Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-651/2025 27.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomaşınına vurduğu 11708 (on bir min yeddi yüz səkkiz) manat maddi zərərin və 125,12 (bir yüz iyirmi beş manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 24 dekabr 2024-cü il tarixdə saat 21:40 dəqiqədə idarə etdiyi ona məxsus olan “HAVAL JOLİON” minik markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Xətai rayonu M.Hadi küçəsilə hərəkət edən zaman arxasında hərəkət edən ** HY *** qeydiyyat nişanlı Toyota prius markalı avtomobilin sürücü Cavabdeh hərəkət sürətini düzgün seçməməsi nəticəsində toqquşmaya səbəb olmuşdur, zərbənin ətalətindən onun idarə etdiyi avtomobil qarşısında hərəkət edən X3 markalı ** BT *** qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisədən sonra dərhal DİN-nin “102” zəng xidmətinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhər DYP-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirib foto şəkillər çəkmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. Eyni zamanda hadisə nəticəsində onun avtomobilinə cəmi 16313 (on altı min üç yüz on üç) manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə hadisədən sonra avtomobili müvəqqəti dayanacaq yerinə aparmaq daha sonra zərərin qiymətləndirilməsi üçün “HAVAL” Servisə aparmaq və geri qaytarmaq üçün 3 dəfə evakuator xidmətindən istifadə etməklə ümumilikdə 100 (bir yüz) manat ödəniş etmişdir. Bununla bağlı bildirir ki, avtomaşınına dəymiş zərərə dair Bakı şəhəri Haval Azerbaijan "xxxx" QSC müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 125258 nömrəli zərər aktı çıxarılmış və sığorta şirkətinə təqdim edilmişdir. Daha sonra "xxxx" ASC mütənasiblik prinsipinə əsaslanaraq ona 4604,81 (dörd min altı yüz dörd manat səksən bir qəpik) manat ödəniş etmişdir. Bundan sonra o, Cavabdeh zəng edərək vəziyyəti izah etmiş və zərərin qalan hissəsinin ödənilməsi üçün aralarında razılaşmağı təklif etmişdir. Cavabdeh isə ümumiyyətlə danışıqdan imtina edərək vurduğu zərərin ödənilməsindən boyun qaçırmışdır. Belə olan halda məcbur qalaraq ona dəyən maddi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etməyi qərara almışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 24 dekabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşaraq sonuncunun avtomobilinə onun tərəfindənb ziyan vurulmuşdur. Lakin iddia ərizəsində avtomobilə dəymiş ziyanın məbləği həddindən çox hesablanmışdır. Həmin məbləğ ilə razı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Haval Jolion” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçıdur. -Azərbaycan Respublikası Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhər DYPİ bildirir ki, 2024-12-24 -il tarixdə saat 21:40 dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü: Toqquşma İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs (şəxslər) barədə məlumat: QEYD: İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan bir neçə şəxs müəyyən edilmişdirsə, aşağıdakı cədvəllərdəki məlumatlar uyğun sıra saylarının (S.s.) qarşısında yazılır. 1.1.Avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı markası və modeli “TOYOTA PRİUS” minik markalı, ** HY *** dövlət qeydiyyat nişanı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü mülkiyyətçisi X1 hadisə baş verdiyi anda sürücüsü Cavabdeh Sədi oğlu olmuşdur. Hadisə zamanı İddiaçı məxsus “HAVAL JOLİON” minik markalı, ** XP *** dövlət qeydiyat nişanlı avtomaşına ziyan dəymişdir. - Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı sürücülük vəsiqəsi vardır. - qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 125 manat dövlət rüsumu ödəmişdir. - “Haval Azerbaijan” "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 125258 nömrəli “ilkin qiymətlədirmə aktı”ndan görünür ki, İddiaçı məxsus “Haval Joion” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 15313 manat təşkil edir. - fotoşəkillərdən görünür ki, “Haval Joion” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə zərər dəymişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/İ21-295/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Haval Joion” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan ehtiyat hissələri üzrə 8400 manat, işçilik üzrə 2190 manat olmaqla, cəmi 10590 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, Uni/İ21-295/2025 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 300 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “TOYOTA PRİUS” minik markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, Cavabdeh inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla (qərarla), cavabdehin özünün məhkəmədə etirafı, qiymətləndiricinin rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı cavabdeh iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş qiymətləndiricinin xx.xx.2025-ci il tarixli, Uni/İ21- 295/2025 saylı rəyindən də aydın olur ki, “Haval Joion” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 15313 manat məbləğində deyil, dəyişdirilməli hissələrin və həmin hissələrə aid görülməli işlərin dəyəri 10590 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, cavabdehdən dəymiş ziyana görə 10590 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 125,12 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə cavabdeh ona əlavə zərər vurmuşdur. Ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyinin verilməsi üçün 300 manat xidmət haqqı cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10590 (on min beş yüz doxsan) manat maddi ziyan və 125,12 (yüz iyirmi beş manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-651/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-651/2025
27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver