Məhkəmə qərarları › İş №e-2(062)-2135/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2135/2025

14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2135/2025 14.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 14 iyul 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 23400 manat məbləğində borc pulun və ödənilmiş 160 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 15.000 (on beş min ) manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı borcu ona 1 ay ərzində qaytaracağını, qaytarmadığı təqdirdə isə hər ay üzrə borcdan əlavə 700 manat pul vəsaiti verəcəyini bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaq cavabdeh pulu ona geri qaytarmamışdır. Daha sonra ona dəfələrlə pulu qaytarmasını bildirsə də o, hər dəfə qaytarcağını demişdir. Lakin, bu günədək Cavabdeh nə pulu qaytarmış, nə də verdiyi vədi yerinə yetirə bilmişdir. Ona dəfələrlə bu barədə məlumat versə də ona yalan vədlər vermiş, daha sonra isə telefonlarına cavab verməmişdir. Odur ki, Cavabdeh 15.000 ( on beş min ) manat borc və borcu ödəmədiyi təqdirdə hər ay ödəyəcəyi 700 manat hesablanaraq, ümumillikdə 23.400 (iyirmi üç min dörd yüz) manat pulun eləcə də, məhkəməyə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. İşə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 15000 manat borclu olduğunu etiraf etmiş, borcunu 1 ay müddətinə qaytaracağına söz vermiş, qaytara bilməsə, gecikdirdiyi hər aya görə əlavə 700 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər tanış olmuşlar. İddiaçı 09 aprel 2024-cü il tarixində Cavabdeh 15000 manat borc pul vermişdir. Cavabdeh aldığı borcu ödəyəcəyinə söz versə də, ödəməmişdir. Həmçinin cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbzdə 15000 manat borcunun olduğunu etiraf etmiş, 1 aya qədər pulu ödəyəcəyinə söz vermiş, qaytara bilməsə, gecikdirdiyi hər aya görə əlavə 700 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasında borc müqaviləsi yazılı formada tərtib olunmuşdur. Cavabdeh borcu vaxtında ödəmədiyinə görə hər ay əlavə 700 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı əldə edəcəyi faydadan məhrum olmuşdur. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, sadə yazılı formada qəbz mövcuddur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 15000 manat əsas borc, qaytaracağı müddətin bitməsindən məhkməyə müraciət edənədək 12 ay üçün gecikdirilmiş hər aya görə 700 manat olmaqla, cəmi 23400 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödəniləcək məbləğ 15000 manat əsas borc, qaytaracağı müddətin bitməsindən məhkməyə müraciət edənədək 12 ay üçün gecikdirilmiş hər aya görə 700 manat olmaqla, cəmi 23400 manat olduğundan ödənilmiş 160 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15000 manat əsas borc, qaytaracağı müddətin bitməsindən məhkməyə müraciət edənədək 12 ay üçün gecikdirilmiş hər aya görə 700 manat olmaqla, cəmi 23400 manat borc pul və 160 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar