Məhkəmə qərarları › İş №e-2(064)-1491/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1491/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1491/2025 23.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma kimi əldə etmiş olduğu 3500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ildə əvvəllər tanıdığı Cavabdeh iddiaçıya müraciət edərək, oğlu üçün toy etmək istediyini bildirmiş və ondan 3500 manat borc pul istəmişdir. O da, cavabdehlə razılaşmış və qeydiyyatda olduğu Ağcabədi rayonuna gedərək özünə məxsus qızıl-zinət əşyalarını orada yerləşən "Turan Bank"a girov qoyaraq 3500 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin pulu Bakı şəhərində anası Nümayəndə şahidliyi ilə Cavabdeh yaşadığı Ramanı qəsəbəsi, Mədən 3 ünvanında ona vermişdir. Cavabdeh bildirdimişdir ki, pulu 3 aydan sonra qaytaracaq. Lakin 3 ay keçməsinə baxmayaraq o, pulu qaytarmamışdır. O, sonradan Elişən ilə telefon əlaqəsi saxlamış, Elişən ona hal-hazırda imkanı olmadığını, pulu qaytara bilmədiyini, həmin pulun 1300 manatını Sədi adlı dostuna (telefonu: *** *** ** **) verdiyini, ondan həmin məbləği ala bilmədiyini və özü də qalan pulu ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. İddiaçı pulu kreditlə götürdüyü üçün çətinlikləri olduğunu bildirmiş və bundan sonra da dəfələrlə onun telefonuna zeng etmişdir. Lakin Elişən onun telefon zənglərinə cavab verməmiş və bu günədək pulu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Bununla əlaqədar olaraq iddiaçı Sabunçu rayon polis idarəsinə müraciət etmişdir. Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsi tərəfindən iddiaçıya ünvanlanmış məktubunda ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. Buna görə də, o, məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh qarşı olan iddia tələbinin həcminin azaldılaraq, cavabdehdən 1500 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştiakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon İdarəsi 12-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 1/2.İ-21780 nömrəli məktubundan görünür ki, İddiaçı 2021-ci ilin əvvəllərində tanışı X1 toy etmək üçün ondan 3500 manat pul istəməsi, bunun üçün Ağcabədi rayonuna gedərək özünə məxsus qızıl-zinət əşyalarını girov qoyub “Turan Bank"dan 3500 manat kreditlə pul götrüb rəfiqəsi X2 vasitəsin ilə E.Quliyevə verməyi, lakin bu günə qədər Elişən müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaması barədə xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-ne daxil olmuş ərizəsi araşdırılmış, aparılan araşdırma zamanı iddiaçının ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğu müyyən edilmiş və göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh oğluna toy etmək üçün iddiaçıdan 3500 manat borc pul istəmişdir. İddiaçı onunla razılaşmış və Ağcabədi rayonuna gedərək özünə məxsus qızıl-zinət əsyalarını orada yerləşən "Turan Bank"a girov qoyaraq 3500 manat məbləğində kredit götürmüş və həmin pulu Bakı şəhərində anası Nümayəndə şahidliyi ilə Cavabdeh yaşadığı Ramanı qəsəbəsi, Mədən 3 ünvanında sonuncuya vermişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verərək iddia tələbinin həcminin azaldılmasını və cavabdehdən 1500 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar