Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-4022/2025 08.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 440 manat məbləğdə borcun, 3 manat məbləğində poçt xərcinin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 473 manat məbləğdə pul vəsaitinin alınaraq Cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı MMMC-nin idarəçiliyində olan ünvan 2 ünvanda yerləşən ev 81, 388 nömrəli mənzildə yaşayan bina sakini Cavabdeh 01 dekabr 2023-cü il tarixdən 31 iyul 2025-ci il tarixədək binanın ümumi idarəçiliyi üçün ödəməli olduğu ümümi xərclərdən 440.0 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilmişdir) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilmişdir. Cavabdeh ödənilməli olan pul məbləğini ödəməkdən yayınır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 284-1-ci maddəsində göstərilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (Mülki Prosessual Məcəllənin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələri). İddia tələbi üzrə mübahisənin hüquqi həllinə keçməmişdən qabaq məhkəmə qeyd edir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş və onun tərəfindən əldə edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada iddia ərizəsinə qarşı etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: Satıcı "xxxx" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında müqavilədən görünür ki, ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı 388 saylı mənzilin tikilib Cavabdeh təhvil verilməsi öhdəliyini 58520 manat müqabilində satıcı "xxxx" MTK üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamədən və çıxarışdan görünür ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. "xxxx" MMMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə cəmiyyətə 506 manat miqdarında borcu yaranmışdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin ümumi xərclərdə iştirakı üzrə yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. Həımin Məcəllənin 38-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından görünür ki, "xxxx" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında müqaviləyə əsasən, ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı 388 saylı mənzilin tikilib Cavabdeh təhvil verilməsi öhdəliyini 58520 manat müqabilində satıcı "xxxx" MTK üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli qeyrikommersiya hüquqi şəxsinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamədən və çıxarışdan görünür ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. "xxxx" MMMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə cəmiyyətə 506 manat miqdarında borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 440 manat borc, 3 manat poçt xidmət haqqısı alınaraq iddiaçı "xxxx" MMMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 284-6.1 və 284-6.2-ci maddələrində göstərilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğdə vəsaitin əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.1, 284-6.2 və 357 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 440 manat məbləğdə əsas borc, 3 manat poçt xidmət haqqı və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumu olmaqla cəmi 473 (dörd yüz yetmiş üç) manat məbləğdə pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMMC-nin hesabına ödənilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-4022/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-4022/2025
08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver