Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1211/2025 25.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan uşağın ölkədən çıxarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan uşağın ölkədən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, atası - Cavabdeh razılığı olmadan anası - İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi, 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahı xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 721 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Onların nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqlar onun himayəsinə verilib. Cavabdeh heç bir vaxt uşağın təlim və tərbiyəsində iştirak etməyib. Hazırda hesab edir ki, uşağının mənəvi inkişafı üçün onun xarici ölkəyə səyahət etməyinə zərurət yaranıb. Cavabdehlə bununla bağlı notarial qaydada yazılı razılıq əldə etmək istəsə də, cavabdeh buna razı olmayıb. Buna görə hesab edir ki, uşağın cavabdehin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə mediasiya prosesindən keçmiş, 50 manat mediasiya prosesində, 50 manat isə dövlət rüsumu olaraq dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatlar: İddiaçı vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini, uşağın onun iştirakı olmadan ölkədən çıxarılmasına etraz etdiyini qeyd etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3343/2023 nömrəli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanılması qət edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, cavbdeh Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. - Ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırmaq üçün olan 50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbini qəbul etmir və uşağın onun iştirakı olmadan ölkədən çıxarılmasına etraz edir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşlarının hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas borcudur. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarında qeyd edilmişdir ki: 1.7-ci bəndinə əsasən məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. 7.16-cı bəndinə əsasən məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilibyetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçının himayəsindədir, habelə onların təlim-tərbiyəsi və sağlamlığı ilə iddiaçı məşğul olur. Hazırda iddiaçı uşaqlarının atanın razılığı olmadan ölkədən çıxması tələbini irəli sürmüşdür. İddiaçı uşağın normal fiziki və psixi inkişafının, dünya görüşünün artırılması, istirahətinin səmərəli təşkil edilməsi üçün uşağı ölkə hüdudlarından kənara çıxarmaq istəyir. Bu məsələ ilə bağlı o uşağın atası Cavabdeh uşağın ölkə hüdudlarından kənara çıxarılması üçün etibarnamə verməsi üçün müraciət etsə də, heç bir nəticə olmadığından bu hüququn təmin olunması məqsədilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının uşağının qanunla müəyyən edilmiş sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Məhkəmə qeyd edir ki, iddiaçı öz uşagı ilə istənilən əsasla bu hüququ həyata keçirə bilər. Bu hüququn məhdudlaşdırılması halları yuxarıda göstərilən qanunla müəyyən edilmişdir və hazırkı işdə həmin hallar mövcud deyildir. Göründüyü kimi, qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüquqları təsbit olunmuşdur. xx.xx.2022-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlarıdır və onların ölkədən getmək və ölkəyə gəlmək hüquqları əsassız məhdudlaşdırıla bilməz. Belə olan halda azyaşlıların normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyacının təmin olunması məqsədi ilə onların atasının razılığı olmadan, anası ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər iddiaçının, istərsə də uşaqların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət azadlığı hüquqlarını pozur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və tərəflərin birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə daimi əsaslar olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getmələrinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ İddia təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə daimi əsaslar olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. Ödənilmiş 50 manat mediyasia xərci və 50 ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1211/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1211/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver