Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2623/2025 05.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********708-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin natura şəklində bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********708-10301 reyestr nömrəsi ilə mülkiyyət hüququ əsasında qeydiyyata alınmış fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin çıxarışda adları qeyd edilmiş şəxslər arasında natura şəklində bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən maddi hüquq normasının tələblərindən də göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarının naturada ayrılmasını qarşılıqlı razılıq əsasında həyata keçirə bilərlər. Məhkəmə yalnız paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması barədə razılığa gələ bilmədikdə yaranan mübahisəyə baxır. Məhkəmə mülkiyyətçilər arasında torpaq sahəsindən payın ayrılmasına dair mübahisəyə baxdığından hazırki iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə mülkiyyətçilər arasında torpaq sahəsindən payın ayrılmasına dair narazılıq halının olması müəyyən edilmədiyindən, eləcə də yalnız iddiaçının öz payının ayrılmasını tələb etmək hüququ olsa da hazırki iddia tələbi ilə torpaq sahəsinin ümumiyyətlə bölünməsi barədə olduğundan iddiaçının da digər mülkiyyətçilərin paylarının bölünməsini tələb etmək hüququ olmadığından hazırki iddia məhkəmənin icraatına qəbul edilə bilməz. İddiaçı qeyd edilən torpaq sahəsindən payın ayrılması məsələnin həlli ilə əlaqədar digər mülkiyyətçilərə müraciət edə bilər. Mülkiyyətçilər arasında torpaq sahəsindən payın ayrılmasına dair narazılıq olduğu halda isə iddiaçı yalnız öz payının naturada ayrılmasına dair məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilməlidir. Bundan başqa, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin çıxarışda adları qeyd edilmiş şəxslər arasında natura şəklində bölünməsini” xahiş etsə də, həmin şəxslərin adlarını dəqiq qeyd etməklə göstərməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmələrdə iddia qaldırılarkən iddia ərizəsinin forma və məzmununa riayət edilməlidir. Belə ki, iddia ərizəsində cavabdehə (və ya cavabdehlərə) qarşı konkret yönələn tələb olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi iddiaçı iddia ərizəsində qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumuna görə 100 manat ödənilmişdir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda sadalanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********708-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin natura şəklində bölünməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 382 manat (********** nömrəli qəbz) İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-2623/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2623/2025
05.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver