Məhkəmə qərarları › İş №e-2(063)-342/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-342/2024

28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-342/2024 28.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "atanın razılığı olmadan uşağın ölkədən çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "atanın razılığı olmadan uşağın ölkədən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 16 dekabr 2011-ci il tarixdə nikahını rəsmiləşdirməklə, ailə qurmuşlar bu nikahdan 29 sentyabr 2014-cü il tarixdə Ağakişi adında uşaqları doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmaqla, uşağın onun yanında saxlanılması qət edilmişdir. O, 29 sentyabr 2014-cü il təvəllüdlü oğlu Ağakişini müalicə və istirahət məqsədilə başqa ölkəyə aparmaq istəsə də, cavabdeh buna maneəçilik törədir. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, uşağın mənafeyi nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsi üçün əsaslar təqdim edilmədiyini bildirməklə, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 241969 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 29 sentyabr 2014-cü il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan 11 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.1-ci maddəsinin tələbinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Bu Məcəllənin 59.1-ci maddəsinin İ cümləsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə İ cümləsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, qanunverici 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il BMT Konvensiyasının 3-cü maddəsinə görə iştirakçı dövlətlər uşaq barəsində tədbirlərdə əsas diqqəti uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməlidirlər. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməlidirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarını şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ, sözsüz ki, beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 saylı protokolun 2-ci maddəsində də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ insanın azadlıq hüququndan irəli gəlir. Geniş mahiyyətinə görə azadlıq isə öz mülahizəsinə uyğun olaraq hərəkət etmək imkanıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin sonuncu cümləsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları, məhkəmələr öz fəaliyyətində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Göstərilən Qanunun 5-ci maddəsinin 1-ci cümləsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 25-ci maddəsinin 1-ci cümləsinə görə, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Belə ki, 29 sentyabr 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh uşağın yetkinlik yaşına çatanadək istirahət etmək və digər zəruri ehtiyaclarını qarşılamaq məqsədi ilə respublika hüdudlarından kənara çıxarılmasına heç bir əsas olmadan razılıq verməməklə maneəçilik törətməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 16 dekabr 2011-ci il tarixdə nikahını rəsmiləşdirməklə, evlənmiş bu nikahdan 29 sentyabr 2014-cü il tarixdə Ağakişi adında uşaqları doğulmuşdur. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan kəskinləşmiş, nəticədə qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmaqla, sözügedən uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. Hazırda uşağın maraqlarının təmin olunması, müalicəsi, hərtərəfli inkişafı, mənəvi tələbatlarının təmin edilməsi, dünya görüşünün artırılması və səmərəli istirahətinin təşkili üçün iddiaçı dəfələrlə uşağın Respublika ərazisindən kənara çıxarılması üçün yazılı icazə verilməsi məqsədilə müraciət etməsinə baxmayaraq, cavabdeh bununla razılaşmamış və iddiaçı məcbur qalaraq uşağın istirahət etmək və digər zəruri ehtiyaclarını qarşılamaq məqsədi ilə yetkinlik yaşına çatanadək xarici ölkələrə getməsinə icazə verilməsini məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə, tərəflərin münasibətlərini, 29 sentyabr 2014-cü il təvəllüdlü Ağakişinin anasının himayəsində yaşamasını, eləcə də müalicə və digər zəruri ehtiyaclarını qarşılamasının uşağın yüksək maraqlarına uyğun olmasını nəzərə alaraq toplanmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 29 sentyabr 2014-cü il təvəllüdlü Ağakişinin yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının ərazindən kənara sərbəst surətdə gedib-gəlməsinə icazə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 50 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 29 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti getməsinə və gəlməsinə icazə verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar