Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-35/2025 09.07.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxşı zamanı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin mart ayında tanışı Telnaz Osmanovaya 4000 manat borc pul vermişdir. Telnaz Osmanova həmin pulu 3 ay ərzində qaytaracağına dair vəd versə də, qaytarmamış, hətta telefon zənglərinə cavab belə verməmişdir. Bu barədə tanışı Cavabdeh ilə danışarkən, sonuncu həmin pulunu geri alınmasında köməklik edəcəyini bildirmiş, bu işin yerinə yetirilməsinə dair ona razılıq vermişdir. Həqiqətən də, qısa müddət sonra Cavabdeh Telnaz Osmanovadan qeyd olunan məbləğdə pulu almış, lakin ona verməmişdir. Bu fakt Cavabdeh özü ilə yanaşı Telnaz Osmanova tərəfindən də təsdiq olunmuşdur. Bununla yanaşı həmin ərəfədə işsiz olduğundan Cavabdeh onu 1000 manat pul müqabilində Bakı şəhəri Sabunçu rayonunda açılacaq yeni xəstəxanaya ixtisası üzrə tibb bacısı işinə düzəldəcəyini demişdir. Cavabdeh inandığı üçün onun bank kartı hesabına 1000 manat pul göndərmişdir. Lakin aradan xeyli müddət keçsə də, cavabdeh onu nə işə düzəltməmiş, nə də ki, pulunu qaytarmamışdır. Belə olan halda Cavabdeh ona etdiyi dələduzluq əməlləri barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş və orada aparılan araşdırma zamanı cavabdeh onun ümumilikdə 5000 manat pulu ələ keçirdiyini etiraf etmiş və həmin pulu hissə-hissə qaytaracağına dair vəd vermişdir. Buna görə də, müstəntiq tərəfindən 26 dekabr 2024-cü ildə «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərar qəbul edilmişdir. Buna baxmayaraq hazırki vaxtadək Cavabdeh tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, əvəllərdə Telnaz Osmanovaya bir neçə dəfə borcu pul vermiş, sonuncu şəxsən həmin pulları özü qaytarmışdır. İddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxşı zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı tanışıdır. 2024-cü ilin ortalarında İddiaçı ilə söhbət edən zaman, sonuncu tanışı Telnaz Osmanovanın ondan üç ay müddətə qaytarmaq şərti ilə 4000 manat borc pul aldığını, lakin aradan xeyli vaxt keçsə də, pulu qaytarmadığını bildirmişdir. Belə olan halda həmin pulun qaytarılmasında İddiaçı kömək edə biləcəyini demiş, onun razılığı ilə Telnaz Osmanovanın işlədiyi mağazaya getmişdir. Telnaz Osmanova əri X1 mobil nömrəsini ona vermiş və sonuncu ilə zəngləşərək görüşmüşlər. Taleh Osmanovla qeyd olunan pul barəsində danışarkən, ona məlum olmuşdur ki, əslində İddiaçı 4000 manat pulu Telnaz Osmanovaya sələmə vermiş, sonuncu həmin pulun qarşılığında 7 ay müddətində ona 6800 manat pul qaytarmışdır. İddiaçı 6800 manat pulu almasına baxmayaraq, Telnaz Osmanovadan əsas borcu – 4000 manatı istəmişdir. Bunu eşidən kimi İddiaçı əsəbləşmiş, Taleh Osmanova tapşırmışdır ki, artıq iddiaçıya pul ödəməsinlər, əgər o, həmin pulu tələb edərsə, ona «4000 manat pulu Cavabdeh ödəmişik, pulu ondan istə» cavabı verməsini tapşırmışdır. Həmin vaxtdan sonra İddiaçı 4000 manat pulu ondan tələb etmiş, hətta barəsində Sabunçu Rayon Polis İdarəsinə şikayət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin təhqiqatçısı Hüseyn Nağıyev 22 noyabr 2024-cü ildə yazılı izahat alan zaman, ona hədə-qorxu gəlmiş, buna görə də, izahatından Telnaz Osmanovadan hissə-hissə 4000 pulu aldığını, habelə işə düzəltmək adı ilə İddiaçı 1000 manat pul almasını etiraf etmişdir. Reallıqda İddiaçı ona işə düzəltmək məqsədi ilə 1000 manat deyil, 700 manat pul vermişdir. Lakin İddiaçı şikayətin aidiyyəti üzrə həmin İdarənin İstintaq şöbəsində araşdırılarkən ona hədə-qorxu olunmamışdır. İddianın rədd olunmasını xahiş edir. İşin məhkəmə baxşı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdi ki, Telnaz Osmanova arvadıdır. Telnaz Osamanova bir neçə dəfə İddiaçı sələmə pul götürmüş və faizi ilə birlikdə qaytarmışdır. Telnaz sonuncu dəfə iddiaçıdan 4000 manat sələmə pul götürmüşdür. Səbinə ilə Telnaz arasında olan razılaşmaya əsasən 4000 manat tam şəkildə iddiaçıya qaytarılana qədər, arvadı hər ay 800 manat pul ödəməli idi. Telnaz 7 ay müddətində 4000 manat pulun faizi olaraq, Səbinəyə 6800 manat pul ödəmişdir. Cavabdeh onlardan 4000 manat pulu tələb edən zaman, ona bu halı demişdir. Bundan sonra Elşad Hüseynov iddiaçının hərəkətlərinə əsəbləşmiş, ona tapşırmışdır ki, Səbinəyə pul ödəməsinlər, əgər o, həmin pulu tələb edərsə, ona «4000 manat pulu Cavabdeh ödəmişik, pulu ondan istə» cavabı verməsini tapşırmışdır. Bundan sonra Elşadın dediyi qaydada Səbinəyə cavab vermişlər. Reallıqda Elşada heç bir məbləğdə pul ödəməmişlər. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının vəsatəti əsasında Sabunçu Rayon Polis İdraəsinin İstintaq şöbəsində toplanmış 1-5730/24 nömrəli materialın surətləri olumuş və həmin sənədlər aşağıdakılardan ibarətdir: - İddiaçı 22 oktyabr 2024-cü ildə Bakı şəhəri Sabunçu rayon prokurorluğuna ərizə ilə müraciət edərək Cavabdeh işə düzəltmək adı ilə onun 1000 manat və Telnaz Osmanovaya borc olaraq verdiyi 4000 manat pulu sonuncudan almaqla, onun ümumilikdə 5000 manat pulunu ələ keçirdiyini bildirmiş və buna görə də, onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. - Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin təhqiqatçısına verdiyi 22 noyabr 2024-cü il tarixli yazılı izahatda qeyd olunur ki, «… Mən Səbinənin şikayəti ilə tanış oldum. Telnazdan mən Səbinənin sələmə verdiyi pulların 4000 manatını hissə-hissə almışam. Aldığım 4000 manat pulların yarısını öz ehtiyaclarıma, yerdə qalanının Səbinəyə xərcləmişəm. Səbinə mənə xahiş etmişdi ki, onu Ramana qəsəbəsində yeni açılmış xəstəxanaya tibb bacısı kimi işə düzəltdim. … Səbinə mənə 1000 manat pul vermişdi ki, ona komplekt dəst sep alım verim». - «Məlumatın aidiyyəti üzrə gönədirilməsi haqqında» 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialı aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. - Cavabdeh Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə yazdığı və imzaladığı 26 dekabr 2024-cü il tarixli iltizamda qeyd olunur ki, «Cavabdeh bu iltizamı verirəm ondan ötəri ki, İddiaçı verməli olduğum 5000 manat pulun 1000 manatını 30 dekabr 2024-cü iltarixdə, yerdə qalan 4000 manatını isə, hissə-hissə ayda 500 manat ödəmək şərti ilə hər ay ödəməyi öhdəmə götürürəm. Öhdəliyi pozsam mənə qanundan irəli gələn məsuliyyətin tətbiq olunacağı izah olundu». - «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 76.1 və 76.2-ci maddələrinə əsasən «Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur», «Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir». Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən «Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır». Məhkəmə qanun qeyd olunan normalarının işığında Sabunçu Rayon Polis İdrarəsinin İstintaq şöbəsində toplanmış 1-5730/24 nömrəli material üzrə toplanmış sənədləri təhlil edərək bu qənaətə gəlir ki, həmin sənədlər Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edildiyindən, iş üzrə yazılı sübut sayılmalıdır. Məhkəmə baxışı zamanı Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin təhqiqatçısına verdiyi 22 noyabr 2024-cü il tarixli yazılı izahatı təhqiqatçının hədə-qorxusu altında verdiyini qeyd etsə də, onun bu iddiası 1 ay 4 gün sonra, yəni 26 dekabr 2024-cü ildə – heç bir kənar təsir və təzyiq olmadığı şəraitdə Sabunçu Rayon Polis İdraəsinin İstintaq şöbəsinə verdiyi iltizamla tam təkzib olunur. Belə ki, Cavabdeh həmin iltizamda da, məhz izahatında əks olunan məzmunda izahat yazmış, İddiaçı ümumilikdə 5000 manat borcu olduğunu etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Qanunun qeyd olunan normasına əsaslanmaqla iddiaçının təqdim etdiyi sübutlarla məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçını işə düzəltmək adı ilə 1000 manat pulunu, habelə onun Telnaz Osmanovada olan 4000 manat pulunu ələ keçirmişdir. Cavabdehda qanunun qeyd olunan normasına əsaslanmaqla, iddiaçının tələbinə etiraz etmiş və bu halı təsdiq edəcək sübut kimi yalnız X2 ifadəsinə istinad etmişdir. Lakin məhkəmə Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi baxımından məhkəmə baxışı zamanı cavabdehin verdiyi izahatı və şahid Taleh Osmanovun ifadəsini sübut hesab etmir. Belə ki, Sabunçu Rayon Polis İdarəsində İddiaçı müvafiq məzmunlu şikayəti əsasında xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixlərində təhqiqat araşdırması aparılan zaman, Cavabdeh hazırda özünün və şahid Taleh Osmanovun məhkəməyə bildirdiyi halları səsləndirməmiş, ümumiyyətlə 1 ay 6 gün ərzində bununla bağlı təhqiqat orqanı qarşısında vəsatət qaldırmamış, əksinə həmin dövrdə 2 dəfə ayrı-ayrı vaxtlarda edilən prosessual hərəkətlər zamanı İddiaçı ümumilikdə 5000 manat pul borclu olmasını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı cavabdehin verdiyi izahatı və şahid Taleh Osmanovun ifadəsi, məhz Cavabdeh mülki məsuliyyətdən kənarda qalmasına hesablanmışdır. Məhkəmə ilk olaraq iddiaçının cavabdehdən 4000 manat pul tələbinin qanuni əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 777.1-ci maddəsi istinad edir. Mülki Məcəllənin 777.1, 777.2, 782.1-ci maddələrinə əsasən: - «Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür»; - «Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir»; - «Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şərtləri şifahi şəkildə tapşırıq müqaviləsi bağlanmış, cavabdeh tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməyə dair üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən 4000 manat pul tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddiaçının cavabdehdən 1000 manat pul tələbinin qanuni əsası olaraq Mülki Məcəllənin 21.1-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». İşin məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehdən işə düzəltmək məqsədi ilə 1000 manat pul almış və geri qaytarmamışdır. Qanunun qeyd olunan normasına əsasən iddaçı cavabdehdən 1000 manat tələb etmək hüququna malikdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-35/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-35/2025
09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver