Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-410/2025 25.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə 1/2 pay hüququnun müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində Cavabdeh ilə birgə nikah dövründə alınmış kadastr ölçü planı ilə cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsi üzərində 1/2 pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə tələbin azadılması barədə ərizə verərək qeyd etmişdir ki, müvafiq sorğu nəticəsində aydın olmuşdur ki, həyətyani torpaq sahəsinin verilməsinə səbəb olmuş qərarla ailəyə verilmiş kənd təsərüfatı təyinatlı torpaq sahəsinin verilməsinə aid qərar eyniyyət təşkil edir. Bu halda məsələnin aydınlaşdırılması ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinə müvafiq sorğu verilmiş və sorğu nəticəsində həyətyani torpaq sahəsinin ayrılmasına dair plan ölçü sənədində ailə başçısının tək adının yazılması torpağı birgə nikah dövründə olan əmlakın bölünməsi şəkilində deyil, iddiaçının ¼ hissədə payının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki iddia tələbinin həcmini azadıldaraq Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində kadastr ölçü planı ilə Cavabdeh adına qeydiyyata alınmış torpaq sahəsi üzərində ¼ pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ilə 06 dekabr 1990-cı il tarixdə nikahların rəsmi qaydada rəsmiləşdirməklə ailə qurmuşdur. 2014-cü ilədək bilikdə yaşamış brgə nikahdan Anar və Əzim adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən Füzuli rayon Məhkəməsinin 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikah dövründə yəni 2009-cu ildə cavabdehlə birlikdə 12 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi A N099091 seriyalı kadastr sənədinə əsasən cavdehin adına qeydiyya alınmışdır. Həmin torpaq sahəsi onların istifadəsində olmuşdur. Həmin torpağa xərclənən pul onların birgə nikahdan dövründə birgə büdcələrində xərclənmişdir. Hesab edir ki, həmin torpağın üzərində 1/2 pay hüququ müəyyən edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(064)-333/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx.xx.1996-cı il tarixdə anadan olmuş X6 və xx.xx.1998-ci il tarixdə anadan olmuş X7 anası İddiaçı yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat alimet iddiaçının xeyrinə tutulması qət edilmişdir. - qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən vəkil Nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 45/2-5719/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Sizin icraatınızda olan mülki iş ilə bağlı məlumatların təqdim edilməsi barədə ********** qeydiyyat nömrəli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Füzuli rayon Aqrar İslahatı Komissiyasının 05 iyun 1998-ci il tarixli 18 nömrəli qərarı ilə Cavabdeh adına Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndi ərazisindən 1220,85 kv.m həyətyanı torpaq sahəsi ayrılaraq A №099091 nömrəli (A №099091) torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında 24 noyabr 2009-cu il tarixdə 405 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısında Cavabdeh adı mövcuddur. Müraciətinizdə qeyd etdiyiniz digər məsələ ilə əlaqədar olaraq (2-ci sual) bildiririk ki, icraatınızda olan mülki iş ilə bağlı məhkəmə aktı rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinə daxil olacağı təqdirdə sözügedən məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.” -Füzuli Rayon İcra Hakimiyyətinin Başçısının Kürdmahmudlu kənd İcra Nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 5-43-20/2-279/2024 saylı arayışından görünür ki, Füzuli rayonu, Kürdmahmudlu kənd sakini X5 ondan ötrü ki, həqiqətən o, həqiqətəndə Füzuli rayonu, Kürdmahmudlu verilmiş onda İƏD-si üzrə 8 saylı təsərrüfatbaşına kitabın 91-ci səhfəsində anası İddiaçı təsərrüfatında oğlu olaraq qeydiyyatdadır. -torpaq kadastrı kitabından çıxarılan görünür ki, Cavabdeh adına 0,12 sot A 099091 nömrə ilə uçota alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3- 45/2-7622/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh və İddiaçı adına verilmiş Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1,12 ha k/t təyinatlı (JN- 186, kod 60620018, ümumi birgə 4 nəfər) torpaq sahəsinə dair “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı və A №099091 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin təstiq edilmiş surətləri məhkəməyə təqdim olunur. Əlavə olaraq yuxarıda qeyd edilən “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı və A №099091 nömrəli “Torpağa sahəsin planı və ölçüsü sənədlərinin adlı siyahısında İddiaçı adı qeyd edilmişdir.” -Torpağa mülkiyyət hüququna dair JN-186 seriyalı, 60620018 kodlu dövlət aktından görünür ki, Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 18 saylı qərarına əsasən Cavabdeh və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,12 ha torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh mülkiyyətində Yuxarı Yağlıvənd kəndi ərazisində 1220,85 kv.m kənd həyətyani torpaq sahəsi vardır. Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda deyilir: ”Aqrar İslahat Komissiyası tərəfindən rayon inzibatı ərazisində torpaq islahatı həyata keçirilən zaman, hər bir ailə təsərrüfatına daxil olan ailə üzvlərinə düşəcək kənd təsərrüfatı təyinatlı və tikinti təyinatlı həyətyanı torpaq sahələrinin ayrılması hər ailə təsərrüfatına yalnız bir qərarın qəbul edilməsi ilə həyata keçirilmişdir. Hər bir ailə təsərrüfatına kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı dövlət aktı və həyətyanı torpaq sahəsinin ayrılmasına dair torpağın plan-ölçü sənədində torpağın ayırılmasına səbəb olmuş qərar eyniyyət təşkil edir. Dövlət aktında ailə üzvlərinin hər birinin ümumi birgə mülkiyyətçi kimi adları qeyd olunduğu halda eyni qaydada həyətyanı torpaq sahəsinin ayrılmasına dair plan ölçü sənədində də ailənin digər üzvlərinin adları qeyd olunmalıdır. Yuxarıda göstərilənlərin nəzərə almağınızı və müraciətinizdə qeyd olunan ailəyə (İddiaçı və Cavabdeh) islahat zamanı ayrılmış torpaq sahəsinin ayrılmasına dair X3 qərarı və digər sənədlər Rayon İcra Hakimiyyətində olmadığı səbəbindən məsələyə tərəfimizdən aydınlıq gətirilməsi mümkün olmamışdır.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. -214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin -66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq İslahatı haqqında Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Füzuli rayon Aqrar İslahat xx.xx.1998-ci il tarixli, 18 saylı qərarına əsasən Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X1, X4 və X2 birgə mülkiyyətlərinə verilmişdir. Mülkiyyətçilər arasında torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma olmadığından onların hər birinin həmin sahədə payı 1/4 hissə təşkil edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/4 hissəsi olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində Cavabdeh ilə birgə nikah dövründə alınmış kadastr ölçü planı ilə cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsi üzərində 1/4 pay hüququnun müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-410/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-410/2025
25.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver