Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-629/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 İmamverdi qızının iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə qarşı Maraqlı şəxs2 İmamverdi qızı, Maraqlı şəxs4, X14, Maraqlı şəxs1 üçüncü şəxs iştirak etməklə «alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair» tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində göstərmişdir ki, Maliyyə bazarlarına nəzarət orqanının (AMB) xx.xx.2016-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən İddiaçı ASC məcburi qaydada ləğv edilmiş və ƏSF xx.xx.2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bankın fəaliyyət dövrü ərzində İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinə əsasən X11 bank tərəfindən 15.000 (on beş min) manat dövlət vəsaiti hesabına (SİF vəsaiti) şəxsi ticarətin genişləndirilməsi üçün kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.molan 49 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı tərəflər arasında 09 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. X14 xx.xx.2014-cü il tarixli, 2709 saylı kredit müqaviləsi üzrə borcunu tam və vaxtında ödəmədiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı Tovuz Rayon məhkəməsində 23.398,64 (iyirmi üç min üç yüz doxsan səkkiz manat, altmış dörd qəpik) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-208/2021 saylı, 20.09.021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi iddia müddəti tədbiq edildiyi üçün rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-208/2021 saylı, 20.09.021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Uzun müddət keçəndən sonra, 2024-cü ilin sonunda məlum olmuşdur ki, X7 xx.xx.2014-cü il tarixli, 2709 saylı kredit müqaviləsi üzrə mövcud olan kredit borcu ödənilməmiş, lakin Əmanətlərin Sığortalanması Fondun adından hazırlanan saxta məktub və etibarnamə əsasında Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi bankın **********5 saylı sorğusuna cavab olaraq ünvanladığı 3-21-3-37/2-7878/2024 saylı, xx.xx.2024- cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubu ilə X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi məqsədi ilə X7 adına əlavə olaraqsaxta 185 saylı, xx.xx.2022-ci il tarixli etibarnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylıƏrazi İdarəsində təmsil olunmaq məqsədi ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə təqdim edilən **********829 saylı, xx.xx.2022-ci tarixli məktubda qeyd edimişdir ki, İddiaçı ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 1806 saylı və xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqavilələri üzrə ödhdəliklərin tam icra edilməsi səbəbindən Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edimişdir. Qeyd etmək istəyirik ki, apardığımız arasdırma zamanı müəyyən edilmişdir ki, **********829 saylı, xx.xx.2022-ci tarixli məktub və 185 saylı, xx.xx.2022-ci il tarixli etibarnamə saxtadır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamə verilməmişdir, həmin tarixli və nömrəli sənədlər heç vaxt tərtib edilməmişdir. Ümumiyyətlə, kredit müqavilə üzrə iddia müddəti tədbiq olunmuş işlərdə yalnız qanuni qüvvəsi alan məhkəmə qərarları mövcud olduğu halda Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmlaklar yüklülüyüydən azad edilir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi X7 atası mərhum X15 mülkiyyətində olmuşdur. xx.xx.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon X6 və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınaraq 127 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. xx.xx.2006-cı il tarixində X7 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi **********04- 10301 olan, MH–0000627 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********04-10301, MH–0000627 nömrəli çıxarışla X7 mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı ASC-nin “Tovuz” filialının xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixdə 12-5/2-183/2025 saylı ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evi üzərində bankın yüklülüyünün bərpa edilməsi xahiş olunmuşdur. Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinin üzərindən bankın yüklülüyünün götürülməsi barədə mülkiyyətçilərin də xəbəri olmamışdır. Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,14 ha torpaq sahəsi üzərində əlavə ev tikilmişdir (mülkiyyətçi Quliyev Kənan), könhə ev üzərində isə yenidənqurma işləri aparılaraq sahəsi artırılmışdır. Belə ki, Ali Məhkəmənin icraatında olmuş 2(102)-601/2023 nömrəli keçmiş mülkiyyətçilərlə əlaqədar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarda qeyd olunmuşdur ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 4anında yerləşən fərdi yaşayış evi ayrı-ayrı evlərdir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi əvvəllər X7 mülkiyyətində olmuşdur. X14 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evini oğlu X16 bağışlamışdır və əmlak adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə həmin əmlak X17 təklif olunmuşdur və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49A nömrəli evin hüquqmüəyyənedici sənədlərin X13 adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinin 211 və 21/A.H nömrəli məktubla 15 saylı müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin sənədini əsas götürərək ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi X13 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 85A-dır. Hal-hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Maraqlı şəxs2 məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 3 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi X8, X7, Maraqlı şəxs5, Maraqlı şəxs4 birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi Maraqlı şəxs2 Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli 4Ə397 nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 6ional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022- ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıçılar: Maraqlı şəxs3, Maraqlı şəxs4, X14 və Maraqlı şəxs5 verilmiş - JN:3375A, KOD:50300016 olan şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan 0,09795 ha torpaq sahəsini 5.000 (beş min) manat məbləğində alıcı – X1. Göründüyü kimi, həmin alqısatqısı müqaviləsinin predmeti yalnız 0,09795 ha torpaq sahəsi olmuşdur. Həmin alqısatqı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə **********13 nömrəli çıxarış verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxs Tovuz rayon 15 saylı Ərazi İdarəsinə saxta xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktub və saxta 185 saylı, xx.xx.2022-ci il tarixli etibarnamə təqdim edilərək İddiaçı ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 1806 saylı və xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqavilələri üzrə öhdəliklər guya tam icra edilməsi səbəbindən (borc bu günə qədər ödənilməmişdir) Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evinin bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun **********5 saylı sorğusuna cavab olaraq Fonda ünvanladığı 3-21-3-37/2-7878/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubu ilə X14 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində istifadədə olan 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olması barədə **********13-10301 nömrəli çıxarış və əmlaka dair texniki pasport verilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ünvan 3 ünvanında 0,28 ha torpaq sahəsində yerləşən ərazidə hal-hazırda iki əmlak var: 1 - ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi, mülkiyyətçi - X19. Hazırki ünvan - ünvan 7.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış ev, mülkiyyətçi - Maraqlı şəxs2. Hazırki ünvan - ünvan 8uz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi 85 ünvanında olan əmlak qanunsuz olaraq bankın yüklülüyündən azad olunmuş və digər şəxsin adına rəsmiləşdirilmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Tovuz regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsində və əmlakı bankın yüklülüyündən azad edilməsində Maraqlı şəxs1 ona verilmiş etibarnamə əsasında iştirak etmişdir. İddia ərizəsinə etirazın əsaslandırıldığı hallar Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 İmamverdi qızı iddia ərizəsinə etirazında bildirmişdir ki, ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaldırılmış iddia tələbi yalnız və yalnız mülki iş üzrə üçüncü şəxslər X7, Maraqlı şəxs5 (dələduzluqda nəinki Azərbaycanda, hətta bütün dünyada analoqu olmayan, cinayətkar qrupun baş dəstə rəhbəri), Maraqlı şəxs4 və Maraqlı şəxs3 sifarişləri, hansına maraq və mənfəət qarşılığında verilmiş bir iddiadır. Çünki, bir mərtəbədən ibarət tikiliyə dair X7 adına 29 avqust 2006-cı il tarixli, reyestr nömrəsi **********04-10301 olan, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən serya MN № ******* olan Çıxarışda qeyd olunan və X14 tərəfindən İddiaçı ASC-yə 15000 manat pulun təminat üsulu olaraq girov qoyulmuş, 18 sentyabr 2014-cü il tarixli, reyestr nömrəsi **********04-10301 olan, qeydiyyat nömrəsi ********** olan Serya RX № ******* olan Çıxarışla yüklü edilmiş əmlakı, yəni İddiaçı ASC-nin girovluğunda olduğu halda və ya ola-ola, İddiaçı ASC-yə girov qoyulmuş bir mərtəbədən ibarət fərdi yaşayış evi hazırki mülki iş üzrə iddiaçı tərəfindən formal olaraq üçüncü şəxs qismində qeyd edilmiş X14 tərəfindən sökülüb məhv edildikdən sonra, X7 19 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan, çap tarixi xx.xx.2016, saat 12:58 olan, Tovuz Rayon Notariat Kontorunun xüsusi notariusi X21 tərəfindən təsdiq edilmiş ərizəsi əsasında sözügedən bir mərtəbəli fərdi yaşayış evinə dair dövlət qeydiyyatı ləğv edilmiş, yenidən həmin əmlaka dair X7 adına 27 sentyabr 2016-cı il tarixli reyestr nömrəsi **********39-10301 olan, qeydiyyat nömrəsi ********** olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış alınmışdır. Həmin iki mərtəbəli tikili hal-hazırda da yarımçıq tikili olaraq qalmaqdadır. Mübahisəli evə (tikiliyə) müvafiq ekspert tərəfindən və ya məhkəmə tərəfindən baxış keçirilərsə, qeyd olunanların həqiqət olduğunun tam şahidi olunacaqdır. Göründüyü kimi İddiaçı ASC-nin girovluğunda olan daşınmaz əmlak hazırkı mülki iş üzrə iddiaçı tərəfindən formal olaraq üçüncü şəxs qismində qeyd edilmiş X14 tərəfindən 2016-cı il tarixdə qismən sökülüb məhv edildikdən sonra İddiaçı ASC-də girovda olan bir mərtəbəli, ümumi sahəsi 196,3 kv.metr olan tikilinin dövlət qeydiyyatı X7 19 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan ərizəsi əsasında ləğv edilmiş, İddiaçı ASC-də girovda olan sökülmüş bir mərtəbəli ümumi sahəsi 196,3 kv.metr olan tikilinin yerdə qalan qalıqları üzərində yeni yenidən qurma işləri aparılmaqla iki mərtəbədən ibarət yarımçıq tikili inşa edilmiş, bu günədək də yarımçıq tikili olaraq qalmaqda olan tikiliyə də tam tikili kimi yenidən X7 adına 27 sentyabr 2016-cı il tarixli reyestr nömrəsi **********39-10301 olan, qeydiyyat nömrəsi ********** olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi bu dəfə 196,3 kv.metr olmaqla bir mərtəbəli kimi deyil, ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış verilmişdir. (Bir sözlə İddiaçı ASC-nin başına İsmayıl Qara oğlu torba keçirmiş, mələtmiş, balaca uşağı aldadıb əlindən konfetini alan kimi girovunu əlindən alıb məhv etmişdir.) X7 2016-cı ildə 18 sentyabr 2014-cü il tarixli, reyestr nömrəsi **********04-10301 olan, qeydiyyat nömrəsi ********** olan Serya RX № ******* olan Çıxarışla İddiaçı ASC-nin yüklülüyündə girovluğunda olan bir mərtəbəli, ümumi sahəsi 196,3 kv.metr olan tikilini söküb, məhv edib, 19 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan ərizəsi əsasında dövlət qeydiyyatını ləğv etdirib, 27 sentyabr 2016-cı il tarixli reyestr nömrəsi **********39-10301 olan, qeydiyyat nömrəsi ********** olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yarımçıq tikiliyə tam tikili kimi Çıxarış aldıqdan sonra qeyd olunan tikilini X14 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında öz doğma oğlu Maraqlı şəxs4 bağışlamış və həmin bağışlanmış daşınmaz əmlak da Maraqlı şəxs4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Sonradan Rahib X2 1 milyon 500 min manatdan çox borcu olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095/2018 nömrəli qərardadı və xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən həmin əmlak X17 təklif olunmuş və sözügedən əmlak tələbkar X19 tərəfindən borcun əvəzinə qəbul edilərək, həmin ümumi sahəsi 254,4 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evinə dair X13 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla tanınmışdır. Qeydiyyata alındıqdan sonra Hüseynovlar ailəsi indiki kimi bankı müəyyən mənfəət, korrupsiya, rüşvət-alma, rüşvət vermə, məkrli niyyət, çirkin əməl, qeyri-prosessual münasibət və ünsiyyət qarşılığında qanunsuz və əsassız iddia qaldırmağa vadar etdikləri kimi əvvəllər də öz yaxın qohumları X12 və X9 da məkrli niyyət və çirkin əməl qarşılığında formal, qanunsuz və əsassız iddia qaldırmağa vadar etmişlər. Həmin iddaya da Gəncə Apelyasiya Məhkəməsinin 22 avqust 2022-ci il, 2(104)-1846/2022 nömrəli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(102)-601/2023 nömrəli qərarları ilə hüquqi qiymətlər verilmişdir. Belə olan halda necə ola bilər ki, İddiaçı ASC-nin girovluğunda ola-ola 2016-cı il tarixdən məhv edilib dövlət qeydiyyatı ləğv edilmiş əmlakı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Maraqlı şəxs2 xüsusi mülkiyyətinə heç bir aidiyyəti olmadığı halda, onun xüsusi mülkiyyətində olan əmlakın üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsini tələb edir? Maraqlı şəxs2 ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 287 kv.metr olan daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqları aşağıda qeyd olunan prosedur qayda üzrə dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(006)-2750/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh Maraqlı şəxs5 231200 (iki yüz otuz bir min iki yüz) manat (həmin günün məzənnəsi ilə 136.000 (bir yüz otuz altı min) ABŞ dolları) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs2 verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli 2(103)-9504/2019 nömrəli qətnaməsi ilə təmin edilməyərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(006)-2750/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli 2(103)-9504/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli 2(102)-576/2020 nömrəli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(006)- 2750/2019 nömrəli qətnaməsi icra edilməsi üçün aidiyyəti üzrə Tovuz Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Maraqlı şəxs5 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Maraqlı şəxs5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan 9 ay sonra Maraqlı şəxs5 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(062)-40/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən Maraqlı şəxs2 narazı qaldığından apelyasiya şikayəti versə də, Gəncə Apelyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 1(104)-387/2021 saylı qərarı ilə Tovuz Rayon Məhkəməsinin 27 may 2021ci il tarixli 1(062)-40/2021 saylı hökmü qüvvədə saxlanılmışdır. Hökm qüvvədə saxlanıldıqdan sonra, yəni Tovuz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(062)- 40/2021 saylı hökmünün icra olunma mərhələsində təxminən 2022-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində hazırkı iddia tələbi üzrə formal olaraq üçüncü şəxs qismində göstərilmiş şəxslər Maraqlı şəxs5, onun əri İsmayıl Hüseynov, oğlanları Maraqlı şəxs4 və Maraqlı şəxs3, Maraqlı şəxs2 borclu olduqları pulun müqabilində hal-hazırda onun xüsusi mülkiyyətində olan evi və evin yerləşdiyi torpaq sahəsini təklif etmişlər. Maraqlı şəxs2 də bu təklifi qəbul etmiş və onların bu təklifi ilə razılaşmışdır. O, onlarla razılaşdıqdan sonra 06 aprel 2022-ci il tarixdə saat 10:53-də Bakı şəhər üzrə Probasiya İdarəsinin rəisi Namiq İsmayılova və 06 aprel 2022-ci il tarixdə 10:54-də Bakı şəhər Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyevə ünvanlanmış notarial qaydada təsdiq edilmiş və əl yazma ilə yazılmış ərizələr verərək, Maraqlı şəxs5 şikayət və tələbinin olmamasını bildirməklə Maraqlı şəxs5 cəzadan azad olunmasını xahiş etmişdir. Sonra isə, yəni 06 aprel 2022-ci il tarixdə saat 11:18-də Hüseynovların etibarnamələr üzrə nümayəndələri Maraqlı şəxs1la (etibarnamə üzrə nümayəndəsi olduğu şəxslərin adından) Maraqlı şəxs2 arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-İ № ******* saylı müqavilə bağlanılmışdır. Müqavilə bağlanarkən, formal olaraq əmlakın dəyəri 5000 manat göstərilsə də əslində hər hansı nəğd pul alış verişi olmamışdır. Maraqlı şəxs2 həmin daşınmaz əmlakı təxminən 2022-ci ilın martın sonu aprelin əvvəlində həm onun yaşadığı evində, həm də Hüseynovların yaşadıqları evdə aralarında olan razılaşmaya əsasən, Maraqlı şəxs5 Maraqlı şəxs2 olan 231200 (iki yüz otuz bir min iki yüz) manat borcunun əvəzində almışdır. O, əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli 2566 nömrəli forma 1 arayışı əsasında xx.xx.2022-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi bağlamış və həmin alqı-satqı müqaviləsi əsasında da onun xüsusi mülkiyyətini tanıdan tək torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan elektron çıxarış almışdır. Bundan sonra isə Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq lahiyəsi əsasında ümumi sahəsi 287 kv.metr olan binaya xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli elektron çıxarış və texniki pasport almışdır. Bu hal da Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 7(103)-210/2022 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Bundan əlavə Maraqlı şəxs2 Tovuz Rayon Məhkəməsində cavabdehlər X11, Maraqlı şəxs5, Maraqlı şəxs4 və Maraqlı şəxs3 qarşı əşyaları ilə birlikdə evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia qaldıraraq, cavabdehlərin Maraqlı şəxs2 məxsus ünvan 11 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsi ilə Maraqlı şəxs2 məxsus həmin əmlakdan cavabdehlərin çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən hazırkı mülki iş üzrə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X20 da apellyasiya şikaytinin dəlillərinin əsassız olduğunu bildirərək, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsində 04 dekabr 2024-cü il tarixli 2(104)- 1824/2024 saylı qərardad qəbul edilmiş və bu qeyd olunanlar həmin qərardadda öz təsdiqini tapmışdır. Həmin qərardaddan da şikayət verilmədiyi üçün həmin qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Göründüyü kimi mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 7(103)-210/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarı mövcuddur ki, həmin qərar əsasında da Maraqlı şəxs2 hazırda onun xüsusi mülkiyyətini təşkil edən əmlakı qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına və Mülki Məcəllənin 152.1, 139.1-ci maddələrinə əsasən, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Göründüyü kimi iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırkı iddia tələbi üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki iddiaçının iddia etdiyi əmlak borclu X14 tərəfindən sökülərək məhv edilmiş, onun dövlət qeydiyyatı 19 sentyabr 2016-cı il tarixli ərizə əsasında ləğv edilmişdir. Maraqlı şəxs2 xüsusi mülkiyyətində olan daşınmaz əmlak ipoteka predmeti deyil və əvvəllər də olmamışdır. Çünki o, həmin əmlakı 2022-ci ildə Maraqlı şəxs5 ona olan borcu əvəzində qanuni prosedurlar əsasında əldə etmişdir və bu hal Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iddia ərizəsinə etirazında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaldırılmış iddia tələbi üzrə maraqlı şəxs X7 adına 29 avqust 2006-cı il tarixli, reyestr nömrəsi **********04-10301 olan, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən serya MN № ******* olan Çıxarışda qeyd olunan və X14 tərəfindən İddiaçı ASC-yə 15000 manat pulun təminat üsulu olaraq girov qoyulmuş, 18 sentyabr 2014-cü il tarixli, reyestr nömrəsi **********04-10301 olan, qeydiyyat nömrəsi ********** olan Serya RX № ******* olan Çıxarışla yüklü edilmiş əmlak – bir mərtəbədən ibarət fərdi yaşayış evi hazırkı mülki iş üzrə iddiaçı tərəfindən formal olaraq üçüncü şəxs qismində qeyd edilmiş X14 tərəfindən sökülüb məhv edildikdən sonra, X7 19 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan, çap tarixi xx.xx.2016, saat 12:58 olan, Tovuz Rayon Notariat Kontorunun xüsusi notariusi X21 tərəfindən təsdiq edilmiş ərizəsi əsasında sözügedən bir mərtəbəli fərdi yaşayış evinin dövlət qeydiyyatı ləğv edilmişdir. Yenidən həmin əmlaka dair X7 adına 27 sentyabr 2016-cı il tarixli reyestr nömrəsi **********39-10301 olan, qeydiyyat nömrəsi ********** olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış alınmışdır. Həmin iki mərtəbəli tikili hal-hazırda da yarımçıq tikili olaraq qalmaqdadır. Mübahisəli evə (tikiliyə) müvafiq ekspert tərəfindən və ya məhkəmə tərəfindən baxış keçirilərsə, qeyd olunanların həqiqət olduğunun tam şahidi olunacaqdır. Göründüyü kimi, İddiaçı ASC-nin girovluğunda olan daşınmaz əmlak X14 tərəfindən 2016-cı il tarixdə qismən sökülüb məhv edildikdən sonra İddiaçı ASC-də girovda olan bir mərtəbəli, ümumi sahəsi 196,3 kv.metr olan tikilinin dövlət qeydiyyatı X7 19 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan ərizəsi əsasında ləğv edilmişdir. İddiaçı ASC-də girovda olan sökülmüş bir mərtəbəli ümumi sahəsi 196,3 kv.metr olan tikilinin yerdə qalan qalıqları üzərində yeni yenidən qurma işləri aparılmaqla iki mərtəbədən ibarət tikili inşa edilmiş, bu günədək də yarımçıq tikili olaraq qalmaqda olan tikiliyə də tam tikili kimi yenidən X7 adına 27 sentyabr 2016-cı il tarixli reyestr nömrəsi **********39-10301 olan, qeydiyyat nömrəsi ********** olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi bu dəfə 196,3 kv.metr olmaqla bir mərtəbəli kimi deyil, ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış verilmişdir. Çıxarış aldıqdan sonra qeyd olunan tikilini X14 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında öz doğma oğlu Maraqlı şəxs4 bağışlamış və həmin bağışlanmış daşınmaz əmlak da Maraqlı şəxs4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Sonradan Rahib X2 1 milyon 500 min manatdan çox borcu olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095/2018 nömrəli qərardadı və xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən həmin əmlak X17 təklif olunmuş və sözügedən əmlak tələbkar X19 tərəfindən borcun əvəzinə qəbul edilərək, həmin ümumi sahəsi 254,4 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evinə dair X13 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla tanınmışdır. Bundan sonra X14 və onun ailə üzvləri əllərindən çıxmış əmlaklarını geri qaytarmaq üçün qanunsuz və əsassız iddia qaldırmağa vadar etdikləri öz yaxın qohumları mərhum X12 və X9 formal, qanunsuz və əsassız iddia qaldırmağa vadar etmişlər. Həmin iddaya da Gəncə Apelyasiya Məhkəməsinin 22 avqust 2022-ci il, 2(104)-1846/2022 nömrəli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(102)-601/2023 nömrəli qərarları ilə hüquqi qiymətlər verilmişdir. Məhz həmin iddia tələbləri işlərə baxılan zaman X7 qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən əldə etdiyi əmlakdan söhbət gedir ki, həmin əmlaka da X13 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla tanınmışdır. Bununla da sübut olunur ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə, üçüncü şəxs Maraqlı şəxs2 və digərlərinə qarşı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair iddia ərizəsində qeyd etdiyi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak hazırda X13 mülkiyyətindədir. Həmçinin bildirilməlidir ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(006)-2750/2019 nömrəli qətnaməsinə əsasən hazırkı mülki iş üzrə Maraqlı şəxs2 ilkin iddiası təmin edilərək cavabdeh Maraqlı şəxs5 231200 (iki yüz otuz bir min iki yüz) manat (həmin günün məzənnəsi ilə 136.000 (bir yüz otuz altı min) ABŞ dolları) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə iddiaçı hazırkı iddia tələbi üzrə üçüncü şəxs Maraqlı şəxs2 verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli 2(103)-9504/2019 nömrəli qətnaməsi ilə təmin edilməyərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(006)- 2750/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli 2(103)- 9504/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli 2(102)- 576/2020 nömrəli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2019cu il tarixli 2(006)-2750/2019 nömrəli qətnaməsi icra edilməsi üçün aidiyyəti üzrə Tovuz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Maraqlı şəxs5 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Maraqlı şəxs5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan 9 ay sonra Maraqlı şəxs5 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(062)-40/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən hazırkı iş üzrə üçüncü şəxs tələbkar Maraqlı şəxs2 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 1(104)-387/2021 saylı qərarı ilə təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(062)-40/2021 saylı hökmü qüvvədə saxlanılmışdır. Hökm qüvvədə saxlanıldıqdan sonra, yəni Tovuz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(062)-40/2021 saylı hökmünün icra olunma mərhələsində təxminən 2022-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində hazırkı iddia tələbi üzrə formal olaraq üçüncü şəxs qismində göstərilmiş şəxslər Maraqlı şəxs5, onun əri İsmayıl Hüseynov, oğlanları Maraqlı şəxs4 və Maraqlı şəxs3 Maraqlı şəxs2 borclu olduqları pulun müqabilində hal-hazırda Maraqlı şəxs2 xüsusi mülkiyyətində olan evi və evin yerləşdiyi torpaq sahəsini təklif etmişlər. Maraqlı şəxs2 da bu təklifi qəbul etmiş və onların bu təklifi ilə razılaşmışdır. Bundan sonra Maraqlı şəxs2 06 aprel 2022-ci il tarixdə saat 10:53-də Bakı şəhər üzrə Probasiya İdarəsinin rəisi Namiq İsmayılova və 06 aprel 2022-ci il tarixdə 10:54-də Bakı şəhər Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyevə ünvanlanmış notarial qaydada təsdiq edilmiş və əl yazma ilə yazılmış ərizələr verərək, Maraqlı şəxs5 şikayət və tələbinin olmamasını bildirməklə Maraqlı şəxs5 cəzadan azad olunmasını xahiş etmişdir. Sonra isə, yəni 06 aprel 2022-ci il tarixdə saat 11:18-də Hüseynovların etibarnamələr üzrə nümayəndələri Maraqlı şəxs1 ilə (etibarnamə üzrə nümayəndəsi olduğu şəxslərin adından) Maraqlı şəxs2 arasında daşınmaz əmlakın alqısatqısına dair AN-İ № ******* saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən, formal olaraq əmlakın dəyəri 5000 manat göstərilsə də, əslində hər hansı nəğd pul alış-verişi olmamışdır. Yəni İmanova X4 Lətifə Tapdıq qızının ona olan 231200 (iki yüz otuz bir min iki yüz) manat borcunun əvəzinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsininin 04 aprel 2022-ci il tarixli 2566 nömrəli forma 1 arayışı əsasında xx.xx.2022-ci il tarixli AN-1 ******* saylı alqısatqı müqaviləsinə əsasən tək torpaq sahəsini almış və həmin torpaq sahəsini dair xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan elektron çıxarış alınmışdır. Məlum olduğu kimi, bundan sonra Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq layihəsi əsasında ümumi sahəsi 287 kv.metr olan binaya Maraqlı şəxs2 adına xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan elektron çıxarış və texniki pasport verilmişdir. Bu hal da Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 7(103)-210/2022 nömrəli qərarında öz təsdiqini tapmışdır. Yəni Maraqlı şəxs2 mülkiyyətində olan və hazırda icraatda olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs2 və digərlərinə qarşı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair iddia ərizəsinin predmeti olan xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə Maraqlı şəxs2 mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Həmin evlə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş ev başqa-başqa əmlaklardır. Həmçinin məhkəmənin nəzərinə çatdırılmalıdır ki, Maraqlı şəxs2 Tovuz Rayon Məhkəməsində cavabdehlər X11, Maraqlı şəxs5, Maraqlı şəxs4 və Maraqlı şəxs3 qarşı əşyaları ilə birlikdə evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia qaldıraraq, cavabdehlərin Maraqlı şəxs2 məxsus ünvan 11 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalarına, onların qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsi ilə cavabdehlərin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmaları və qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən hazırkı mülki iş üzrə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz vəsatəti əsasında mülki işə üçüncü şəxs qismində cəlb edilmiş və fondun nümayəndəsi X20 məhkəmə iclasındakı çıxışı zamanı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)- 29/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsində 04 dekabr 2024-cü il tarixli 2(104)-1824/2024 saylı qərardad qəbul edilmiş və qeyd olunanlar həmin qərardadda öz təsdiqini tapmışdır. Həmin qərardaddan da şikayət verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Bununla da bir daha sübut olunur ki, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə Maraqlı şəxs2 məxsus ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətinə qanuni əsaslarla keçdiyi tam sübut olunmuşdur. Tərəflərin izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin nümayəndəsi X22 izahatında bildirmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi X7 atası mərhum X15 mülkiyyətində olmuşdur. xx.xx.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon X6 və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınaraq 127 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. xx.xx.2006-cı il tarixində X7 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi **********04-10301 olan, MH– 0000627 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. xx.xx.2014-cü il tarixdə reyestr nömrəsi **********04-10301, MH– 0000627 nömrəli çıxarışla X7 mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı ASC-nin “Tovuz” filialının xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. LPO İddiaçı ASC-nin xx.xx.2022ci il tarixli, **********829 nömrəli məktubu ilə X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi məqsədi ilə X7 adına əlavə olaraq 185 saylı, xx.xx.2022-ci il tarixli etibarnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsində təmsil olunmaq məqsədi ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə təqdim edilən **********829 saylı, xx.xx.2022-ci tarixli məktubda qeyd edimişdir ki, İddiaçı ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 1806 saylı və xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqavilələri üzrə ödhdəliklərin tam icra edilməsi səbəbindən Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edimişdir. Hal-hazırda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Maraqlı şəxs2 məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 3 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi X8, X7, Maraqlı şəxs5, Maraqlı şəxs4 birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi Maraqlı şəxs2 Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli 4Ə397 nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 13aycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə **********13 nömrəli çıxarış verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 İmamverdi qızı iddia ərizəsinə etirazındakı halları təsdiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Tovuz Rayon Məhkəməsinin 2(062)-208/2021 saylı, 20.09.021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X3 qarşı Tovuz Rayon məhkəməsində 23.398,64 (iyirmi üç min üç yüz doxsan səkkiz manat, 64 qəpik) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə iddia tələbi iddia müddəti tədbiq edildiyi üçün rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-208/2021 saylı, 20.09.021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tovuz rayon 15 saylı Ərazi İdarəsi bankın **********5 saylı sorğusuna cavab olaraq ünvanladığı 3-21-3-37/2-7878/2024 saylı, xx.xx.2024- cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubu ilə X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə təqdim edilən **********829 saylı, xx.xx.2022-ci tarixli məktubda qeyd edimişdir ki, İddiaçı ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 1806 saylı və xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqavilələri üzrə ödhdəliklərin tam icra edilməsi səbəbindən Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi X7 atası mərhum X15 mülkiyyətində olmuşdur. xx.xx.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon X6 və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınaraq 127 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. Ali Məhkəmənin icraatında olmuş 2(102)-601/2023 nömrəli keçmiş mülkiyyətçilərlə əlaqədar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarda qeyd olunmuşdur ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 saylı məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 4anında yerləşən fərdi yaşayış evi ayrı-ayrı evlərdir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi əvvəllər X7 mülkiyyətində olmuşdur. X14 xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evini oğlu X16 bağışlamışdır və əmlak adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5095 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə həmin əmlak X17 təklif olunmuşdur və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49A nömrəli evin hüquqmüəyyənedici sənədlərin X13 adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinin 211 və 21/A.H nömrəli məktubla 15 saylı müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin sənədini əsas götürərək ünvan 4anında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi X13 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan ünvan 14əsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş 3-21-3-37/2-2729/2025 nömrəli 30 aprel 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsində toplanmış bütün sənədlərin təsdiqlənmiş surətləri, o cümlədən həmin əmlakın İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən müvafiq sənədlərin əslinin məhkəməyə təqdim edilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən sənədlərin əsli 15 saylı Tovuz Ərazi İdarəsində mövcud olmasına baxmayaraq həmin sənədlər axtarılmış və əsli tapılmamışdır. Lakin Milli Qeydiyyat Sistemində həmin sənədlərin rəngli skanı var, həmin sənədlərin rəngli skanı və Tovuz rayonu, Qovlar şəhəri, K.A.Məmmədov küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə verilmiş **********13-10301 nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məktuba əlavə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 03 iyul 2025-ci il tarixli məlumata əsasən 2(062)-629/2025 nömrəli mülki iş üzrə 01 may 2025-ci il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə verilən xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubun və xx.xx.2022-ci il tarixli, 185 saylı etibarnamənin əsli ekspertizaya təqdim olunmadığına görə görə mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları bundan ibarətdir: - Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi X7 atası mərhum X15 mülkiyyətində olmuşdur. xx.xx.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon X6 və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınaraq 127 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. - xx.xx.2006-cı il tarixində X7 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi **********04-10301 olan, MH–0000627 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. - İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinə əsasən X11 bank tərəfindən 15.000 (on beş min) manat dövlət vəsaiti hesabına (SİF vəsaiti) şəxsi ticarətin genişləndirilməsi üçün kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq X11 məxsus olanTovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.molan 49 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı tərəflər arasında 09 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. - LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubu ilə X11 məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan 49 nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. İddiaçı **********829 saylı, xx.xx.2022-ci tarixli məktub və 185 saylı, xx.xx.2022-ci il tarixli etibarnamənin saxta olduğunu, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamənin verilmədiyini, həmin tarixli və nömrəli sənədlərin heç vaxt tərtib edilmədiyini əsas gətirərək xx.xx.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alqısatqısı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 məxsus məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən **********13-10301 nömrəli çıxarış və əmlaka dair texniki pasport ləğv edilməsini, İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 85 nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) üzərində ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka yüklülüyünün bərpa edilməsini tələb etmişdir. Məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə sorğu verilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən bildirilmişdir ki, İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən sənədlərin əsli 15 saylı Tovuz Ərazi İdarəsində mövcud olmasına baxmayaraq həmin sənədlər axtarılmış və əsli tapılmamışdır. Həmin sənədlərin rəngli skanı məhkəməyə göndərilmişdir. Nəticədə məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinə verilən xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubun və xx.xx.2022-ci il tarixli, 185 saylı etibarnamənin əsli ekspertizaya təqdim olunmadığına görə görə mümkün olmamışdır. Sənədlərin saxta olması ehtimalını həmin sənədlərin əsli olmadan və müvafiq ekspert rəyi olmadan sübut etmək mümkün deyil. Bu maneə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 Şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsinin zəruri tədqiqat predmetlərini təqdim etməməsi səbəbindən meydana çıxmışdır və həmin sənədləri başqa yolla əldə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə göstərilən normanın tələbinə əsaslanmaqla iddiaçının irəli sürdüyü arqumentləri də nəzərə alaraq ekspertiza təyin edilən faktı, yəni Tovuz rayon 15 saylı Ərazi İdarəsinə verilən xx.xx.2022-ci il tarixli, **********829 nömrəli məktubun və xx.xx.2022-ci il tarixli, 185 saylı etibarnamənin həqiqi olmadığını təsdiq olunmuş hesab edir. Belə olduğu təqdirdə iddiaçının xx.xx.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,0979 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən **********13-10301 nömrəli çıxarış və əmlaka dair texniki pasportun ləğv edilməsi, İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 85 nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) üzərində ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka yüklülüyünün bərpa edilməsi tələbi əsaslıdır və təmin edilməlidir. İddianın xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmiş, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmış, həmin sübutların araşdırılmasından irəli gələn nəticəyə gəlmişdir. Bu iş üzrə mülki mühakimə icraatı nəticəsində mövcud sübutlar və faktlar əsasında hər hansı proses iştirakçısının və ya digər şəxsin əməllərində cinayətin əlamətlərinin olub-olmaması aşkara çıxarmaq mümkün deyildir və qeyd edilən halların araşdırılması üçün cinayət təqibi həyata keçirilməlidir. Bu baxımdan hazırki vəziyyətdə xüsusi qərardadın qəbulu üçün kifayət qədər əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və X24 şəxsi Tovuz rayon 15 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs2 məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,0979 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən **********13-10301 nömrəli çıxarış və əmlaka dair texniki pasport ləğv edilsin, İddiaçı ASC ilə X14 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 2709 saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 85 nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) üzərində ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka yüklülüyü bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-629/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-629/2025
15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver