Məhkəmə qərarları › İş №e-2(063)-634/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-634/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-634/2024 23.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binasını və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC "X1" MMC tərəfindən 29 iyun 2018-ci il tarixdə təşkil edilmiş hərracda Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binasını və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini 49725 manata satın almışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nin adına həmin tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda cavabdehin həmin qeyri-yaşayış sahəsinə heç bir hüququ yoxdur. Həmçinin, əmlakın "xxxx" KB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmamışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 29 iyun 2018-ci il tarixli, 81 saylı hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(063)-1048/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Ucar rayon icra və probasiya şöbəsinin sifarişi əsasında "X1" MMC tərəfindən həmin tarixdə təşkil edilmiş hərracda Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi "xxxx" KB ASC-yə 49 725 manata satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı qeyriyaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nin adına həmin tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 03 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2016-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Ucar rayon icra və probasiya şöbəsinin sifarişi əsasında "X1" MMC tərəfindən həmin tarixdə təşkil edilmiş hərracda Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binası və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi "xxxx" KB ASC-yə 49 725 manata satılmışdır. Keçmiş mülkiyyətçinin adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil 15 avqust 2018-ci il tarixdə dövlət reyestrində iddiaçı "xxxx" KB ASC-nin adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış binasının satılmasına baxmayaraq əmlakın köhnə sahibi əmlakı boşaldaraq yeni sahibinə təhvil verməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh adına qeyri-yaşayış binası dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin əmlaka mülkiyyət hüququ "xxxx" KB ASC-yə keçdiyi, o cümlədən cavabdeh mübahisəli qeyri-yaşayış binasının satılmasına razılıq verdiyi üçün onun ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməli və o, həmin qeyri-yaşayış binasını və onun yerləşdiyi torpaq sahəsini boşaltmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 1 saylı qeyri-yaşayış binasını və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini boşaltsın. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar