Məhkəmə qərarları › İş №e-2(062)-2400/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2400/2024

12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2400/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə X1 müddətin ötürülməmiş hesab edilərək bərpa edilməsi və şikayətə baxılması barədə vəsatətinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 müddətin ötürülməmiş hesab edilərək bərpa edilməsi və şikayətə baxılması barədə ərizə verərək rəsmi şəkildə 07 dekabr 2023-cü il tarixli, 00800/01340 nömrəli qərarı əldə etmədiyindən şikayət vermə müddətini ötürülməmiş hesab edərək bərpa edilməsini və işin baxılmasını xahiş etmişdir. Lakin ərizəni iddia ərizəsi formasında mülki mühakimə icraatı qaydasında vermişdir. Göründüyü kimi X2 mülki mühakimə qaydasında versədə ərizə faktiki olaraq qərardan verilən şikayət üzrə ötürülmüş müddətin bərpası ilə əlaqədərdir buda mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, X3 ərizəsini icraata qəbul edilməkdən imtina edilməlidir və onun müvafiq olaraq şikayət vermək istədiyi qərardaddan şikayətlə birlikdə vəsatət verməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və onun xx.xx.2023-cü il tarixli qərardaddan şikayətlə və şikayət vermə müddətinin ötürülməmiş hesab edilməsi və bərpa edilməsi barədə vəsatətlə müraciət etməsi izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar