdüyü pulun faizidir. Göründüyü kimi, cavabdeh özü bildirir ki, ondan ümumilikdə 7500 manat pulu borca almışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış qətnamə sübut növü kimi qəbul edilərək, hazırki iddia təmin olunmalıdır. Həmçinin iddia tələbində olan 550 manat vəkil xərci işə əlavə edilmiş müqavilə ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, cavabdeh 2(062)-1258/2024 saylı mülki işə baxılarkən iddiaçıdan 7500 manat pulu almasını etiraf edir, lakin həmin pulun qaytarılması öz təsdiqini tapmır. Belə olan halda həmin pulu qaytarmamaqla, cavabdeh iddiaçıya ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, Cavabdeh 7500 manat məbləğində pul və 550 manat vəkil xərci alınıb İddiaçı verilməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7500 manat məbləğində dəymiş ziyan, 550 manat vəkil xərci və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1772/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1772/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver