Məhkəmə qərarları › İş №e-2(064)-2444/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2444/2025

25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2444/2025 25.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız olaraq əldə etdiyi 20000 (iyirmi min) manat əsas vəsaitin, özgəsinin vəsaitindən istifadə üçün faizlər olaraq 2850 manat məbləğində faizlərin, dövlət rüsumuna görə ödənilmiş 161 manat və hüquqi yardıma görə 500 manat məhkəmə xərclərinin, ümumilikdə 23511 manat pul alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Elektron qaydada daxil olmuş ərizədən və ərizəyə əlavə edilmiş **********25 nömrəli ödəniş qəbzdən görünür ki, iddiaçı tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə 161 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığından iddiaçı tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 161 manat məbləğində pul tam şəkildə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4, 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 161 manat (**********25 nömrəli qəbz) İddiaçı MMC-yə geri qaytarılsın. Qərardadın icrası X1 idarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar