Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1688/2023 25.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.300 manat pulun və 166 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel-may aylarında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 6-da fəaliyyət göstərən aptekdə işləyən Cavabdeh ona işlədiyi aptekə xeyli miqdarda yod gətirmək istədiyini, bunun üçün xeyli pul lazım olduğunu bildirmişdir. O, da bu məqsədlə ona müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 25.300 manat pul vermişdir. Bundan sonra o, Cavabdeh pul vəsaitini tələb etməyinə baxmayaraq, bu günkü günə qədər ödəməkdən boyun qaçırır. Dəfələrlə ona məxsus pul vəsaitini ələ keçirmiş cavabdehdən tələb etdikdə hər dəfəsində müxtəlif bəhanələrlə pul vəsaitini qaytarmaqdan yayınmışdır. Cavabdeh pul vəsaitinin ələ keçirilməsi barədə tərəfindən Nizami rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Nizami RPİ İŞ-nin baş müstəntiqi, polis-mayoru X3 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsini qərara almışdır. Nizami rayon Polis İdarəsində Cavabdeh alınmış izahatında ondan pul aldığını etiraf etmişdir, lakin maddi imkanı olmadığından pulu qaytara bilməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehə hissə-hissə 25.300 manat pul vermişdir ki, işlə pul qazan, istəyəndə qaytararsan. İddiaçı bu puldan əvvəl də cavabdehə 5.000 manat və 10.000 manat hissəhissə olmaqla cəmi 15.000 manat pul vermiş və sonradan geri almışdır. İddiaçının şikayəti əsasında Nizami RPŞ-də aparılmış araşdırma zamanı cavabdeh 5.600 manat ödəmişdir. Odur ki, iddiaçı qalan (25.300-5.600=19.700) 19.700 manatın qaytarılmasını tələb edir. Vəkil1 həmçinin bildirdi ki, cavabdeh iddiaçı ilə telefon danışığında bildirmişdir ki, 4 ilə hər ay 500 manat pul qaytarmalı olmasını bildirmişdir. Bu isə onu təsdiq edir ki, cavabdeh həqiqətən də iddiaçıdan 25.300 manat almışdır. Əgər bu qədər pul almayıbsa cavabdeh danışığında hər ay 500 manat olmaqla 4 ilə pul qaytarmalı olmasını deməzdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2022-ci ilin aprel-may ayları ərzində ona 25.300 manat verməmişdir. Onlar arasında 2018-ci ildə hissə-hissə olmaqla 16.000 manata yaxın pul söhbəti olub və o, bu pulun müqabilində 50.000 manatdan artıq faizə pul ödəmişdir. O, iddiaçıdan hissə-hissə aldığı 16.000 manatın faizini artıqlaması ilə qaytarsa da 16.000 manatın özünü qaytarmamışdır. İddiaçı sonradan ona demişdir ki, 10.000 manatı qaytarmasa da olar, amma 6.000 manatı qaytar. İddiaçı şikayəti əsasında polisdə aparılan araşdırma zamanı ondan həmin 6.000 manatın qaytarılmasını tələb etmiş, o, da 5.600 manatı polisdə qaytarmış, qalan 400 manatı sonradan qaytarmaq istəyərkən iddiaçı demişdir ki, əlavə 10.400 manat borc qalmışdır. Cavabdeh nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidlər: X2 bildirdi ki, Cavabdeh onun tələbə yoldaşıdır və o, əsasən aptek işi ilə məşğul olur. İddiaçı da təxminən 5 il olar ki, tanıyır. Belə ki, Heydər Xanımsoltandan faizə pul götürmüşdür, Xanımsoltan hər dəfə aptekə gəlib Heydərdən pul alırdı. Təxminən 4 il ərzində Xanımsoltan Heydərdən pul alıb. Bəzən Heydərin xahişi ilə Xanımsoltana pulu o, verirdi. Heydərin Xanımsoltandan hansı məbləğdə pul almasını dəqiq bilmir. Heydərin dediyinə görə Xanımsoltandan faizi ilə qaytarmaq şərti ilə 16.000 manat pul almış və 50.000 manatdan artıq pul qaytarmışdır. X1 bildirdi ki, o, Cavabdeh atasıdır. Oğlu Cavabdeh aldığı 10.000 manatın müqabilində iddiaçıya 5 il ərzində 54.000 manata yaxın faizi ilə birgə pul qaytarıb. Sonradan Xanımsoltan ona demişdir ki, Heydərin 6.300 manat borcu var. İddiaçı polisə şikayət verəndə o, polisdə iddiaçıya əlavə olaraq 5.600 manat pul qaytarmışdır. Lakin Xanımsoltan sonradan dedi ki, Heydərin əlavə 10.400 manat borcu qalıb. Ona görə də, aralarında narazııq yarandı və məsələ həll olunmamış qaldı. X7 bildirdi ki, Cavabdeh onun tanışıdır. Heydərin dediyinə görə Xanımsoltandan 10.000 manat pul götürmüşdür və faizi olaraq hər ay 900 manat ödəmişdir. Heydərin atası Rafayelin Xanımsoltana polisdə 5.600 manat qaytarmasını o, da bilir. Belə ki, həmin vaxt o, da polisdə olmuşdur. Həmin vaxt Xanımsoltanın yaxınlarının dediyinə Heydərin Xanımsoltana 10.000 manardan artıq borcu qalıb. X5 bildirdi ki, Cavabdeh onun tanışıdır və uzun müddət aptek işi ilə məşğul olub. Heydərin dediyinə görə Xanımsoltana hər gün 30-40 manat faiz qaytarmışdır. Heydərin Xanımsoltandan hansı məbləğdə pul almasını və qaytarmasını dəqiq bilmir. Tərəflərin iştirakları ilə Cavabdeh səsyazması dinlənilərkən müəyyən edilir ki, cavabdeh orada “....bizim aramızda Allah şeytana lənət eləsin pislik olub, o da imkansızlıqdan olub, kefdən olub. Başa düşürsən məni....mənim səndən aldığım on mini, səkkiz mini, yeddi mini, nə bilim....amma sən deyirsən ayda mənə 500 manat ver...biz nə vaxta rağot olarıq, 3 il, yox e 4 ilə, 4 ilə kim ölə, kim qala....sən gəl dur otur məntiqlə fikirləş....riskə getmişik də...guya kim getməyib ki...mən sənə açığını deyirəm də....mənə əlavə 10.000 də ver....nə şərt desən razıyam...Amma bu vəziyyətdə alınmayacaq....” ifadələrini işlətmişdir. Nizami PRİ İstintaq şöbəsində aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, o, Heydərin təklifi ilə razılaşmışdır, Heydərə 2018-ci ildə 2.000 manat pul vermişdir. Heydər həmin pulla aptekə dərman gətirib satıb ona da xeyir verməli idi. Bir müddət o, Heydərlə birlikdə işləmişdir. Belə ki, Heydərə hissə-hissə olmaqla, ümumilikdə 5.000 manat pul vermiş, Heydər isə üstündə qazancla ona qaytarmışdır. Elə olub ki, 10.000 manata yaxın pul vermiş, yenə də Heydər onun pulunun üstündə qazanc ilə ona qaytarmışdır. Buna görə də, Heydər onun etibarını qazanmışdı. Təxminən 2022-ci ilin aprel-may aylarında Heydər ondan yenə pul istəmiş və müxtəlif vaxtlarda hissə-hissə olmaqla 25.300 manat pul vermişdir. Nizami PRİ İstintaq şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ildən başlayaraq Xanımsoltandan hissə-hissə ilə olmaqla, ümumilikdə 16.000 manat pul almışdır. Təxminən 5 il ərzində o, Xanışmsoltana borc aldığı pulların faizi olaraq 55.000 manata yaxın pul ödəmişdir. O, İddiaçı borc götürdüyü 16.000 manat pulun faizini ödəsə də əsas 16.000 manat pulu geri qaytarmamışdır. Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli iltizamdam görünür ki, orada “mən İddiaçı məni aldadaraq mənnən aldığı 25.300 manat puldan Allahverdiyev Heydərdən 3.000 manatımı aldım. Heydər Allahverdiyev ümumi aldığı puldan cəmi 5.000 manatı qaytarıb. 600 manat da bir ödəyib cəmi 5600” ifadələri yazılmışdır. Məhkəmə tərəfləri və cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı 2018-ci il ərzində Cavabdeh hissə-hissə olmaqla 15-16.000 manat pul vermiş və cavabdeh mütəmadi olaraq həmin pulu iddiaçıya qaytarmışdır. Bunu İddiaçı özü də Nizami RPŞ-də verdiyi izahatında təsdiq etmiş və cavabdehin bu pulu qaytarmasını onda etibar qazanmaq cəhdi kimi qiymətləndirmişdir. İddiaçı həmin pulu birgə işləyib qazanc götürmək üçün verdiyini, cavabdeh isə pulu faizə götürdüyünü və cəmi 54.000 manat faiz qaytardığını, 16.000 manatın özünü isə qaytarmadığını bildirmişdir. Cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahidlər Ə.Ağayev, R.Allahverdiyev, M.Ağayev və E.Məcidov da təsdiq etmişlər ki, iddiaçı həmin pulu cavabdehə faizi ilə qaytarmaq şərti ilə vermiş və hətta iddiaçı faizi gündəlik olaraq götürmüşdür. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər 16.000 manat borcun faizlər ilə verilməsini şərtləşdirsələr də bunun hansı müddət ərzində icra olunmasını razılaşdırmamışlar. Cavabdeh 16.000 manatın faizlərini qaytarsa da 16.000 manatın özünü qaytarmadığını bildirsə də iddiaçı 2018-ci il ərzində verdiyi 16.000 manata görə hansısa tələb irəli sürməmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində verilmiş 16.000 manata dair cavabdeh tərəfindən icra olunmamış öhdəlik qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı əsas tələbi ondan ibarətdir ki, o, 2022-ci ilin aprel-may ayları ərzində cavabdehə birgə işləyib qazanc götürmək adı ilə 25.300 manat pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını iddia etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək bildirdi ki, iddiaçının şikayəti əsasında Nizami RPŞ-də aparılmış araşdırma zamanı cavabdeh 5.600 manat ödəmişdir. Odur ki, iddiaçı qalan (25.300-5.600=19.700) 19.700 manatın qaytarılmasını tələb edir. Vəkil1 həmçinin bildirdi ki, cavabdeh iddiaçı ilə telefon danışığında bildirmişdir ki, 4 ilə hər ay 500 manat pul qaytarmalı olmasını bildirmişdir. Bu isə onu təsdiq edir ki, cavabdeh həqiqətən də iddiaçıdan 25.300 manat almışdır. Əgər bu qədər pul almayıbsa cavabdeh danışığında hər ay 500 manat olmaqla 4 ilə pul qaytarmalı olmasını deməzdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2022-ci ilin aprel-may ayları ərzində ona 25.300 manat verməmişdir. Onlar arasında 2018-ci ildə hissə-hissə olmaqla 16.000 manata yaxın pul söhbəti olub və o, bu pulun müqabilində 50.000 manatdan artıq faizə pul ödəmişdir. O, iddiaçıdan hissə-hissə aldığı 16.000 manatın faizini artıqlaması ilə qaytarsa da 16.000 manatın özünü qaytarmamışdır. İddiaçı sonradan ona demişdir ki, 10.000 manatı qaytarmasa da olar, amma 6.000 manatı qaytar. İddiaçı şikayəti əsasında polisdə aparılan araşdırma zamanı ondan həmin 6.000 manatın qaytarılmasını tələb etmiş, o, da 5.600 manatı polisdə qaytarmış, qalan 400 manatı sonradan qaytarmaq istəyərkən iddiaçı demişdir ki, əlavə 10.000 manatdan artıq borc qalmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə 2022-ci ilin aprel-may ayları ərzində 25.300 manat pul verdiyini iddia etsə də bu barədə rəsmi və mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. İddiaçının sübut kimi isnad etdiyi Nizami RPŞ-də aparılmış araşdırma materiallarında da Cavabdeh İddiaçı 2022-ci ilin aprel-may ayları ərzində 25.300 manat almasına dair etirafedici izahata rast gəlinməmişdir. İddiaçının vəkili Vəkil1 tərəfindən təqdim edilmiş səsyazısı tərəflərin iştirakları ilə tədqiq edilmiş və orada cavabdehin iddiaçıdan məhz 25.300 manat pul almasına və ya həmin məbləğdə pulu qaytaracağı barədə üzərinə öhdəlik götürməsinə dair hər hansı təsdiqləyici hallara rast gəlinməmişdir. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. İddiaçı cavabdehə 2022-ci ilin aprel-may ayları ərzində 25.300 manat pul verdiyini iddia edərək həmin pulun qaytarılmasını tələb etsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə yekun qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız sayılaraq rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-1688/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1688/2023
25.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver