Məhkəmə qərarları › İş №e-2(062)-2965/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2965/2025

20.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2965/2025 20.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamentinin maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamenti maraqlı şəxs Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1917.85 manat, işsizlikdən müdafiə fonduna 11.39 manat, icbari Tibbi Sığorta Fonduna olan 82.18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ( Doğulduğu tarix-xx xxxxxx 1953-cü il, doğulduğu yer Tovuz rayonu Dönük Qırıqlı kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Tovuz rayonu X1 (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna olan 1917.85 manat, işsizlikdən müdafiə fonduna 11.39 manat, icbari Tibbi Sığorta Fonduna olan 82.18 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********782100, xx.xx.2025-ci il tarixli **********972700, xx.xx.2025-ci il tarixli **********900400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Vəzifəli şəxs haqqında məlumatın və maraqlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh əsas fəaliyyət növü Tovuz rayonu X3 sədri və Tovuz rayonu Dönük Qırıqlı kəndində yaşayır; vergi ödəyicisinin fəaliyyət növləri barədə məlumatdan görünür ki, maraqlı şəxs Tovuz rayonu X1 sədridir, Tovuz rayonu X1 (VÖEN **********) Cavabdeh (VÖEN **********) şəxsi hesab vərəqəsinin surətindən görünür ki, onun xx.xx.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 1917.85 manat, işsizlikdən müdafiə fonduna 11.39 manat, icbari Tibbi Sığorta Fonduna olan 82.18 manat məbləğində borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və maraqlı şəxs gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməyə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi tərəfindən ərizə göndərilmiş və işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-nin 355-6-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmuş və xahişi göstərilmişdir. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fıziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci və 77.3-cü maddələrinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafıq icra hakimiyyəti orqanı fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Qanunun yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Hazırki işdə isə Cavabdeh hüquqi şəxsin icra orqanının rəhbəri deyildir. Belə ki, onun rəhbəri olduğu Tovuz Rayonu X2 artıq mövcud deyildir. Belə ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 25 noyabr 2024-cü il tarixli Qanunundan görünür ki, Dönük Qırıqlı və Qovlar bələdiyyələrinin əhatə etdiyi Qovlar şəhərində və Dönük Qırıqlı kəndində Qovlar bələdiyyəsi yaranmışdır. Qanundan da görünür ki, Tovuz rayonu X2 Tovuz rayonu Qovlar bələdiyyəsinə birləşdirilmə yolu ilə Qovlar bələdiyyəsi yaradılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlirki, hazırda ərizəçinin ərizəsində göstərdiyi hüquqi şəxs mövcud olmadığından, mövcud olmayan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ da məhdudlaşdırıla bilməz. Odur ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234, 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə rədd edilsin. Qətnamənin surəti Azərbaycan Respublikası MPM-in 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ur Hünmətov Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar