Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-45/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı yetkinlik yaşına çatmamış X11 qanuni nümayəndəsi Qanuni nümayəndə və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı yetkinlik yaşına çatmamış X11 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən maddi zərərin əvəzi olaraq 10000 manat və mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X11 qanuni nümayəndəsi atası Qanuni nümayəndə arasında olan xx.xx.2007-ci il tarixli nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə pozulmuş və nikahın pozulması Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 18 nömrəsi ilə qeydə alınaraq xx.xx.2022-ci il tarixli AZ-İ№ 479211 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə X15 və onun 2011-ci il təvəllüdlü qardaşı X12 himayə edilmələri üçün atalarına - Qanuni nümayəndə verilmişdir. Nikaha xitam verilmənin əsas səbəbi ailədaxili söz-söhbətlər olmuşdur. Hımin xoşagəlməz hallar ailənin dağılması ilə yanaşı, iddiaçının və qardaşının dərin mənəvi travma ilə bu günə qədər davam edən sarsıntı və iztirab içində yaşamaları ilə nəticələnmişdir. Məktəbdə, məhəllədə dostlarının üzünə baxa bilməmələri, hamıdan utanmaları, hər kəsin anası onların qayğısına qaldığı halda, onların ana adı eşitdikdə utanaraq xəcalət çəkmələri, körpə yaşlarından xəcalətin nə olmasını anlamalarının nə qədər ağır bir travma olduğunu dərk etmək çətin deyil. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi və Füzuli Rayon Polis Şöbəsinin İstintaq bölməsində HK-1/708-733 nömrəli araşdırma materialı üzrə xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı cavabdeh Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının X13 və ailəsinə yaşatdığı iztirabın və vurduğu mənəvi ziyanı bilavasitə təsdiq edir. Beləcə bütün bu illər ərzində uşaqlar maddi və mənəvi sıxıntı içində yaşamışlar. Cavabdeh Hacıyeva (Qarayeva) Aygün bununla kifayətlənməyərək, müxtəlif iddialar qaldıraraq uşaqların və ümumilikdə bütün ailənin ağır vəziyyətə düşməsi üçün əlindən gələn hər bir şeyi etməyə, o cümlədən ailəmizin ona məxsus olmayan əmlakından pay almağa çalışmış və bir sıra hallarda buna nail olmuşdur. Üstəlik Azərbaycan Respublikasının X3 rəhbəri vəzifəsində işləyən Qanuni nümayəndə iş yerində insanların üzünə baxa bilməməsi səbəbindən və eyni zamanda körpələri böyütmək üçün xx.xx.2020-ci il tarixdə işdən çıxmış və babaları X7 gəlirləri hesabına yaşamalı olmuşlar. Cavabdeh Hacıyeva (Qarayeva) X9 və qardaşını erkən yaşlarından ana nəvazişindən kənarda qoymasına, bu sarsıntını və iztirabı yaşatmasına rəğmən, üstəlik ataları Qanuni nümayəndə qarşı olan kinindən ona aid olmayan, babaları X14 və nənələri X2 pulu ilə əmiləri X6 torpağında tikilmiş, hazırda babaları, nənələri ilə birlikdə yaşadıqları həmin evin əllərindən alınması barədə məhkəmədə iddia qaldırmış, babaları X14 və nənələri X4 məxsus evin də yarısını tələb edərək onları çölə atmaqla intiqam almaq fikrindədir. Həmin ev babaları X14 tərəfindən öz vəsaiti hesabına tikilmişdir. Bu məhkəmədə sübuta yetirilməsinə baxmayaraq məhkəmədə nəzərə alınmamış və məhkəmə evin dəyərinin yarısının 17757 manatın onlardan alınaraq cavabdehə verilməsini qət etmişdır. Cavabdeh isə ayda hər uşaq üçün cəmi 130 (yüz otuz) manat aliment verir ki, o da onların ehtiyacının cüzi hissəsini ödəyir. Bu iddia ilə cavabdeh faktiki olaraq verdiyi və ya verəcəyi alimenti də körpələrdən bu yolla əvvəlcədən alır. İddiaçının o pulu ödəməyə vəsaiti yoxdur, faktiki olaraq cavabdeh dövlətin əli ilə uşaqların yaşadığı onlara məxsus olmayan evi satdıraraq körpələri çölə atmaq və onlara daha bir yeni mənəvi sarsıntı yaşatmaq istəyir. Daha doğrusu məhkəmənin ədalətsiz qərarından xəbərdar olan iddiaçı və qardaşı evsiz-eşiksiz qalacaqları qorxusu ilə artıq bir neçə ildir ki, stres içində yaşayırlar. Cavabdeh Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının bu davranışı V.Hacılının və onun yetkinlik yaşına çatmamış qardaşı X8 cəmiyyətdə düzgün formalaşmasına, sağlam böyüməsinə və sağlam təhsil almasına ciddi maneə və böyük zərbədir. Bununla da, cavabdeh tərəfindən babaları, nənələri və ataları Qanuni nümayəndə ilə yanaşı, iddiaçıya və qardaşına da mənəvi və maddi ziyan vurulmuşdur. İndiyə qədər X11 bu barədə müstəqil fikir yürütməyə haqqı olmayıb. Lakin artıq V.Hacılının 14 yaşı var və özünün və qardaşının hüquqlarının pozulmasının qarşısının alınmasını məhkəmədən tələb edə bilər və tələb edir. X11 və digər yetkinlik yaşına çatmamış qardaşının qanunla qorunan uşaq hüquqları təmin edilərək cavabdeh Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının onlara vurduğu maddi və mənəvi ziyan obyektiv dəyərləndirilməlidir. Əks halda iddiaçının və onun qardaşının ataları Qanuni nümayəndə , babaları və nənələri ilə harada yaşayacaqları, kimə sığınacaları qorxusu onları dəhşətli dərəcədə sarsıdacaqdır. Bu baxımdan V.Hacılı qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsi ilə cavabdeh Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızının hərəkətlərini cavabsız qoymayaraq körpələrə vurduğu mənəvi və maddi ziyana görə ona qarşı iddia qaldırmaq qərarına gəlmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə xx.xx.2024-cü il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Məhkəməyə müraciət edərək Cavabdehin vurduğu mənəvi zərərə görə 10000 manat və maddi zərərə görə 20000 manat olmaqla cəmi 30000 manat məbləğində vəsaitin yetkinlik yaşına çatmamış X15, X12 və uşaqların atası Qanuni nümayəndə xeyrinə Cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin və Qanuni nümayəndə izahatına oxşar məzmunda izahat verərək bildirdi ki, Cavabdehin qeyd edilən qeyri-etik davranışları nəicəsində İddiaçıya, onun qanuni nümayəndəsi – atasına və qardaşına dəymiş mənəvi zərərin və Füzuli Rayon Polis Şöbəsinin İstintaq bölməsində HK-1/708-733 nömrəli araşdırma materialı üzrə xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən sübuta yetirilmiş 20.000 (iyirmi min) manat maddi ziyanın əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, qeyd edilənlər cəfəngiyyatdır, həqiqət deyil və onun qeyri-etik davranışlarının heç bir sübutu yoxdur. Övladlarını heç vaxt atmayıb, ondan Məhkəmə qətnaməsi ilə məcbur alıblar. Qətnamdə uşaqların atanın himayəsinə verilməsinin səbəbi kimi onun qeyri-etik davranışları deyil, uşaqların böyük olması və atanı seçmələri göstərilib. Uşaqların mənəvi zərbə almasının səbəbi ataları olub. Belə ki, bu illər ərzində ataları qarşılaşdığı hər kəsə onun barəsində xoşagəlməz fikirlər söyləyib, dedi-qodular yayıb. Ailə məsələlərini bütün rayon camaatının bilməsi uşaqların mənəvi zərbə almasına və psixologiyalarının pozulmasına səbəb olub. Həmçinin iş materiallarında mövcud olan akt Qanuni nümayəndə qohumları tərəfindən tərtib edilib, odur ki, uydurmadır. Məhkəmə iclasında dindirilən iddiaçı yetkinlik yaşına çatmamış X15 bildirdi ki, Cavabdehin hərəkətləri nəticəsində o və qardaşı ana qayğısından məhrum qalıb. Analarının etdiyi hərəkəti qəbul edə bilmirlər, onu istəmirlər. Azyaşlı qardaşı gecələr yata bilmir, qorxulu yuxular görür. Hər ikisi bir müddət peşəkar psixoloji dəstək almaq məcburiyyətinə qalıblar. Mübahisə predtmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, X5 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, iclasa gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin Vİ hissəsində təsbit edilmişdir ki, Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsində təsbit edilmişdir ki, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə X5 və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Qanunun 12-ci maddəsində göstərilmişdir ki, Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Eyni ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.5-ci maddəsində təsbit edilmişdir ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilmiş mesajlar və fotogörüntülər əsasında müəyyən olunur ki, həqiqətən də, Cavabdeh ailə münasibətlərində qeyri-etik davranışlara yol vermiş və bu davranışlar iddiaçı yetkinlik yaşına çatmamış X11 şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olaraq ona mənəvi sarsıntı və iztirab vermişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Cavabdehin hərəkətləri nəticəsində iddiaçı yetkinlik yaşına çatmamış X1 stress, cəmiyyət arasında xoşagəlməz hislər keçirməsi, mənəvi sarsıntı, Cavabdehin hərəkətlərinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və bu kimi digər mənəvi əzab və əziyyətlərlə bağlı olan digər hallar ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə əsas verir. Eyni zamanda sonuncunun məhkəmə iclasında didirilən zaman hönkürtü ilə ağlayıb öz fikirlərini həyəcan dolu hisslərlə ifadə etməsi bir daha göstərilən qənaətə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən və konkret işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdehdən iddiaçı yetkinlik yaşına çatmamış X11 xeyrinə 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bununla yanaşı, Məhkəmə maddi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə bildirir ki, İddiaçı tərəfindən həmin tələblə bağlı Məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin artırılması ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən yuxarıda göstərilənlərlə bağlı heç bir əsaslandırma təqdim edilmədiyi üçün Məhkəmə hesab edir ki, həmin vəsatət təmin edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 1000 manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdehdən tutularaq iddiaçı yetkinlik yaşına çatmamış X11 xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı yetkinlik yaşına çatmamış X11 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-45/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-45/2025
31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver