Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-537/2024 21.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı « müqavilənin ləğv olunması və pul» tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı мящкямяйя мцраъият едяряк, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilənin ləğv olunması və cavabdehdən 7200 manat pulun və ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə görə o ona məxsus olan VAZ 21074 markalı avtomobili cavabdehə 8200 manata satmışdır. Müqavilənin şərtinə görə cavabdeh ilkin olaraq ona 1000 manat məbləğində pul ödəmişdir. Qalan 7200 manat isə 24 ay müddətinə hər ay 300 manat olmaqla hissə-hissə ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyi tam olaraq icra etməmişdir. Bu günə kimi cavabdeh ona cəmi 1000 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 7200 manat borcu vardır. O müqavilə üzrə öhdəliyi icra etməməsi üçün ona pretenziya qaydasında məktub göndərmiş və xahiş etmişdir ki, müqavilə üzrə öhdəliyini 15 gün ərzində icra etsin. Əks halda müqavilənin vaxtından əvvəl ləğv olunmasını, avtomobilin geri qaytarılmasını, avtomobili yarasız vəzuyyətə düşərsə onun dəyərinin ödənilməsi və dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh məhəl qoymamışdır. Bundan əlavə cavabdeh nəqliyyat vasitəni yararsız vəziyyətə salmışdır. Müqavilə bağlayarkən nəqliyyat vasitəsini 8200 manata qiymətləndirmişlər. Həmin məbləgdən indiyə kimi 1000 manat ödəyibdir. Nəqliyyat vasitəsini yarsız vəziyyətə düşdüyündən müqavilə ləğv olunduğu halda qalıq məbləğ yəni 7200 manat pul cavabdehdən tutulmalıdır. Ona görə də Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilənin ləğv olunması və cavabdehdən 7200 manat pulun və ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.Lakin iddiaçı məhkəməyə ərizə göndərərək mülki işin onun iştirakı olmadan baxıb təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı VAZ 21074 markalı avtomobili cavabdehə 8200 manata satmışdır. Müqavilənin şərtinə görə cavabdeh ilkin olaraq ona 1000 manat məbləğində pul ödəmişdir. Qalan 7200 manat isə 24 ay müddətinə hər ay 300 manat olmaqla hissə-hissə ona ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, borclu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu aşağıdakılarla öz təsdiqini tapmışdı: - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh VAZ 21074 markalı avtomobili 24 ay maddətinə hər ay 300 manat ödəmək şərtilə 8200 manata almışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh müqavilənin icrasından imtina etdiyindən xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 7200 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 92 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 7200 manat məbləğində pul və 92 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-537/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-537/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver