Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1329/2024 23.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Ceyhun Məcidovun (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Ceyhun Məcidov (İddiaçı)Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ nоrmasının tələbində qeyd edilənlərin əksinə оlaraq, iddia ərizəsində özünün eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmiş və buna dair hər hansı sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin prosessual qanunvericiliyin nоrmasından da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, poçt ünvanları, faktiki yaşayış yeri, telefon nömrəsi göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanlardan başqa iddia ərizəsinə müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olması barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş qeydə göstərilir ki, Vəkil tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə bununla bağlı onu qeyd etmək istəyir ki, dövlət rüsumu məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilməlidir. Qeyddən isə görünür ki, dövlət rüsumu iddiaçı tərəfindən ödənilməmişdir. Belə olan halda digər şəxsin öz adından rüsum ödəməsi iddiaçının hazırki tələbi üzrə rüsum ödəməsi olaraq dəyərləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Belə ki, rüsumu ödəmiş şəxs özünü iddiaçının nümayəndəsi kimi qeyd edir (etibarnamədən həmin şəxsin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olması qeyd olunsa da, hazırki iş üzrə vəkil orderi və vəkillik vəsiqəsinin surəti iş materiallarına əlavə edilməyib). Hər bir halda nümayəndə qanunvericiliyin tələbinə əsasən bütün prosessual hərəkətləri, o cümlədən dövlət rüsumunun ödənilməsini təmsil etdiyi şəxsin adından icra etməli olduğu halda bunu etməmiş, dövlət rüsumu öz adından ödəmişdir. Nümayəndənin öz adından ödədiyi rüsum təmsil etdiyi şəxsin adından ödənilmiş rüsum olaraq dəyərləndirilə bilməz. Bu hal isə Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyinə, buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı Ceyhun Məcidovun (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1329/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1329/2024
23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver