Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-14/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi üzrə; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) uşağın qəyyumluğa verilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdeh Füzuli Rayon İHB QHK-nın (bundan sonra - Cavabdeh) üzərinə valideyn himayəsindən məhrum olmuş xx.xx.2017-ci il təvəllüdlü X11 İddiaçının qəyyumluğuna verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının qardaşı X23 həyat yoldaşı X7 qətlə yetirməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edilib və hazırda cəza çəkməkdədir. Adıçəkilən şəxslərin birgə nikahından xx.xx.2017-ci ildə anadan olmuş X14 valideyn himayəsindən məhrum olduğuna görə Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə ana babası X5 qəyyumluğuna verilib. X25 xx.xx.2023-cü il tarixdə vəfat etdiyinə görə qardaşı qızı Minarə Əliyeva həmin vaxtdan faktiki qəyyumsuz qalıb və hazırda dayısı İbrahim Həsənovun evində yaşayır. İddiaçı dəfələrlə Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qardaşı qızı Minarə Əliyevanın qəyyumu olmaq istədiyini bildirib. Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası 09 fevral 2024-cü il tarixində ona məktubla cavab verərək Minarə Əliyevanın dayısı X4 da ərizə ilə müraciət etdiyini və buna görə də aiddiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etdiklərini deyiblər. Minarə Əliyeva məlum hadisə ilə əlaqədar valideyn himayəsindən məhrum olduqdan sonra onun mənafelərini nəzərə alaraq daha yaxşı şəraitdə, hadisəyədək yaşadığı Bakı mühitində yaşaması, nitq qüsuru ilə əlaqədar tərəfindən təşkil edilən loqoped təhsilinə davam etməsi, qohumlar arasında bibi kimi ona daha çox bağlılığını, psixoloji durumunu və s. nüansları da nəzərə alaraq onun qəyyumluğuna verilməsi ilə bağlı həmin vaxt Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib. Ancaq həmin vaxt babası S.Həsənov bildirdi ki, hadisədən az vaxt keçib, onlar uşaqla təsəlli tapırlar və xahiş etdilər ki, Minarə onların yanında olsun, bir müddət özünə gəlsin, daha sonra istənilən vaxt bibisi və digər ata qohumları ilə görüşə bilər. Ancaq 5 yaşlı Minarə ilə 1 il 8 ay ərzində İddiaçı ilə görüşməyinə və danışmağına icazə verməyiblər. Qarşı tərəflə dəfələrlə əlaqə saxlamağa çalışsa da, təhqir və təhdidlərlə üzləşib. Minarənin qəyyumu olan baba Sahəddinə olan etibar və hörmət xatirinə şifahi şəkildə qadağaların qanun puzuntusu olduğu bildirib. İddiaçı bibi kimi Minarənin qəyyumluğa verildiyi dövr ərzində mütəmadi olaraq Füzuli Rayon İcra hakimiyyəti tərəfindən təyin olunan komissiya vasitəsilə uşağın vəziyyəti ilə maraqlanıb. Məhkəməyə müraciət etmək hüququnun olduğunu bilsə də, ailəyə, xüsusi ilə də azyaşlı Minarənin babasına olan hörmət xatirinə və məhkəmənin ünsiyyət hüququ ilə bağlı çıxaracağı qətnamənin zorla icra olunacağı təqdirdə bunun Minarənin psixoloji durumuna mənfi təsir göstərəcəyi düşüncəsi ilə İddiaçı bu hüququndan istifadə etməyib. Ötən ilin noyabr ayında uşağın babası Həsənov Sahəddin vəfat etdiyi üçün Minarənin gələcək taleyi İddiaçını ciddi şəkildə narahat etməyə başladı. Çünki o, rəsmi qaydada heç kimin qəyyumluğuna verilməsə də, faktiki dayısının evində yaşayır. Həmin evdə Minarənin gözdən 100 faiz əlil nənəsi, dayısı İ.Həsənovun həyat yoldaşı və 3 uşağı da yaşayır. Yəni faktiki olaraq, Minarəyə dayısının həyat yoldaşı baxmalıdır ki, Minarə ilə qan qohumluğu olmayan, evdə gözdən əlil qaynanaya və özünün üç uşağına baxan qadının Minarənin tərbiyəsi, qayğısı ilə məşğul olacağı mümkün deyil. Həmçinin həmin ailə yuxarıda qeyd edilən faciəvi hadisədən yaranan aqressiyanın təsiri altında Minarəni ata qohumlarını incitmək üçün alət kimi görərək, bizə qarşı nifrət və aqressiya şəklində tərbiyə edirlər. Minarənin xalası ilə danışmağa çalışsa da, “uşaq üçün darıxın”, “sizi uşaq üzünə həsrət qoyacağıq” deməsi, bu müddət ərzində Minarəni ata nənəsi, bibisi, əmisi və digər doğmaları ilə görüş hüququndan məhrum etmələri də dediklərini bir daha təsdiqləyir. Bu, uşağın qohumları ilə ünsiyyətdə olmaq hüququnun pozulması ilə yanaşı psixiloji durumunun pisləşməsinə də səbəb olan amildir. Məhz bu səbəbdən də Minarə onun qəyyumluğuna veriləcəyi təqdirdə onun ana qohumları ilə görüşməsinə heç bir məhduduyyət və qadağa qoymayacaq. İddiaçının Minarənin ana qohumlarına qarşı heç bir aqressiyası yoxdur və xüsusi ilə də gözdən əlil nənəyə xüsusi hörməti var. Onların vəziyyətini başa düşdüyü üçün məsələnin hörmət və qarşılıqlı anlaşma çərçivəsində həll olunmasının tərəfdarıdır. Yaxın qohumları tərəfindən Minarənin vaxtaşırı “bibim gəlsin məni aparsın”, “Nənəmi, atamı istəyirəm” deyərək ağladığı xəbərlərinin çatdırılması mənə çox pis təsir edir. Minarənin yerinə qərar verən ana qohumları, xüsusi ilə də gözdən əlil ana nənəsinin qisas məqsədi ilə Minarəyə qarşı bu haqsız qadağaları tətbiq etməsi İddiaçını çox narahat edir. Minarə ata nənəsi və ona çox bağlıdır. Minarənin 5 yaşına qədər kənddə yaşayan ana qohumları ilə tez-tez görüşə bilmədiyi üçün xüsusi sevgi bağı və bağlılığı olmayıb. Valideynlərini itirəndən sonra 5 ay müddətində İddiaçının yanında yaşayanda isə uşaq anası və atası üçün ağlamayıb. Xoşbəxt və qayğısız həyatına davam edib. Minarə 5 yaşına qədər şəhər mühitində ailəsi ilə xoşbəxt və qayğısız həyat yaşayıb və onun ev heyvanlarına olan qorxu panikası var. Nitq qüsuru olduğu üçün mütəmadi Loqoped (həkim) nəzarətində olmuş, xüsusi baxçaya getmiş, gimnastika kurslarına aparılmışdır. Hazırda isə nitq qüsuru ilə bağlı heç bir müalicə almaması da İddiaçını xüsusi narahat edir. Minarənin İddiaçıya xüsusi bağlılığı olduğu üçün anası tərəfindən öz gündəliyində “başıma bir iş gələrsə, Minarəni yalnız bibisinə əmanət etdiyi” yazılmışdır (Cinayət işi materiallarında həmin gündəlik mövcuddur). Minarənin qəyyumu Həsənov Sahəddin (baba) dünyasını dəyişdiyi, ailənin maddi durumunun yaxşı olmadığını bildiyi, həmçinin yuxarıda da qeyd etdiyi kimi, Minarənin yaşına və psixiloji durumuna, nitq qüsuruna uyğun olaraq yaxşı baxıla bilməyəcəyinə əmin olduğu üçün onun İddiaçının qəyyumluğuna verilməsini uşağın da mənafeyi baxımından zəruri hesab edir. Belə ki, İddiaçı - İddiaçı 1978-ci il təvəllüdlü, ali təhsillidir, 2002-ci ildən “Lider TV”- də aparıcı-müxbir və redaktor vəzifələrində işləyib. 2020-ci ildən bu günə qədər “Report” X1 vəzifəsində işləyir və 1584 (1400) əməkhaqqı alır. Ailəlidir, Universitetin 2-ci kursunda oxuyan 2 oğlu var. Həyat yoldaşı X19 şəxsi bizneslə məşğuldur. ünvan 1 ünvanında və Xətai r, Günəşli qəs, General Şıxlinski 51 ünvanında özlərinə məxsus, şəraitli mənzilləri var. Həmçinin sağlamlığı barədə müvafiq arayışlar (narkoloji, vərəm, dəri-zöhrəvi, onkologiya və s.) və digər zəruri sənədlər də iddia ərizəsinə əlavə olunub. Minarənin İddiaçının qəyyumluğuna verilməsinə həyat yoldaşı Elmir Həsənovun da notarial razılığı var, həmçinin Minarə Əliyevanın digər yaxın qohumları – ana nənəsi, əmisi də notarial razılıq ərizəsi veriblər. X8 xx.xx.2024-cü il tarixli vəsatətlə Məhkəməyə müraciət edərək Minarənin İddiaçı ilə yanaşı onun da qohumu olduğunu və qəbul ediləcək yekun qərarın onun qəyyum olmaq marağına təsir edəcəyini bildirərək mülki iş üzrə müstəqil tələbi olan üçüncü şəxs kimi işə cəlb olunmağı barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmənin 2(064)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilib və X9 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilib. İ.Həsənov etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılıb ki, məlum faciəvi hadisədən sonra Minarənin ata babası və bibisi (İddiaçı) uşağın qəyyumluğa verilməsi barədə FRİH-nə müraciət ediblər. Müvafiq komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində Minarənin ata babasının qəyyumluğuna verilməsi uyğun görülüb və bu barədə xx.xx.2022-ci il tarixli 78 saylı sərəncam verilib. Sərəncamın verildiyi 1 il 8 ay müddət ərzində İddiaçı sərəncamla razılaşdığından mübahisələndirməyib. İddiaçının uşaqla görüşünə ana tərəfin maneə olması və dəfələrlə əlaqə saxlamağa çalışsa da, təhdid və təhqirlərlə üzləşməsi isə doğru deyil. Həmçinin hazırda Minarə onlarla birgə yaşayır, İ.Həsənovun yoldaşına və uşaqlarına öyrəşib, onları öz doğma bacı-qardaşı kimi görür. Həmçinin İ.Həsənov bildirir ki, həyat yoldağı bağçada işləyir, saat 09:00-dan 13:00-dək iş yerində, sonra isə evdə olur. Minarə isə hazırda öz bacı-qardaşı kimi gördüyü İ.Həsənovun 3 övladı ilə birlikdə evlərinin yaxınlığında yerləşən M.M.Xəzani adına Gimnaziyada təhsil alır. Uşaqlarla yaş fərqi çox azdır. Həyat yoldaşı Minarəni öz övladları kimi görür, əzizləyir, qayğısını çəkir. Lakin İddiaçı gün ərzində işdə olur. Həmçinin İddiaçının həyat yoldaşı da iş adamıdır. Övladları Minarə arasında isə yaş fərqi çoxdur. Universitetdə təhsil alırlar. Belə olan halda İddiaçı və onun ailəsi Minarəyə yetəri qədər diqqət göstərə bilməzlər. Minarənin hazırda öyrəşdiyi, alışdığı mühitdən və bağlandığı, doğma bacıqardaşı kimi gördüyü uşaqlardan ayırmaq onun üçün əsl haqsızlıqdır. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İ.Həsənov etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Füzuli Rayon İHB QHK-nin nümayəndəsi Rahib Bağırovun iştirakı ilə Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında fikri dindirilən xx.xx.2017-ci il təvəllüdlü X14 verilən suallara cavab olaraq bildirdi ki, dayısı, ana nənəsi və bibisini (dayısının yoldaşını) çox istəyir, dayısı uşaqlarını doğma bacı-qardaşı kimi görür, onların inciməsini istəmir, lakin Leyla bibi (İddiaçı) ilə birlikdə qalmaq istəyir. Həmçinin təkrar olaraq xx.xx.2025-ci il tarixdə Füzuli Rayon İHB QHK-nin nümayəndələri Rahib Bağırov və Elşad Hacıyevin, M.Əliyevanın sinif müəlliməsi Şamama İmanovanın və məktəb direktoru Ağaverdi Abbasovun iştirakları ilə xx.xx.2017-ci il təvəllüdlü X14 ilə yenidən söhbət aparılıb və o, bildirib ki, yaşadığı evdə hamını çox sevir, lakin bibisi Leyla ilə birlikdə yaşamaq istəyir. İş materiallarına əlavə edilmiş: - Bakı Şəhər 18 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizə əsasında müəyyən edilir ki, X24 nəvəsi X11 qızı İddiaçı qəyyumluğuna verilməsinə etiraz etmir; - Bakı Şəhər 18 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizə əsasında müəyyən olunur ki, X20 qardaşının qızı X11 bacısı İddiaçı qəyyumluğuna verilməsinə etiraz etmir; - 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizə əsasında müəyyən olunur ki, X2 Minarə Orxan qızının arvadı İddiaçı qəyyumluğuna verilməsinə etiraz etmir; - AR SN Bakı Şəhər Narkoloji Məkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən olunur ki, İddiaçı AR SN Bakı Şəhər Narkoloji Məkəzi PHŞ-də narkoloji qeydiyyatında yoxdur; - Bakı Şəhəri 1 saylı Dəri-zöhrəvi Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4 saylı arayış əsasında müəyyən olunur ki, İddiaçı Dispanser qeydiyyatında yoxdur; - xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən olunur ki, İddiaçı onkoloji xəstə kimi Milli Onkologiya Mərkəzində qeydiyyatda olmayıb; - AR TƏBİB PHŞ BBSM PHŞ 7 nömrəli Şəhər Polikilinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyən olunur ki, İddiaçı psixiatr müşahidəsində deyil; - xx.xx.2024-cü il tarixli, 019 saylı arayış əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən “X10” MMC-də əsas iş yeri üzrə Marketinq Departamentinin Multimedia Şöbəsində Redaktor vəzifəsində çalışır və aylıq əmək haqqı 1584 manat təşkil edir; - “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 021 saylı xasiyyətnamədə qeyd olunur ki, İddiaçı özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib və öz səlahiyyətləri daxilində mürəkkəb məsələlərlə bağlı düzgün qərar qəbul edib. İşçilərə münasibətdə də həmişə mehribançılığı, ünsiyyətçiliyi və etik davranış normalarına əməl etməsiylə başqalarına örnək olub; - xx.xx.2024-cü il tarixli xasiyətnamədə qeyd edilir ki, İddiaçı hazırda ünvan 3 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. Həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində ünvan 4a təqsirləndirici material daxil olmayıb. Qonşular arasında böyük hörmət və nüfuza malikdir. - ƏMDX DƏDKRPHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında müəyyən edilir ki, ümumi sahəsi 72,4 kvm olan daşınmaz əmlak – Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçının xüsusi mülkiyyətindədir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü əsasında müəyyən olunur ki, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120.2.4-cü maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 245-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X15 qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib; - AR FRİH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy əsasında müəyyən olunur ki, Komissiya yekun olaraq hesab edir ki, məhkəmə zalında mütəxəssis iştirakı ilə M.Əliyevanı dindirib birlikdə yaşamaq istədiyi şəxsin qəyyumluğuna verilməsi təmin edilməlidir; - AR FRİH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəy əsasında müəyyən edilir ki, M.Əliyeva ilə aparılan söhbətlər zamanı bibisi İddiaçı ilə yaşamaq istəməsini nəzərə alaraq Komissiya İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X12 qəyyumu təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi (valideynlər öldükdə)) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2-ci maddəsinə görə qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Həmin Məcəllənin 137.2-ci maddəsiə görə uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. Mülki Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Həmçinin Ailə Məcəlləsinin 52-ci maddəsinə (uşağın öz fikrini bildirmək hüququ) əsasən uşaq onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən uşağın tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən qəyyumluq və himayə orqanı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Həmçinin nəzərə alınmalıdır ki, qəyyumluq və himayə orqanlarının rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir halda alınmış rəy məhkəmə prosesi zamanı tərəflərin iştirakı ilə tədqiq edilməli və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları Bəyənnaməsinin 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin məhkəmə aidiyyəti ilə bağlı qeyd edir ki, qəyyumluqla bağlı münasibətlər mülki hüquq münasibətləri sayıldığına görə həmin münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il “İddiaçı X6 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı iş üzrə” qərarında qeyd edilib: “Nəzərə almaq lazımdır ki, hazırki mübahisəyə münasibətdə azyaşlı uşağın iddiaçının qəyyumluğuna verilməsi barədə qərarın icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi münasibətin və onunla bağlı mübahisənin mülki-hüquqi xarakterini dəyişdirmir və dəyişdirə bilməz. Bu münasibətlərin xarakteri baxımından həlledici olan qəyyumluqla bağlı məsələnin kim tərəfindən həll olunması deyil, onun hansı hüquq sahəsinə əsasən həll olunmasıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahəsində fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik (inzibati) hüquq müstəvisində fəaliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya belə qərarın qəbulundan imtina etdiyi və bunun üzərindən şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisələrə dair iddialar inzibati məhkəmələr tərəfindən mümkün sayıla və həmin iddialara mahiyyəti üzrə baxıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cavabdehin hərəkəti və iddiaçının tələbi inzibati hüquqa deyil, mülki (ailə) hüquq sahəsinə bağlıdır və mülki hüquq normalarına əsaslanır. Bu baxımdan iddiaçının hazırkı məzmunda iddiasını qeyd olunan səbəblərdən mümkün saymamaqda apelyasiya məhkəməsi haqlı sayılmalıdır”. Məhkəmə sadalanan qanunvericiliy normalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara əsaslanaraq, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı iddia tələbi təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbi isə rədd edilməlidir. Belə ki, İddiaçı irəli sürdüyü iddia ilə yanaşı öz ailə-məişət şəraitini əks etdirən sübutları da Məhkəməyə təqdim etmişdir. Həmin sübutlar əsasında Məhkəmə X13 İddiaçı qəyyumluğuna verilməsini daha məqsədəmüvafiq hesab edir. Həmçinin Füzuli Rayon İH Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, o cümlədən Minarə Əliyevanın bibisi İddiaçı yanında qalmaq istəməsi ilə bağlı söylədiyi fikri də bu nəticəyə gəlməyə əsas vermişdir. X8 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürsə də, Məhkəməyə həmin tələbi təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda Məhkəmə X3 himayəsində 3 azyaşlı övladının və qoca anasının onun üçün yaratdığı qayğıları da nəzərə alaraq bu nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, X13 İddiaçı qəyyumluğuna verilməsi onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində daha çox inkişaf etməsinə imkan vermiş olar. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı iddia tələbi təmin edilsin. Valideyn himayəsindən məhrum olmuş xx.xx.2017-ci il təvəllüdlü X11 İddiaçı qəyyumluğuna verilməsi vəzifəsi Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulsun. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbi isə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-14/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-14/2025
09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver