Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-214/2025 29.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın üzərinə qoyulmuş ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın üzərinə qoyulmuş ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 may 2015-ci il tarixli 2015-0514-01/01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan "xxxx" MMCnin xeyrinə Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X12 arasında 14 may 2015ci il tarixli, 0014-0024-01 saylı, X6 arasında 14 may 2015-ci il tarixli, 0015-0025-01 saylı və X7 arasında 14 may 2015-ci il tarixli, 0016- 0026-01 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə hər birinə 10.000 (on min) manat verilmiş və 30.000 (otuz min) manat kreditin təminatı kimi onun mülkiyyətində olan, ünvan 2 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m yaşayış, 30,6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi 14 may 2015-ci il tarixli, 2015- 0514-01/01 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. "xxxx" MMC Beyləqan Rayon Məhkəməsində iddia qaldıraraq, Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020)-1763/17, 2(020)-1765/17 və 2(020)-1788/17-ci il tarixli qətnamələri ilə X7, X12, X8 və qeyrilərindən "xxxx" MMC-nin xeyrinə qət olunmuş cəmi 51.769,71 manat kredit borcuna görə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iddia qaldırmış, borcun mənim mülkiyyətimdə olan, ünvan 2 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m yaşayış, 30,6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(020)-497/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilmiş, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satılması və borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsi 15 mart 2022-ci il tarixli, 216086/2021 məktubu ilə hərrac təşkilatçısı "xxxx" MMC-yə sifariş vermiş, hərrac təşkilatçısı "xxxx" MMC hərracı təşkil edərək, hərracı başa çatdırmış, ipoteka predmeti satılmadığına görə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair sifarişçi Beyləqan rayon İcra və Probasiya Şöbəsi, təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında 17 iyun 2022-ci il tarixdə, 58 nömrəli protokol tərtib edilmiş, həmin tarixdə təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair müqavilə imzalanmışdır. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmiş, qanunvericiliyə uyğun olaraq ipoteka predmetinin hərracda satılmasına dair iki hərrac keçirilməli olmasına baxmayaraq, iki dəfədən çox hərrac keçirilmiş, lakin tələbkar həmin vaxt ipoteka predmetini əldə etməmişdir. Beyləqan rayon məhkəməsində iddia qaldıraraq, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 15 mart 2022-ci il tarixli, 216086/2021 sifariş məktubu əsasında hərrac təşkilatçısı "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Beyləqan rayon İcra və Probasiya Şöbəsi, təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında tərtib edilmiş 17 iyun 2022-ci il tarixli, 58 nömrəli protokolun və təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 17 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Beyləqan rayon məhkəməsinin hakimi R.Nurullayevin icraatında olmuş, ona etdiyi etiraz Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-420/2024 saylı qərardadı ilə təmin edilmiş, mülki iş baxılması üçün Xocavənd rayon məhkəməsinə göndərilmişdir. Xocavənd rayon məhkəməsinin 2(067)-57/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 58 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi "xxxx" MMC tərəfindən açıq hərracın dörd dəfə təşkil edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına görə qanunsuz olmuşdur. İpotekaya məhkəmə qaydasında xitam verilməsi üçün əsas vermişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir və ərizəsinin onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, əsas məqsəd vaxt qazanmaqdır. Belə ki, məhkəmə çəkişmələri 2017-ci ildən bu günədək davam edir. Qarşı tərəf ipoteka müqaviləsinin ləğv edilməsi barədə Beyləqan Rayon Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciət etmişdir, lakin iddiası rədd edilmişdir. Bundan əlavə qarşı tərəf xx.xx.2022-ci il tarixli 58 saylı hərrac protokolunu qanunsuz hesab edərək həmin protokolun etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Təbii ki, bundan sonra hərrac yenidən keçiriləcəkdir. Hərracın nəticəsinin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda hərrac zamanı baş vermiş qanunsuzluğun mübahisələndirilməsi nə dərəcədə düzgündür? Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş: İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-497/2020 saylı qətnaməsinin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(020)-1763/17 2(020)-1765/17 və 2(020)-1788/17-ci il tarixli qətnamələri ilə X7, X12, X8 və qeyrilərindən "xxxx" MMC-nin xeyrinə qət olunmuş cəmi 51.769,71 manat kredit borcuna görə tutma ipoteka predmeti olan X3 məxsus Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54.978 (əlli dörd min doqquz yüz yetmiş səkkiz) manat müəyyən edilmiş, İddiaçı 14 may 2015-ci il tarixli, 2015-0514-01101 saylı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleğiyasının 25 may 2021-ci il tarixli, 2(106)-331/2021 saylı qətnaməsinin surətindən görünür ki, qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(020)-497/2020 saylı qətnaməsi üzrə qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(102)-5993/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-331/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1424/2022 saylı qətnamənin surətindən görünür ki, cavabdehlər X4, X6, X22 ogm, X12, İddiaçı, İddiaçı Rəşad oglu, X7, X9, X10 və X1 şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda yerləşən evdən çıxarılmış və onların həmin evdən istifadə hüquqlarına xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(102)-1134/2024 saylı qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2023 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmış, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. - Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-286/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Beyləqan rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC-yə qarşı Beyləqan rayon İcra və Pobasiya şöbəsinin 15 mart 2022-ci il tarixli, 216086/2021 sifariş məktubu əsasında hərrac təşkilatçısı "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Beyləqan rayon İcra və Probasiya şöbəsi, təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında tərtib edilmiş 17 iyun 2022-ci il tarixli, 58 nömrəli protokolun və təşkilatçı "xxxx" MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 17 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul özünə qaytarılmış və iddiaçıya izah edilmişdir ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. - Beyləqan Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(020)-1828/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə1 Beyləqan Rayon Məhkəməsinin hakimi X2 verdiyi etirazı baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleğiyasının 31 yanvar 2024-cü il tarixli, 2(106)-420/2024 saylı qərardadından görünür ki, İddiaçı vəkli və eyni zamanda nümayəndəsi vəkili Nümayəndə1 Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilmiş, İddiaçı cavabdehlər Beyləqan rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmasından ötrü Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. - Xocavənd Rayon Məhkəməsinin 2(067)-57/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 58 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsini haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 48.1.1-48.1.5-ci maddələrinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3 cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə qərarlarından da görünür ki, ünvan 2 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m yaşayış, 30,6 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin yüklü edildiyi 14 may 2015-ci il tarixli, 2015-0514-01/01 saylı ipoteka müqaviləsi hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız və ya bağlanmamış hesab olunmamış, ləğv və ya xitam edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi əsassızdır. İddiaçının iddia tələbini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanının olmasını, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilməsi ilə əsaslandırsa da, Məhkəmə bu əsaslandırmaya münasibətdə bildirir ki, Xocavənd Rayon Məhkəməsinin 2(067)-57/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 58 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Göründüyü kimi, hərracın nəticələrinin ləğv olunduğu və tərtib edilmiş protokol və müqavilənin etibarsız hesab edildiyi halda Məhkəmə hərrac zamanı baş vermiş qanunsuzluğun mübahisələndirilməsini əsassız hesab edir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-214/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-214/2025
29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver