Məhkəmə qərarları › İş №e-2(064)-1767/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1767/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1767/2024 06.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8007,25 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 41 manat pulun Cavabdeh tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur.xx.xx.2022-ci il tarixli 647 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 154x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin–OBA Füzuli 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8739 (səkkiz min yeddi yüz otuz doqquz) manat 82 (səksən iki) qəpik təşkiledir. İnventarizasiya yoxlaması və mağaza sayımızamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, yekun akta və üzləşmənin nəticələrinə imza atmaqla kəsr gələn mallara razılığını bildirmiş, yaranmış borcu etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8007,25 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8007,25 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa oxşar izahat vermişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək bildirmişdir ki, iddia tələbini qəbul edir və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixinədək 1 aylıq əmək müqaviləsi bağlanılmış və ona hər ay 300 manat əmək haqqı ödənilməklə satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. -tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, yuxarıda qeyd olunan müqaviləyə dəyişiklik və əlavələr edilərək Cavabdeh administrator vəsifəsinə keçirilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə öhdəliklər götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla yanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. -xx.xx.2023-cü il tarixli 154 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. -xx.xx.2023-cü il tarixli aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, mağazanın maddi-məsul şəxsi Cavabdeh olan Oba Füzuli 7 ünvanında yerləşən OBA market mağazada malların inventarizasiyası həyata keçirilmiş və nəticədə 8739,82 manat məbləğində əskik gəlmə müəyyən edilmişdir. -Oba market MMC nin idarə heyətinin sədri tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdən görünür ki,xx.xx.2023-cü il tarixində keçirilən inventarizasiya yoxlanılmasının sonunda Administrator vəzifəsində çalışan Cavabdeh aid aşkarlanan yekun nəticələrə “Təbi itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxsdən tələb olunması, “Təbi itki normaları” satış dövriyyəsinin 0,15 faizi müəyyən edilməsi əmr edilmişdir. - mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya sesiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "OBA MARKET” MMC arasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən "OBA Market” MMC-də satıcı-kassir vəzifəsində işləməyə başlamış, xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə əlavəyə əsaəsn həmin tarixdən administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda tərəflər arasında X2 haqqında müqavilə bağlanılmışdır. İşlədiyi dövrdə İddiaçı MMC-nin Füzuli 7 mağazasında (maddi-məsul şəxs olduğu mağazada) xx.xx.2023-cü il tarixdə invertarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 8739 manat məbləğində əksikgəlmələr müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 41 manat məbləğində dövlət rüsumu, mediasiya prosesi üçün isə 60 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya vurulmuş ziyana görə ödənilməmiş 8007,25 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcun ödənilməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 8007,25 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu və 60 manat mediasiya xərci də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 8007,25 manat məbləğində pul, 60 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumuna görə 41 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar