Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-34/2024 22.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc qismində 46352 manat, əsas borcun gecikdirməsinə görə cərimə qismində 4635,2 manat və dövlət rüsumuna görə ödənilmiş 242,96 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci ildə Bakı Səadət Sarayında rəsmi nikah aktı qeydə alınmışdır. Cavabdeh İran vətəndaşı Marzieh Shafeipour ilə rəsmi nikahda olduğu halda, özünü subay şəxs kimi təqdim edərək, heç zaman evli olmadığını, İran vətəndaşı ilə nişanlı olub ayrıldığını söyləyərək iddiaçını aldadaraq nikaha girməyə nail olmuşdur. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlə birlikdə İrana səfər edərkən, İranlı xanımı tərəfindən İranda məhkəməyə verilməsindən xəbərdar olub. Daha sonra İranlı xanım iddiaçının ailəsiylə əlaqəyə keçərək toy görüntülərini, rəsmi nikah sənədlərini təqdim etmişdir. Cavabdeh 2 ilə yaxın müddətdə həm iddiaçı, həm İran vətəndaşı ilə rəsmi nikahda olmuşdur. Sonradan iddiaçıya cavbdehin əsl niyyətinin maddi maraq olduğu məlum olmuşdur. Belə ki, birgə toyları üçün çəkilmiş xərclərin hamısını iddiaçıdan almış, özünün işlərinin yubandığını, sonradan çəkilmiş xərcləri qaytaracağını demişdir. Hətta iddiaçıya hədiyyə edilmiş qızılları da toydan bir neçə gün sonra almışdır. Bundan əlavə, cavabdeh toy ərəfəsində Bank Respublikadan iddiaçının adına 10000 manat məbləğində, toydan sonra isə iddiaçının atasının adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. İddiaçı hər ay cavabdehin götürdüyü kreditlərin aylığını (1500 manat) ödəyir. Həmçinin cavabdeh iddiaçının işləməsini istəmədiyini deyərək işdən çıxarmış və işdən çıxması ilə əlaqədar ödənmiş 3400 manat məbləğində son haqq-hesabı almışdır. Qeyd edilən məsələlər barədə səs yazıları, WhatsApp və mail yazışmaları mövcuddur. Bundan əlavə, cavabdehin ailəsi də məsələni bilərəkdən gizlətmiş, xx.xx.2021-ci il tarixində baş tutmuş elçilik mərasimində cavabdehin atası X5 “Taqət heç zaman evli olmayıb, toyu olmayıb” deyərək cavabdehin subay şəxs olduğuna inandırmışdır. Cavabdehin İrandakı arvadı İran vətəndaşı Marzieh Shafeipour ilə əlaqə yarandıqdan sonra onlara məlum olmuşdur ki, cavabdeh onu da eyni məqsədlə aldatmış, özünü ona Rusiya Respublikasında diplomat və iş adamı kimi təqdim etmiş, həmin qadının da külli miqdarda pullarını ələ keçirmişdir. Ümumilikdə cavabdeh iddiaçıya 50.987,2 manat məbləğində (bank faizləri ilə birlikdə 12220 manat iddiaçının adına, 25732 manat isə iddiaçının atası X1 adına ayrılmış istehlak krediti, 3400 manat işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesab, 5000 manat dəyərindəki qızılları) maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab edir ki, iddia tələbi qanunidir, əsaslıdır və cavabdeh tərəfindən aldığı pullar müqabilində ödəməli olduğu 50.987,2 manatlıq iddia tələbi təmin edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 məhkəməyə ərizə və vəsatət ünvanlayaraq iddiaçının tələbində səmimi olmadığını, məhkəməyə lazımi sübutlar təqdim etməli olduğunu bildirərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nikah aktı ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 10000 manat dəyərində kredit götürmüşdür və hal-hazırda Banka sözügedən müqavilə üzrə aktiv öhdəliyi yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 19700 manat dəyərində kredit götürmüşdür və Banka sözügedən müqavilə üzrə xx.xx.2024-cü il tarixə cəmi 1211,29 manat kredit borcu vardır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 83 nömrəli hesabatından müəyyən edilir ki, təqdim edilmiş siyahı və fototəsvirlər əsasında yuxarıda qeyd olunan və iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının hazırki tarixə bazar dəyəri 4300 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Whatsapp” yazışmalarının surətindən və 1 ədəd Diskə köçürülmüş səs yazılarından müəyyən edilir ki, Cavabdeh İddiaçı götürülmüş kreditlərə, işdənçıxma müavinətinə və qızıl-zinət əşyalarına görə borcu olduğunu etiraf edir və imkan olduğu zaman ödəyəcəyini vəd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müki Məcəllənin 427.3-cü maddəsinə müvafiq olaraq, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır.Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Müki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəflərin izahatlarını və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Bu əsasla da iş materiallarında olan “Whatsapp” yazışmalarından və 1 ədəd diskə köçürülmüş səs yazılarından müəyyən olunur ki, Cavabdeh İddiaçı və onun atası X3 adına götürülmüş krediti, bundan başqa İddiaçı işdən çıxması ilə əlaqədar aldığı 3400 manat məbləğində son haqq-hesabı borc olaraq almış və qaytaracağının bildirmişdir. Həmçinin Cavabdeh İddiaçı toyda hədiyyə kimi təqdim edilmiş qızılları da ondan alaraq həmin qızılların dəyərini qaytaracağını bildirmişdir. İş materiallarında cavabdehin borcunu qaytarmasına dair heç bir sübut yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 10000 manat dəyərində kredit götürmüşdür və hal-hazırda Banka sözügedən müqavilə üzrə aktiv öhdəliyi yoxdur. Həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Bank Respublika ASC-yə 12220,32 manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən həmin məbləğ tam şəkildə Cavabdeh tutularaq İddiaçıa ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank Respublika ASC-dən 19700 manat dəyərində kredit götürmüşdür və Banka sözügedən müqavilə üzrə xx.xx.2024-cü il tarixə cəmi 1211,29 manat kredit borcu vardır. Mülki qanunvericiliyin tələblərinə əsasən həmin məbləğ də tam şəkildə Cavabdeh tutularaq İddiaçıa ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən mənimsənilən qızılların dəyərinin 5000 manat olmasını iddia etsə də, aparılan araşdırmalar, təhlil və hesablamalara əsasən iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının hazırki tarixə bazar dəyərinin 4300 manat olması müəyyən edilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən də aydın olur ki, sübutların toplanması və verilməsi yükü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə düşür. Belə olan halda, Cavabdeh İddiaçı qızıl-zinət əşyaları və işdən çıxma ilə əlaqədar 3400 manat məbləğində son haqqhesab, həmçinin götürülmüş kredit məbləği ilə bağlı borcunun olmadığını bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı adına götürülmüş 12220 manat bank faizləri ilə birlikdə kredit borcu, iddiaçının atası X1 adına götürülmüş 19700 manat məbləğində kredit borcu, 3400 manat iddiaçının işdən çıxması ilə bağlı ödənilmiş son haqq-hesab və 4300 manat tələb olunan qızıl-zinət əşyalarının əvəzi olmaqla cəmi 39620 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Bununla yanaşı, məhkəmə iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 39620 manat məbləğində pulun 2 illik vaxt üçün gecikdirilmiş beş faizlik dəyəri 3962 manat müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 242,96 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 35,26 manat iddiaçıdan, 207,7 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı adına götürülmüş 12220 manat bank faizləri ilə birlikdə kredit borcu, iddiaçının atası X1 adına götürülmüş 19700 manat məbləğində kredit borcu, 3400 manat iddiaçının işdən çıxması ilə bağlı ödənilmiş son haqq-hesab və 4300 manat tələb olunan qızıl-zinət əşyalarının əvəzi, gecikdirilmiş vaxt üçün 3962 manat və dövlət rüsumuna görə ödənilmiş 207,7 manat olmaqla cəmi 43789,7 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-34/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-34/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver