Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2809/2025 26.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Məsimov Fərid Eldar oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinı dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş həyat yoldaşı X1 xx.xx.2008-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmədə ərizə verərək göstərdi ki, hazırda işə baxılmasını istəmir, ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə göndərdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinı dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2809/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2809/2025
26.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver