Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-729/2025 24.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər Hərbi Məhkəməsinin N6 iyul N0N4-cü il tarixli, 1- 1(098)-140/N0N4 nömrəli hökmü ilə müəyyən edilmiş 85188,96 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər Hərbi Məhkəməsinin N6 iyul N0N4-cü il tarixli, 1- 1(098)-140/N0N4 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3cü maddələri tətbiq edilməklə ona təyin edilmiş 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Belə ki, 7 oktyabr N0N3-cü il tarixdə, saat N0 radələrində baş leytenant R.S.Səfəralıyevin vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində ona məxsus elektrikli istilik radiatorunu istirahət otağı kimi istifadə olunan taborun yataqxana binasının 9 nömrəli otağında oda davamlı altlıqlar olmadan elektrik şəbəkəsinə qoşulu halda nəzarətsiz saxlamış, həmin otaqdan çıxıb yataqxana binasında yerləşən ideoloji otağa getmiş və nəticədə yanğın baş verməklə hərbi hissəyə məxsus yataqxana binasına tikinti üzrə N4956,70 manat, əmlak üzrə 85188,96 manat olmaqla, ümumilikdə dövlətə 110145,66 manat məbləğində ziyan dəymişdir. İstintaq zamanı N nömrəli hərbi hissənin zərərçəkmiş kimi tanınmasına, eləcə də həmin hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi, polkovnik-leytenant XN zərərçəkmiş şəxsin nümayəndəsi qismində işə buraxılmasına, həmçinin istintaq ərəfəsində baş leytenant Cavabdeh tərəfindən dövlətə vurulmuş maddi ziyanın yalnız N4956,70 manatın ödənilməsinə baxmayaraq, polkovnikleytenant R.H.Süleymanov tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsində təsbit edilmiş hüquqlar nəzərə alınmaqla ibtidai istintaq və ya məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verilməmiş və polkovnik-leytenant R.H.Süleymanov zərərçəkmiş şəxsin nümayəndəsi kimi məhkəmədə ifadə verərkən dövlət əmlakının qorunması məsələsinə biganə yanaşaraq, dəymiş ziyanla bağlı hərbi hissənin heç bir iddiasının, tələbinin və şikayətinin olmadığını bildirmiş, hətta baş leytenant Cavabdeh bağışlanmasını xahiş etmişdir ki, bu da ziyanın qalan hissəsinin ödənilməməsinə və məhkəmə tərəfindən baş leytenant Cavabdeh şərti cəza tətbiq edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət işi üzrə 85188,96 manat məbləğində maddi ziyan müəyyən edilmiş, lakin həmin maddi ziyan dövlətə ödənilməmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh əməlində Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulan qulluğa səhlənkar yanaşma cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, əlavəsinin olmadığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin N6 iyul N0N4-cü il tarixli, 1-1(098)- 140/N0N4 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3cü maddələri tətbiq edilməklə ona təyin edilmiş 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bağban kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.N-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.N-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.N.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə hökmü və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan digər ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 0N oktyabr N0N3-cü il tarixdə xidmət etdiyi taborun şəxsi heyəti xidməti zərurətlə əlaqədar Ağdərə şəhərinə ezamiyyətə getdiyindən həmin tabor komandirinin şifahi göstərişinə əsasən qeyd olunan tarixdən etibarən taborun yataqxana binası üzrə cavabdehi təyin edilmişdir. Bundan sonra o, N-ci taborun yataqxana binası üzrə cavabdeh olarkən havaların soyuq olması səbəbindən istirahət otağı kimi istifadə etdiyi və ona təhkim olunmuş həmin yataqxana binasının 9 nömrəli otağında elektrikli qızdırıcıdan istifadə etmək qərarına gəlmiş və bu məqsədlə tabor üzrə cavabdeh təyin edildikdən bir neçə gün sonra, N0N3-cü ilin oktyabr ayının əvvəllərində Ucar rayonunun Bağman kəndində yerləşən ailə üzvlərinin yaşadığı evə gedərək həmin evdə olan, lakin ailə üzvləri tərəfindən istifadə edilməyən elektrikli istilik radiatorunu özü ilə xidmət yerinə gətirmiş və yataqxana binasının qızdırılması üçün elektrik cihazlarından istifadə olunmasının qadağan olunduğunu bildiyi halda, vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixdə təsdiq etdiyi «N nömrəli hərbi hissənin yanğından mühafizə planı»nda göstərilmiş «Odadavamlı altlıqlar olmadan elektrikqızdırıcı cihazlarının tətbiqi və eynilə onlardan otaqları qızdırmaq üçün istifadə etmək qadağandır» və «Əsgər yataqxanalarında yanğın təhlükəsizliyi tədbirləri üzrə Təlimat»da göstərilmiş «Binanın qızdırılması üçün elektrik cihazlarından istifadə etmək qadağandır», həmçinin «N0N3-cü ilin Yay tədris dövründə Qoşun xidmətinin təşkili haqqında» N nömrəli hərbi hissə komandirinin N iyul N0N3-cü il tarixli, 1040 №-li əmrində göstərilmiş «Alışmaz altlıq qoymadan məişət elektrik qızdırıcı cihazlarından istifadə etmək qadağandır» tələblərini, eləcə də N5 may N001-ci il tarixdə təsdiq olunmuş «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 1.10.N-ci bəndində göstərilmiş «Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək» və həmin Qaydaların 6.5-ci bəndində göstərilmiş «Elektrik qızdırıcı cihazlarını şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağandır» tələblərini pozaraq, həmin elektrikli istilik radiatorunun elektrik qidalandırıcısını 07 oktyabr N0N3-cü il tarixdə, saat N0 radələrində istirahət otağı kimi istifadəsində olan xidmət etdiyi taborun yataqxana binasının 9 nömrəli otağının uzaq sağ künc hissədə quraşdırılmış cərəyan yuvasına taxmış və həmin cihazı odadavamlı altlıqlar olmadan elektrik şəbəkəsinə qoşulu halda nəzarətsiz qoymasının yanğın hadisəsinin baş verməsinə səbəb olacağını qabaqcadan görüb bilməli olduğu halda, lazımi diqqət və ehtiyatlılıq göstərməyib etinasızlıq edərək həmin otaqdan çıxıb giriş qapısını özündə olan açarla bağlayaraq yataqxana binasında yerləşən ideoloji otağa gedib elektrik qızdırıcı cihazını şəbəkəyə qoşulu halda nəzarətsiz qoymuşdur. Bundan başqa, onun vəzifəli şəxs kimi qulluğa səhlənkar yanaşması nəticəsində elektrikli istilik radiatorunun qidalandırıcısının cərəyan yuvasına taxılması və nəzarətsiz qoyması səbəbindən həmin gün saat N1 radələrində istirahət otağına daxil olduqda uzaq sağ künc hissədən keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış artıq yüklənmə nəticəsində əmələ gəlmiş yüksək temperaturdan bilavasitə yaxınlığında yerləşən materialların alışması səbəbindən mənbəyi otağa giriş qapısından daxil olduqda uzaq sağ künc hissədə tavan səviyyəsində yanğın baş vermiş və yanğın mənbə zonasından yüksələn xətt istiqamətində inkişaf edərək yanar materialların üzəri ilə yataqxana binasının digər hissələrinə yayılmış, nəticədə hərbi hissəyə məxsus qeyd olunan yataqxana binasına tikinti üzrə N4956,7 (iyirmi dörd min doqquz yüz əlli altı manat yetmiş qəpik) manat, əmlak üzrə 85188,96 (səksən beş min yüz səksən səkkiz manat, doxsan altı qəpik) olmaqla, ümumilikdə dövlətə 110145,66 (yüz on min yüz qırx beş manat altmış altı qəpik) manat məbləğində ziyan dəymiş, bununla da onun vəzifəli şəxs kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan digər ağır nəticələrə səbəb olmuşdur. Tərtər Hərbi Məhkəməsinin N6 iyul N0N4-cü il tarixli, 1-1(098)-140/N0N4 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu və ödəmədiyi ziyana görə 85188,96 manat məbləğində pulu tələb etmək hüququ vardır. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı qəbul etdiyini, amma ailə vəziyyətini və maddi çətinliyini nəzərə alıb qeyd olunan ziyanın az miqdarda olmaqla hissəhissə tutulmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməklə cavabdehdən maddi ziyana görə 85188,96 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14 və 9.1.N0-ci maddələrinə əsasən iddiaçının (büdcə təşkilatı) və cavabdehin (Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, müharibə veteranı) dövlət rüsmunu ödəməkdən azad olunmaları nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NNN, N33 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 85188 (səksən beş min yüz səksən səkkiz) manat 96 (doxsan altı) qəpik məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-729/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-729/2025
24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver