Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1219/2023 14.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhlman oğlunun katibliyi ilə, İddiaçı Oktay qızının iştirakı ilə, İddiaçı Oktay qızının Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Oktay qızı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.020 manat borc, 2.000 manat vurulmuş mənəvi zərərin əvəzi olmaqla cəmi 27.020 manat pulun və 172 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, təxminən 5 ilə yaxındır ki, Cavabdeh tanıyır. Cavabdeh onun uzaq qohumudur. Təxminən 3 il bundan öncə Cavabdeh onun yaşadığı ünvanda olarkən ona birlikdə qızıl-zinət əşyalarının alışı-satışı ilə məşğul olmağı və birgə qazanc əldə etməyi təklif etmişdir. O, Səkinəni ətraflı dinlədikdən sonra onunla razılaşmışdır. İlkin olaraq o, tanışlarının vasitəsi ilə əldə etdiyi 100 qram 750 əyar olan 13.000 min manat dəyərindəki qızıl-zinət əşyalarını yaşadığı ünvanda satması üçün cavabdehə təqdim etmişdir. 2022-ci ilin avqust ayına qədər o, Cavabdeh ümumilikdə 350 qram qızıl-zinət əşyaları təqdim etmişdir. Cavabdeh sözügedən qızıl-zinət əşyalarının pullarının bir hissəsini ona ödədikdən sonra, yerdə qalan məbləği ödəməkdən imtina etmişdir. Hal-hazırda Cavabdeh ona ümumilikdə 25.020 manat məbləğində borcu vardır. Həmin borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciətlər etsə də, cavabdeh tərəfindən hər hansı bir məbləğdə vəsait ona ödənilməmişdir. Tərəfindən müvafiq şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Müraciəti əsasında Yasamal RPİ 29-cu PŞ-də araşdırma aparılaraq, 09 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh araşdırma zamanı ona borclu olduğunu etiraf etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən hazırkı mülki işə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, hər iki tərəf hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və aralarında yaranmış mübahisə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsində deyilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının:
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla aralarında yaranmış mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, bu işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35.1, 44, 45, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARVERDİ:
1. İddiaçı Oktay qızının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin.
2. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Yaşar Həşimov