Məhkəmə qərarları › İş №e-2(062)-764/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-764/2024

22.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-764/2024 22.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «diplomun etibarsız sayılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh qarşı «diplomun etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından cavabdehin adına 2009-cu il tarixdə «ibtidai təhsilin pedaqogika və metodikası» ixtisası üzrə verilmiş B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-764/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «diplomun etibarsız sayılması» tələbinə dair iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma» tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə icraata işə məhkəmədə baxılmalı olmama əsası ilə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma» tələbinə dair inzibati iş üzrə icraatın dayandırılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş materialları mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi göstərilən qərarının 37-ci bəndində qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə işə baxan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, məhz inzibati iş üzrə cavabdeh iddiaçının adına tərtib edilmiş sözügedən diplomu etibarlı təhsil sənədi kimi qəbul etmədiyi, başqa sözlə, həmin diplomu etibarsız hesab etdiyi üçün iddiaçı cavabdehə qarşı inzibati icraat qaydasında hazırkı iddianı qaldırmışdır. Yəni sözügedən diplomun etibarlı olub-olmamasının müəyyən olunması və qiymətləndirilməsi də əslində inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının predmetini təşkil edir və bu baxımdan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi həm inzibati qaydada hüquqi baxımdan əsaslı sayılması tələb olunan və həm də mülki qaydada etibarsızlığı tələb olunan diplom B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli olmaqla Cavabdeh məxsusdur. Tərəflərin inzibati və mülki qaydada mübahisə etdikləri hal qeyd olunan diplomla bağlıdır. Kassasiya instansiyası məhkəməsi də məhz apellyasiya instansiyası məhkəməsinin icraatın dayandırılması barədə qərardadını ləğv edən zaman «diplomun etibarlı olub-olmamasının müəyyən olunması və qiymətləndirilməsinin inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının predmeti» olmasını diqqətə çatdırmışdır. Bu isə hazırki iddiaya mülki məhkəmə qaydasında baxılmasına zərurət olmadığına dəlalət edir. Çünki elə inzibati icraat çərçivəsində cavabdehə məxsus diplomun etibarlı olub-olmaması araşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Odur ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «diplomun etibarsız sayılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar