Məhkəmə qərarları › İş №e-2(066)-1084/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1084/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1084/2024 10.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı və X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı və X16 Cavabdeh1 və Cavabdeh2 qarşı «Pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 verilmiş pula görə 9000 (doqquz min) manat, Cavabdeh1 evin təmirinə görə 6000 (altı min) manat,digər xərclərə görə 4000 (dörd min) manat pulunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı və X16 təkrar olaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə baxlş iclasında iştirak edən Cavabdeh1 işə mahiyyət üzrə baxılmasını tələb etdi. İddiaçı və X10 imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı X16 Cavabdeh2 etibarnamə əsasında 9000 (doqquz min) manata Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi almışdır. Onlar həmin evə baxarkən həmin evi ilkin satan şəxsin həyətinə ara qapı olmasını görmüşlər. Onlar həmin qapının bağlanmasını tələb etmişlər. Onlar sonra həmin evə xərc çəkmişlər və onu təmir etmişlər. Belə ki, evin su sistemini, dam örtüyünü dəyimiş və hasar çəkmişlər. Bundan sonra iddiaçı X16 vacdanlı əldə edən kimi həmin evi X7 15000 (on beş min) manata satmışdır. Aralarındakl razılaşmaya uyğun olaraq onlar evi X7 təhvil vermişlər. X13 evi onlardan satın almış və öz əşyalarında həmin evə yığmışdır. X13 həmin evdə yaşamadığına görə Cavabdeh1 aradakı hasarı sökmüş və evə dair Cavabdeh2 vermiş olduğu etibarnaməni ləğv etmişdir. Bundan sonra X13 onin barəsində iddia ərizəsi ilə Bakl şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakl şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ondan 15000 (on beş min) manat pulun alınıb, X13 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 291030- 3747/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakl şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli 0,03 hektar torpaq sahəsi üçüncü şəxs Cavabdeh1 faktiki sahibliyində olmuşdur. Cavabdeh1 üçüncü şəxs Cavabdeh2 həmin torpaq sahəsindən təyinatla istifadə etməsinə sair səlahiyyətlərə dair etibarnamə vermişdir. Cavabdeh2 isə etibarnamə əsasında eyni səlahiyyətlərlə 07 avqust 2021-ci il tarixli etibarnamə əsasında X14 vermişdir. X16 14 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında səlahiyyətləri X7 vermişdir. İşin mübahisəsiz halı ondasn ibarətdir ki, qeyd edilən etibarnamə əsasında Cavabdeh2 9000 manat məbləğində pul vəsaitini X8, X16 isə 15000 manat məbləğində pul vəsaitini X4 almışdır. Cavabdeh2 8000 manat pulu Cavabdeh1 verməsini bildirmiş, sonuncu inkar etmişdir. Hazırda Cavabdeh1 torpaq sahəsinə sahiblik edir. Cavabdeh2 Sabinçu Rayon Polis Şöbəsində verdiyi izahatında həmin torpaq sahəsini 8000 manat pula Cavabdeh1 almasını, 9000 manata satmasını bildirmişdir. Bütün binlara əsasən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və göstərdi ki, ona məxsus Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi vardır. O, həmin torpaq sahəsini və evi oğlu üçün, evlənərkən yaşaması üçün saxlamışdır. 2020-ci ildə onun oğlu Cavabdeh2 qızı ilə nişanlanmasına görə o, Cavabdeh2 həmin həmin 0,03 hektar torpaq sahəsinə, üzərində 3 otaqlı yaşayış evə istifadəyə dair etibarnamə vermişdir. Ancaq onun oğlu ilə Cavabdeh2 qızı ilə evlənmələri baş tutmadığına görə o, Cavabdeh2 vermiş oloduğu etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda da 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi onun sahibliyindədir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxışı iclasına gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəssinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN MARŞ şöbəsinin 01 avqusrt 2023-cü il tarixli arayışından məlum olur ki, İddiaçı xx xxxx 1974-cü il tarixdə anadan olmuşdur, Bakı şəhəri Sabunçu rayonnu Ramana qəsəbəsi Südçülük sovxozu ev 01, mənzil 06-da yaşayışr. Mülki işə əlavə edilmiş Bakl şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı Cavabdeh1 və Cavabdeh2 mübahisə pretmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə pul tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı 15000 manat pul və 135 manat dövlət rüsumunun iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi hal isə cavabdeh İddiaçı həmin torpağa dair hər hansı hüquqmüəyyənedici sənəd olmadan, etibarnamə əsasında satmaq adı ilə iddiaçı X4 15000 manat pulu almış, torpağın faktiki sahibi iddiaçı ilə heç bir hüquq münasibətləri olmadığı üçün onu həmin torpaq sahəsinə buraxmamış və bunun nəticəsində iddiaçı 15000 manat məbləğində ziyana düşmüş, cavabdeh İddiaçı isə həmin məbləğdə varlanmışdır. Mülki işə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 291030-3747/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsindən məlum olur ki, Bakl şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi Dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş 07 avqust 2021-ci il tarixli, “Elektron notariat” X1 Çıxarışdan məlum olur ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsindən istifadə etmək səliyyətini X14 vermişdir. Mülki işə əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan məlum olur ki, X3 Almas Calal qızının mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsiindən istifadə etmək səliyyətini X7 vermişdir. Mülki işə əlavə edilmiş Sabunçu RPİ-nin İstintaq şəbəsinin müstəntiqinin 28 oktyabr 2022ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından isə məlum olur ki, araşdırma zamanı dindirilmiş, Cavabdeh2 izahatında Cavabdeh1 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsini X14 9000 manata satmasını qeyd etməmişdir. Ümumiyyətlə araşdlrma zamanı Cavabdeh2 qeyd edilən torpaq sahəsini X14 9000 manata satması, X10 həmin torpaq sahəsində təmir işlərinin ararılması, evin təmirinə görə 6000 (altı min) manat,digər xərclərə görə 4000 (dörd min) manat xətc çəkməsi halı istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. İstintaq orqanı X10 və İddiaçı izahatlarına uyğin nəticəyə gəlkməmiş, onların göstərdiyi xususatlar öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, iddiaçılar cavabdehlərə qarşı qeyd edilən iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 verilmiş pula görə 9000 (doqquz min) manat, Cavabdeh1 evin təmirinə görə 6000 (altı min) manat,digər xərclərə görə 4000 (dörd min) manat pulunun alınıb onlara verilməsini tələb etmiş olsalarda həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı və X10 Cavabdeh1 və Cavabdeh2 qarşı «Pul tələbinə dair» iddiası əsassız olduğundan təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar