Məhkəmə qərarları › İş №e-2(063)-94/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-94/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-94/2025 12.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11450 manat məbləğində borc pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 manat rüsumun, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 manat dövlət rüsumunun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, tanışı cavabdeh X2 rentacar işi ilə məşğul olur. O, tez-tez pulunu ödəmək şərti ilə Sərxandan avtomobil icarəyə götürmüşdür. Bir gün Sərxan maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ondan hissə-hissə olmaqla ümumilikdə 5000 manat məbləğində borc pul almışdır. Bundan bir müddət sonra Sərxan ona həmin pulu qaytarmağa maddi imkanının olmadığını bildirmişdir. Bunun əvəzində isə həmin pulu işlətdiyi Rentacarda olan "Hundai Elantra” markalı avtobilə ilkin ödəniş kimi qəbul edərək ona həmin avtomobili verməyi təklif etmişdir. Həmçinin, Sərxanın ona borclu olduğu və ilkin ödəniş kimi hesablanan 5000 manat puldan əlavə həmin avtomobil üçün aylıq 650 manat olmaqla pul ödəməyini bildirmişdir. Lakin Sərxan həmin "Hundai Elantra” markalı avtomobilin mühərriki dağıldığı üçün onun borclu olduğu 5000 manat puldan əlavə ilkin ödəniş kimi ona 3000 manat pul ödəməyi və 29 aylıq isə hər ay 750 manat ödəməyi və sonda avtomobilin ona qalmasını təklif etmişdir. Bu zaman o, cavabdehin təklifi ilə razılaşmış və 2023-cü ilin avqust ayının sonlarında ünvan 1 ünvanından 3000 manat pulu Cavabdeh məxsus bank kartına göndərərək həmin "Hundai Elantra" markalı avtomobilin əvəzində "Hundai Sonata" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtombili almışdır. Bundan sonra, Sərxan ondan borc pul istədiyindən o, sonuncuya məxsus nömrəsini xatırlamadığı karta 600 manat məbləğində pul göndərmişdir. Daha sonra Sərxan yenidən ondan borc pul istəmişdir. O, 2023-cü ilin avqust ayının sonlarında Yasamal parkında Sərxana nağd şəkildə 2000 manat məbləğində borc pul vermişdir. O, avtomobili aldıqdan 3 gün sonra avtomobil qəzası keçirmiş və avtomobilin təmirinə 1450 manat məbləğindən xərc çəkmişdir. Həmin 1450 manat avtomobilin sığortası ilə bağlı ona ödənilən məbləğ isə bank tərəfindən Sərxanın kartına vurulmuşdur. Həmin vaxtdan bir neçə gün sonra Sərxan ondan maddi vəziyyətinin pis olduğunu və avtomobili ona verməsini xahiş etmişdir. Cavabdeh ona avtomobili icarəyə verərək onun borclarını bağlayacağını bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu arazisində yerləşən "xxxx" ASC-nin yaxınlığında avtomobili Sərxana vermişdir. Bundan sonra, Sərxan avtomobili istifadə etsə də, ona heç bir məbləğdə pul ödəməmişdir. Hazırda cavabdehin ona ödənilməmiş 11450 manat məbləğində borcu mövcuddur. Bundan sonra o, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Eyni zamanda, cavabdeh Yasamal RPİ-də olarkən ona borcu olduğunu etiraf etmişdir. Artıq uzun zamandır ki, cavabdeh ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, sonuncunun nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşdə olan 25 aprel 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 11450 manat məbləğində puldan 5450 manatlıq hissəsini 10 may 2024-cü il tarixədək, 6000 manatlıq hissəsini isə 30 iyul 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 25 aprel 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh atası X1 İddiaçı borclu olduğu 11450 manat məbləğində puldan 5450 manatlıq hissəsini 10 may 2024-cü il tarixədək, 6000 manatlıq hissəsini isə 30 iyul 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2024-cü il tarixli qərarından görünür ki, HK-1/661 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Cavabdeh Yasamal RPİ-də izahat verərkən İddiaçı 11450 manat borcunun olduğunu etiraf etmişdir. İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı məxsus AZ12UBAZ**********1010AZN001 nömrəli hesabdan Cavabdeh məxsus 416973****5831 nömrəli kart hesabına 01 may 2023-cü il tarixdə 800 manat, 416973****2158 nömrəli kartdan 416973****5831 nömrəli kart hesabına 20 avqust 2023-cü il tarixdə 1000 manat və AZ12UBAZ**********1010AZN001 nömrəli hesabdan 416973****7458 nömrəli kart hesabına 10 yanvar 2024-cü il tarixdə 500 manat ödəniş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 876 nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə İddiaçı Ucar Rayon Məhkəməsində mülki iş üzrə hüquqlarının müdafiəsi ilə bağlı 02 avqust 2024-cü il tarixli, EM-436VK-4126/24 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 426 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli, 3-21330/2- 34384/2024 **********84 nömrəli məktubdan görünür ki, Cavabdeh adına Ucar rayonu, Müsüslü kəndində yerləşən 0,02 ha və ümumi birgə payda olan 1,3162 ha torpaq sahələri qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir. İşdə olan ödəniş qəbzlərdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 126 manat dövlət rüsumu, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün 14 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə 426 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 11450 manat məbləğində borc pul almış, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytarmamışdır. Belə ki, cavabdeh bu günədək 11450 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Həmçinin, bu hal iş materaillarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarındada öz təsdiqini tapmışdır. Hazırda cavabdehin iddiaçıya 11450 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 11450 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 11450 manat məbləğində borc pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 manat dövlət rüsumu və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11450 (on bir min dörd yüz əlli) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 (on bir) manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar